Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Davosda Dünya İqtisadi Forumu keçirilir

Davosda Dünya İqtisadi Forumu keçirilir

15.01.2024 [13:24]

Bu gün İsveçrənin Davos şəhərində 54-cü Dünya İqtisadi Forumu öz işinə başlayır. Forumun devizi “Etibarın bərpası” olacaq.

AZƏRTAC xəbər verir ki, yanvarın 15-dən 19-na kimi keçiriləcək forumun təhlükəsizliyini təmin etmək üçün İsveçrə Müdafiə Nazirliyi 5 min hərbçini səfərbər edib.

Forumda 60-dan çox hökumət və dövlət başçısı, o cümlədən Avropa Komissiyasının, BMT, NATO, Dünya Bankının, Ümumdünya Valyuta Fondunun, Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər. Avropa dövlətləri ilə yanaşı Asiya, Latın Amerikası və ərəb dövlətləri də foruma qatılacaqlar.

Yanvarın 16-da Ukrayna prezidenti Volodimir Zelenski xüsusi müraciətlə çıxış edəcək.

Paylaş:
Baxılıb: 643 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30