Ermənistan yeni siyasi kataklizmlərlə qarşı-qarşıya...
08.10.2016 [10:07]
Hakimiyyətdə olan hərbi xuntanın həyata keçirdiyi tədbirlər işğalçı ölkədə ictimai-siyasi narazılıqları artırıb
Regional və beynəlxalq miqyasda təcrid vəziyyətinə düşən, daxili və xarici siyasətdə ciddi uğursuzluqlara düçar olan Ermənistan siyasi xaosdan qurtula bilmir. Hakimiyyət manevrləri davam etdirməyə çalışsa da, Ermənistan faktiki olaraq iflasın astanasındadır. Ekspertlərin proqnozları Sarkisyan hakimiyyəti üçün yalnız bədbin gələcək mənzərəsi yaradır. Başqa sözlə, siyasi şərhçilər vətəndaş müharibəsi ilə qarşı-qarşıya olan işğalçı ölkənin gələcək taleyinə dair optimist proqnozlar vermirlər. Birmənalı şəkildə ifadə olunur ki, hakimiyyətdə olan hərbi xuntanın qəbul etdiyi qərarlar vətəndaşların dərin etirazına səbəb olmaqla yanaşı, xaos və qarşıdurmaya rəvac verir.
Hökumət əleyhinə etiraz səsləri yüksəlməkdədir
Yeri gəlmişkən, Ermənistanda ictimai-siyasi vəziyyət yenidən gərginləşib. Ölkədə yeni hökumətin formalaşması da narazılıqları azaltmayıb. Ermənistanda hökumət əleyhinə narazılıqlar gündən-günə artır. Əhalinin sosial vəziyyətinin pisləşməsi etirazları gücləndirib. Hökumət isə problemlərin həlli əvəzinə müxtəlif manipulyasiyalara istinad edir - yayındırıcı tədbirlər görür. “Joxovurd” qəzeti yazır ki, hökumətin bu cür siyasəti ölkə üçün təhlükəli nəticələr vəd edir. Həmçinin mövcud rejimin həyata keçirdiyi tədbirlər işğalçı ölkədə ictimai-siyasi narazılıqları artırıb. Yeni kabinet üzvlərinin bədbin açıqlamaları da Ermənistanın ciddi siyasi, iqtisadi kataklizmlərlə qarşı-qarşıya olduğunu göstərir. Maliyyə naziri Vardan Aramyanın açıqlamasına görə, 2017-ci ildə Ermənistanda təqaüdlərin artırılması və ya vergilərin azaldılması gözlənilmir. Nazir həmçinin gələn il büdcədəki azalmanın davam edəcəyini də vurğulayıb. Buna əsas səbəb kimi isə xarici borcların ilbəil artması göstərilir. “Joxovurd” qəzetində yer alan məqalədə o da qeyd edilib ki, keçmiş maliyyə naziri Suren Karayanın iqtisadiyyat naziri vəzifəsinə gətirilməsi isə ümidləri puç edib. Çünki məhz onun dövründə Ermənistan ciddi maliyyə itkilərinə məruz qalıb. O da vurğulanır ki, ən çox diqqətçəkən məqamlardan biri isə prezident administrasiyasının keçmiş rəhbəri Vigen Sarkisyanın müdafiə naziri vəzifəsinə gətirilməsidir. Yeni nazirin hərbi karyerası yoxdur və ordunun mövcud vəziyyətində belə bir adamın müdafiə naziri təyin edilməsi geniş müzakirə mövzusuna çevrilib.
İşğalçı ölkənin gələcəyi sual altında...
Bundan başqa, “Armenia today” isə yazır ki, ölkə daxilində hökm sürən siyasi və iqtisadi böhranın təməlində duran başlıca amillərdən biri də hakimiyyətin yanlış xarici siyasət kursudur. Başqa sözlə, Ermənistanın regional və beynəlxalq miqyasda təcrid vəziyyətinə düşməsi bu ölkə daxilində mövcud olan böhranın dərinləşməsini şərtləndirir. Sirr deyil ki, işğalçı siyasət həyata keçirən, xaricdən gələn ianələrə bel bağlayan və total tənəzzülün müşahidə olunduğu Ermənistan ciddi siyasi, iqtisadi və demoqrafik böhranla qarşı-qarşıyadır. Ermənistanın daxili və xarici siyasət sahəsində mövcud problemləri aradan qaldırmaq üçün kifayət qədər güc və potensiala malik olmaması nəticəsində yaranan böhran hakimiyyətlə xalq arasında ciddi qarşıdurmaya zəmin yaradır. Bütün bunları nəzərə alan bir çox ekspertlərin qənaətinə görə, müstəqil siyasət yeritməyən Ermənistanın gələcəyi sual altındadır. Bəhs olunan saytda dərc olunan məqalədə o da qeyd olunub ki, siyasi və iqtisadi tənəzzül ölkənin beynəlxalq aləmdə normal siyasi əlaqələrə malik olmamasından irəli gəlir.
Dolayısıyla, bütün bunlar isə Ermənistanın daxili və xarici platformada yeni siyasi kataklizmlərə sürükləndiyini göstərir. İşğalçı siyasətini davam etdirən bu ölkədə qarşıdakı dövrdə siyasi-iqtisadi böhranın dərinləşəcəyinə, xarici siyasətdə silsilə uğursuzluqların artacağına dair yekun qənaət ifadə etmək heç də çətin deyil. Bundan başqa, ölkəni beynəlxalq arenada qarşıdakı dövrdə digər ciddi problemlərin gözlədiyi proqnozlaşdırılır.
NURLAN
Xəbər lenti
Hamısına baxYeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43

