Ulduzun iyun sayı...
02.07.2024 [13:20]
"Ulduz” jurnalının növbəti sayı çap olunub. Ədəbiyyat dərgisi iyun sayında oxucularının görüşünə yeni təqdimatda gəlib.
Dərginin üz qabığı, mündəricatından tutmuş son səhifəsinə qədər dizaynında dəyişiklik olunub. “Ulduz”un yeni dizaynı Türkiyədə hazırlanıb, növbəti saylar da eyni qaydada tərtib ediləcək.
Bundan əlavə, jurnalın səhifə sayı da artırılır. Əvvəl 88 səhifə çap olunduğu halda, bundan sonra 96 səhifəli olacaq. İyun sayı isə xüsusi olaraq 104 səhifə hazırlanıb. Eyni zamanda, jurnalın ölçüsündə də dəyişiklik edilib.
“Ulduz” jurnalının baş redaktoru, Əməkdar jurnalist, şair Qulu Ağsəs bildirib ki, daha bir yeni təşəbbüsün reallaşması gözlənilir. Belə ki, Ankarada çap olunan “Gənc ürəklər” dərgisinin baş redaktoru Muhterem Şahinlə Qulu Ağsəsin əldə etdiyi razılığa əsasən, “Ulduz”un növbəti xüsusi buraxılışı “Gənc ürəklər” dərgisində, “Gənc ürəklər” dərgisinin növbəti sayı isə “Ulduz”da oxuculara təqdim olunacaq.
“Ulduz”un iyun sayında maraqlı bədii mətnlər yer alıb.
Dərgi Tural Cəfərlinin “Özüylə söhbəti... və şeirləri” ilə açılır.
Sərdar Aminin “Rəsul nəsə demək istəyir”, Təvəkkül Boysunarın “Araz axır qıyqacı”, Ayişə Nəbinin “Relsə bağlanan çoban”, Nazilə Gültacın “İki limon”, “Murad futbola baxırdı”, “Stabilizator”, Mətanət Ulu Şirvanlının “Dikbaş”, İlqar İsmayılzadənin “İtmiş pul” hekayələri, Aydan Abdullayevanın “Darıxan yazı” essesi dərgidə işıq üzü görüb.
Bir müddət əvvəl dünyasını dəyişmiş gənc yazıçı Murad Muradovun “Kərimin ördəkləri” hekayəsi də ruhuna ehtiram əlaməti olaraq bu buraxılışda dərc olunub.
“Ulduz” jurnalı və Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyat fondunun təşkilatçılığı ilə Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr olunmuş 35 yaşa qədər gənclər arasında keçirilən şeir müsabiqəsinin qalibləri - Cavid Qasımov, Allahşükür Ağa, Rəşad Nağı Mustafa, Eminquey Akif, El Roman, Seyyidəli Sübhinin şeirləri iyun sayında çap olunub. Eyni zamanda, Hafiz Hacıxalıl, Aysel Nəsirzadə, Rəsmiyyə Sabir, İnqilab İsaq, Ədalət Salmanın şeirləri “Şer vaxtı”nda oxuculara təqdim olunub.
“Tərcümə saatı”nda Xatirə Nurgülün tərcüməsində Sergey Dovlatovun “Ariel” hekayəsi dərc edilib.
Yazıçı-publisist Nadir Yalçın tanınmış şair Baba Vəziroğlu ilə müsahibəsi də jurnalın iyun sayında yer alıb.
Jurnalda İlham Abbasovun “Nobel” üzrə ədəbiyyat mükafatları laureatlarından Andre Jidin həyat və yaradıcılığından bəhs edən “Cuhud” soyadlı fransız yazıçısı” adlı məqaləsi dərc olunub.
“Gənc yazarlar üçün ustad dərsləri”nin növbəti mövzusu “Xorxe Borxesin “Dörd dövrəsi” barədə olub. Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Məti Osmanoğlu sözügedən esseni şərh edib.
İyunun “Tribuna”sında filologiya elmləri doktoru Vaqif Yusiflidir. “Yeni ədəbi nəsil” başlıqlı yazısında o, ümumi mənzərəyə nəzər salıb, iki mininci illərin ən gənc nümayəndələrindən bəhs edib.
“Dərgidə kitab”da İlhamə Nasirin qələm nümunələri işıq üzü görüb.
“Dərgidə sərgi”də isə Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi Fəridə Cəfərovanın rəsmləri əksini tapıb.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

