Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Meksikada 4 gündə iki jurnalist öldürülüb

Meksikada 4 gündə iki jurnalist öldürülüb

01.11.2021 [12:56]

Son vaxtlar Meksikada jurnalistlərin naməlum şəxslərin hücumuna məruz qalması halları artıb. yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, son dörd gün ərzində Meksikada ikinci jurnalistin qətlə yetirilməsi narahatlıqla qarşılanır.

Jurnalistləri Müdafiə Komitəsinin sözçüsü Yan Albert Hootsen bildirib ki, Akapulkoda hücuma məruz qalan fotojurnalist Alfredo Kardoso xəstəxanada dünyasını dəyişib. Ölkə prokurorluğundan verilən açıqlamada yerli xəbər portalının əməkdaşı A.Kardosonun xəstəxanaya yerləşdirildiyini, lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmadığı qeyd edilib.

Bundan əvvəl, oktyabrın 28-də ölkənin Çyapas ştatında jurnalist işləyən Fredi Lopes Arevalo silahlı hücum zamanı öldürülüb.

Xatırladaq ki, 2000-ci ildən bəri ölkədə öldürülən jurnalistlərin sayı 130-u ötüb.

 

Paylaş
Baxılıb: 127 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30