Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İtaliya ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə tətbiq etdiyi sanksiyalara qarşı çıxmayıb

İtaliya ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə tətbiq etdiyi sanksiyalara qarşı çıxmayıb

08.02.2025 [16:46]

İtaliya ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) tətbiq etdiyi sanksiyalara qarşı qəbul olunan birgə bəyannaməyə qoşulmayıb.

AZƏRTAC xəbər verir ki, BMT-yə üzv 79 dövlət ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə tətbiq etdiyi sanksiyalara qarşı birgə bəyannamə imzalayıb. İtaliyadan başqa, Avropa İttifaqına üzv ölkələrin demək olar ki, hamısı bəyannaməni imzalayıblar. Bəyannamədə ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə tətbiq etdiyi sanksiyaların cəzasızlıq riskini artırdığı bildirilir.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen sosial şəbəkə hesabındakı paylaşımda qeyd edib: “ICC beynəlxalq cinayətlərə görə məsuliyyətə zəmanət verir. Avropa həmişə ədalətin və beynəlxalq hüquqa hörmətin tərəfdarı olacaq”.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta isə sosial şəbəkədə yazıb: “ICC-yə sanksiya tətbiq etmək məhkəmənin müstəqilliyini təhdid edir və bütövlükdə beynəlxalq cinayət ədalət sistemini sarsıdır”.

Birgə bəyannamə təşəbbüsü 5 ölkədən ibarət qrup - Sloveniya, Lüksemburq, Meksika, Syerra-Leone və Vanuatu tərəfindən irəli sürülüb. Bəyanat BMT-nin ABŞ-ın ICC-yə qarşı sanksiyaları ləğv etməyə çağırmasından sonra qəbul olunub.

Paylaş:
Baxılıb: 476 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Siyasət

Gündəm

Ədəbiyyat

MEDİA

Ədəbiyyat

Sazım

20 İyun 08:50

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30