Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / “Nobel” mükafatları təqdim ediləcəkmi?

“Nobel” mükafatları təqdim ediləcəkmi?

27.09.2021 [14:16]

yeniazerbaycan.com-un Türkiyənin “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, Nobel Fondundan verilən açıqlamada deyilir ki, yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən qaliblərə “Nobel” mükafatlarının təqdim edilməsi mərasimi bu il də keçirilməyəcək. Fonddan verilən məlumata görə, “Nobel” mükafatlarının sahiblərinə medalları öz ölkələrində təqdim olunacaq.

“Nobel” mükafatının qlobal bir fenomen olduğunu ifadə edən Nobel Fondunun prezidenti Lars Heykenşteyn “Hamı COVID-19 pandemiyasının başa çatmasını istəyir, amma biz hələlik o mərhələyə çatmamışıq. “Nobel” mükafatçıları keçən il olduğu kimi, bu il də mükafat və medallarını öz ölkələrində alacaqlar”, - deyə bəyan edib.

Qeyd edək ki, hər il 10 dekabrda keçirilən mükafatlandırma mərasimi COVID-19 pandemiyası səbəbindən, təxminən 60 ildə ilk dəfə olmaqla, keçən il baş tutmayıb. Bu il də ləğv edilən mükafatlandırma mərasimi onlayn platformada keçiriləcək.

Onu da xatırladaq ki, COVID-19 pandemiyasına qədər “Nobel” mükafatlarının təqdimetmə mərasimi Sovet İttifaqının Macarıstana qoşun yeritməsinə etiraz olaraq, sonuncu dəfə 1956-cı ildə ləğv edilib. Eyni zamanda, mükafatlandırma mərasimləri Birinci və İkinci Dünya müharibələri zamanı da keçirilməyib.

Paylaş:
Baxılıb: 586 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Siyasət

Gündəm

Ədəbiyyat

MEDİA

Ədəbiyyat

Sazım

20 İyun 08:50

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30