Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Argentinada prezident və parlament seçkiləri keçirilir

Argentinada prezident və parlament seçkiləri keçirilir

22.10.2023 [16:46]

Argentinada prezident və parlament seçkilərində səsvermə başlayıb. 

AZƏRTAC xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb və 18:00-da bağlanacaq. 

Dövlət başçısı postu uğrunda beş namizəd mübarizə aparır. Əsas mübarizə hakim “Vətən naminə birlik” koalisiyasından namizədliyi irəli sürülmüş iqtisadiyyat naziri Serxio Massa, müxalifətin ən böyük koalisiyası “Dəyişiklik naminə birlikdə” partiyasını təmsil edən sabiq təhlükəsizlik naziri Patrisiya Bullriç və “Azadlıq gəlir” alyansına daxil “Libertarian” Partiyasının sədri deputat Xavyer Miley arasında gedəcək. Digər iki namizəd isə Kordoba əyalətinin qubernatoru Xuan Skyaretti və “Sol və İşçilər Cəbhəsi” koalisiyasını təmsil edən deputat Miriam Breqmandır. 

Prezidentdən başqa, ölkə vətəndaşları Konqresin 130 deputatını və 24 senatorunu seçirlər. Yaşı 16-dan yuxarı olan bütün Argentina vətəndaşları üçün səsvermədə iştirak məcburi xarakter daşıyır.

Paylaş:
Baxılıb: 562 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Sosial

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30