Donald Tramp miqrantlara qarşı kütləvi kampaniyaya başlayıb
21.01.2025 [20:53]
ABŞ Prezidenti Donald Tramp bazar ertəsi miqrantlara qarşı kütləvi kampaniyaya başlayıb. O, bununla əlaqədar Amerika hərbçilərinə sərhədlərin təhlükəsizliyini təmin etmək göstərişi verib. Bundan başqa, miqrantların sığınacaqlara yerləşdirilməsi ilə bağlı geniş qadağa və ABŞ ərazisində dünyaya gəlmiş uşaqların vətəndaşlıq almalarına məhdudiyyətlər tətbiq edilib.
AZƏRTAC xəbər verir ki, ölkədə qeyri-qanuni miqrasiyanı fövqəladə vəziyyət kimi elan edən Tramp sərhəddə divar çəkilməsi, miqrantlar üçün müvəqqəti saxlanma yerlərinin yaradılması və onların geri göndərilməsinə Pentaqonun dəstək göstərməsi tapşırığını verib. Prezident, həmçinin ehtiyac duyulduğu təqdirdə sərhədə ordu göndərilməsinə dair müdafiə nazirinə səlahiyyət verib.
“Reuters” agentliyi yazır ki, Donald Tramp sərhədlərin təhlükəsizliyini gücləndirməyə və rekord sayda miqrantın deportasiya ediləcəyinə söz verib. O, administrasiyasını “Meksikada qal” proqramını bərpa etməyə çağırıb. Bu proqram çərçivəsində meksikalı olmayan miqrantlar ABŞ-la əlaqəli işlərinə dair qərarı gözləmək üçün Meksikada qalmağa məcbur idilər.
“Ali baş komandan olaraq, ölkəmizi təhlükə və işğaldan qorumaqdan daha üstün məsuliyyətim yoxdur və məhz bunu da etməyə hazırlaşıram”, – deyə Tramp inauqurasiya zamanı etdiyi çıxışında qeyd edib.
İnauqurasiyadan sonra ABŞ sərhəd orqanları keçmiş Prezident Co Baydenin “CBP One” proqramını bağladıqlarını elan ediblər. Bu proqrama məxsus tətbiq vasitəsilə yüz minlərlə miqrant qəbula yazılaraq ABŞ-a leqal yolla daxil ola bilirdi.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

