/ / Türkiyə-Rusiya cəbhəsində müşahidə edilən pozitiv təmaslar Avrasiyanın geosiyasi perspektivi üçün nə vəd edir?
Türkiyə-Rusiya cəbhəsində müşahidə edilən pozitiv təmaslar Avrasiyanın geosiyasi perspektivi üçün nə vəd edir?
08.11.2016 [09:57]
Ekspertlər bu iki dövlət arasında əməkdaşlığın genişləndirilməsini ən məqbul strateji seçim kimi dəyərləndirirlər
Müasir dünya siyasətinin gələcəyinə təsir edən strateji amillərdən biri regional güc mərkəzləri arasındakı münasibətlərdir. Bu, özünü rəqabət, ziddiyyət, əməkdaşlıq formasında göstərsə də, bəzi hallarda konfrantasiya meyillərinə də rast gəlinir. Məhz son zamanlar Türkiyə-Rusiya cəbhəsində baş verənlər bu qəbildəndir. Bir müddət öncə ölkələr arasında müəyyən geosiyasi səbəblərlə əlaqədar yaranan qarşıdurma ekspertlər tərəfindən həm regional, həm də qlobal əməkdaşlığa, təhlükəsizliyə zidd hal kimi xarakterizə edildi. Çünki siyasi konfrantasiya hər iki ölkə arasındakı iqtisadi münasibətlərə ciddi neqativ təsir etməklə yanaşı, Avrasiyada əməkdaşlığın genişləndirilməsi kontekstində arzuolunmaz hal idi.
Türkiyə-Rusiya münasibətləri Avrasiyada əməkdaşlıq və təhlükəsizlik kontekstində strateji faktor kimi...
Hazırda isə Türkiyə-Rusiya cəbhəsində sıx təmaslar və münasibətlərin inkişafı istiqamətində pozitiv meyillər müşahidə edilir. Siyasi ekspertlər hər iki milli dövlətin konfrantasiya əvəzinə əməkdaşlıq yolunu seçməsini ən məqbul strateji seçim və pozitiv durum kimi dəyərləndirirlər. Həqiqətən də, XXI əsr qloballaşma şəraitində Türkiyə-Rusiya münasibətləri Avrasiya regionunda əməkdaşlıq və təhlükəsizlik baxımından müstəsna əhəmiyyət kəsb edir. Doğrudur, bu iki regional güc mərkəzi inteqrasiya və əməkdaşlıqdan daha çox strateji rəqabət platformasında qarşı-qarşıya gəlir. Amma hər halda, iki ölkə arasındakı strateji təmaslar Avrasiya geosiyasi məkanının perspektivi üçün müəyyən nəticələr ortaya qoymaq potensialına malikdir. Bəhs edilən aktorların strateji rəqabətinin nəticələri aydın və proqnozlaşdırılandır. Lakin əsas məsələ Türkiyə ilə Rusiyanın əməkdaşlığının vəd etdiyi mümkün nəticələrdir. Bu nəticələri müəyyənləşdirmək üçünsə hər iki ölkənin geostrateji maraqları, statusu və fəaliyyət mexanizminə ayrıca diqqət yetirmək lazımdır.
Regionda yeni geosiyasi əməkdaşlıq platformasının formalaşdırılması zərurətə çevrilib
Beləliklə, SSRİ-nin varisi statusunda çıxış edən Rusiya Avrasiya məkanının böyük bir hissəsinə malik olan regional güc mərkəzi kimi ciddi təsir imkanlarına malik olduğu yeni dünya nizamı formalaşdırmaq istəyir. MDB və Şanxay Əməkdaşlıq Təşkilatı vasitəsilə geosiyasi çətir formalaşdırmağa çalışan Rusiya əlavə institusional mexanizmlərdən istifadə etmək zərurəti qarşısındadır. Bunun üçün isə yeni geosiyasi əməkdaşlıq platformasının formalaşdırılması lazımdır. Bu kontekstdə Türkiyə ilə yeni formatda geosiyasi yaxınlaşmanın zəruriliyi ortaya çıxır.
Avrasiyada yeni geosiyasi nizam tərəflərin paritet əməkdaşlığından keçir
Türkiyə isə faktiki olaraq Avrasiyada Qafqaza, Yaxın və Orta Şərqə, eyni zamanda, şimala açılan dəhliz kimi çıxış edir. Bu dövlətin Aralıq dənizi sahilində yerləşməsi və Qara dənizdə söz sahibi olması onun geostrateji əhəmiyyətini yetərincə artırır. Özəlliklə də, XXI əsrin qlobal məsələsi olan enerji təhlükəsizliyi baxımından Türkiyə Qərb - Avropa üçün müstəsna geostrateji əhəmiyyətə malikdir. Xüsusilə, Rusiya bu əməkdaşlıq kontekstində gerçəkləşdirilən layihələr vasitəsilə Avropa ölkələrinə qaz nəql etməklə Avropanın enerji bazarında öz mövqeyini daha da möhkəmləndirməyə çalışır. Digər tərəfdən, Türkiyənin NATO ölkəsi olması faktoru da Rusiya və digər Qərblə strateji rəqabət və mübarizə içində olan ölkələr üçün əhəmiyyət kəsb edir. Xüsusilə də, Rusiya bu kontekstdə NATO-nun Şərqə doğru genişlənmə strategiyasının qarşısını almaq məqsədi ilə Avropada “sanitar karton” yaratmaq istədiyi üçün prosesləri nəzarətdə saxlamağa, yeni manevr imkanları əldə etməyə çalışır.
Hazırda Rusiya-Türkiyə cəbhəsində müşahidə edilən müsbət meyillər və isti təmasların fonunda qeyd etmək olar ki, bu əməkdaşlıq çərçivəsində regionda mövcud olan münaqişələrin həlli məsələsinin aktuallaşması da gözləniləndir. Hər halda, Rusiya-Türkiyə yaxınlaşmasının həm hər iki ölkənin, həm də Avrasiyanın perspektivi naminə konkret nəticələr verməsi üçün ilk növbədə hər iki dövlətin strateji maraqları təmin olunmalıdır.
Nurlan
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35

