Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Qazaxıstanda tələbələrə işçi vizası verilməsi təklif olunur

Qazaxıstanda tələbələrə işçi vizası verilməsi təklif olunur

09.09.2025 [23:34]

Xarici tələbələrə, alim və müəllimlərə vizaların verilməsi proseduruna yenidən baxmaq lazımdır.

AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, bu sözləri Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek deyib.

Onun sözlərinə görə, xüsusilə, əcnəbi tələbələrin vizasının 5 gün müddətində rəsmiləşdirilməsi, həmçinin təhsil müddətinə C9 kateqoriyalı çoxdəfəlik elektron vizanın alınması imkanının yaradılması təklif edilir.

“Bundan başqa, işləmək hüququ verən vizanın tətbiqi təklif edilir. Bu viza beynəlxalq akkreditasiyadan keçmiş xarici universitetlərin məzunları üçün nəzərdə tutulub. Əgər onlara iş təklif olunarsa, Qazaxıstanda üç ilədək qala və işləyə biləcəklər”, -deyə nazir qeyd edib.

Paylaş:
Baxılıb: 423 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31