Andrey Sibiqa: Ukraynaya qarşı 36 Afrika ölkəsindən ən azı 1436 nəfər döyüşür
08.11.2025 [14:39]
Ukraynaya qarşı 36 Afrika ölkəsindən ən azı 1436 nəfər döyüşür. Lakin Rusiya ordusunun tərkibində vuruşan muzdluların faktiki sayı daha çox ola bilər.
AZƏRTAC Ukraynanın Xarici İşlər Nazirliyinin teleqram kanalına istinadla xəbər verir ki, bunu ölkənin XİN rəhbəri Andrey Sibiqa bəyan edib.
“Əldə olunan məlumata görə, bu, şəxsiyyəti müəyyənləşdirilən şəxslərin sayıdır”, – deyə o bildirib.
Nazirin sözlərinə görə, Rusiya Afrika ölkələrinin vətəndaşlarını müxtəlif üsullarla cəlb edir: “Bəzilərinə pul təklif olunur, digərlərini aldadırlar və onlar nəyə razılıq verdiklərini dərk etmirlər, bəziləri isə təzyiq altında buna məcbur edilirlər. Müqavilə imzalamaq, əslində, ölüm hökmünə imza atmaq deməkdir.
Rusiya ordusundakı əcnəbi vətəndaşların faciəvi aqibəti var. Onların çoxunu dərhal qabağa verib hücumlara göndərirlər və qısa müddətdə məhv edilirlər. Rusiya komandanlığı başa düşür ki, öldürülən əcnəbi üçün heç bir məsuliyyət daşımayacaq, buna görə də onlara ikinci dərəcəli, sərf olunan insan resursu kimi yanaşır”, – deyə Sibiqa vurğulayıb.
Ukrayna XİN rəhbərinin sözlərinə görə, muzdluların əksəriyyəti bir aydan artıq yaşamır: “Lakin bu taledən yayınmağın iki yolu var. Mən Afrika ölkələrinin bütün hökumətlərini öz vətəndaşlarını Rusiyanın ordusuna qoşulmamaq barədə açıq şəkildə xəbərdar etməyə çağırıram. Moskvanın Ukraynaya qarşı müharibəsində iştirak qanunsuzdur, qeyri-əxlaqidir və BMT Nizamnaməsinə əsasən beynəlxalq hüququ pozur. Əgər siz artıq cəbhəyə göndərilmisinizsə, hər fürsətdə qaçmağa və əsir düşməyə çalışın. Ukrayna əsirliyində olan əcnəbi muzdluların çoxu ilk döyüşlərində əsir götürülüb. Onların hamısı bu yolla həyatlarını xilas ediblər”.
“Rusiya müxtəlif ölkələrdən insanları cəlb etməyə çalışır. Ukrayna isə bundan sonra da Rusiya ordusunun hansı regionlardan və ölkələrdən əcnəbiləri cəlb etdiyini, həmçinin Ukraynada əsir düşən əcnəbilər barədə məlumat verməyə davam edəcək”, – deyə A.Sibiqa əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36

