ZƏFƏR NƏĞMƏLƏRİ
08.11.2025 [08:28]
ZƏFƏR ŞEİRİ
Qalx ayağa, qoca tarix,
qalx ayağa, qarı düşmən,
Min illərin o başından
bu dünyanın Türkü gəlir.
Əllərində qılınc-qalxan,
dodağında türkü gəlir.
Ayağında dəmir çarıq,
çiynində boz kürkü gəlir.
Qalx ayağa, haqsız dünya,
gözün haqqı görsün bir də.
Bu zəfərin izi vardı
Sən gördüyün min illərdə
Günbatandan gündoğana,
tappır-tappır gedən atlar,
gumbur-gumbur gərənaylar, yadındamı, qoca tarix?!
Tanıdınmı, qoca tarix,
sənin hər səhifənə
qırmızı hərflərlə
müjdələr yazan Türkü?!
Bayrağının eşqinə
yağıya qan udduran,
səfləri pozan Türkü.
Qovğalarda sədlər yaran,
dinclikdə ozan türkü.
İndi də çox gözəldi,
“dam-daram-dam” ritminin
möhtəşəm sədaları.
Kəlbəcər də, Laçın da,
Ağdərə də, Şuşa da-
bizimdir nidaları.
Şəhidlər də, zəfər də,
bu sevinc də, kədər də-
bizimkidir, ana yurd.
Biz kədərlə sevinci
həmişə qoşa gördük.
Əziz günümüzdə də
Verib baş-başa, gördük.
Sınmadıq, əyilmədik,
Çox şükür bu günü də
Gördük, ey Vətən, yaşa!
8 NOYABR
8-i Noyabr Şuşa günüdü
təqvimdə düzəliş.
dualarda yenilik günü.
Biz bu duaları üzü göylərə
hər gün pıçıldadıq,
Vətən və Azadıq eşqinə.
8-i Noyabr
duaların qəbul olunduğu,
Tanrı lütfünün
yerə endiyi gün,
Şəhid ruhlarının
bayraqlıq parçadan
bayram paltarı
geyindiyi gün.
8-i Noyabr
Heyrətim, inamım, qürurum,
bir az da heyranlığım.
Biz Şuşaya qayıtdıq, Şuşa bizə qayıtdı.
Sənə şükür olsun,
ya inandığım!
Ramiz Kərəm
Sənə Zəfər yaraşır
Vətən müharibəsində
Biz qələbə qazandıq.
Bu gün Anım Günüdür
Qəhrəmanları andıq.
***
Tarix yazdı igidlər,
Hamısı əzizimizdir.
44 günlük müharibə,
Şanlı tariximizdir!
***
Dəmir yumruq düşmənin,
Mənfur başını əzdi.
Düşmənlər Qarabağda
Daim qala bilməzdi.
***
İndi azad Qarabağ
Günbəgün abadlaşır.
Mənim qədim torpağım!
Sənə bu çox yaraşır.
***
Bizə Zəfər yaşatdı,
İgid oğullarımız.
Hər birini anırıq,
Minnətdarıq hamımız!
***
Yaşa, Vətən, çox yaşa,
Yaraşır Zəfər sənə!
Alqış, min kərə alqış
Zəfəri bəxş edənə!
Nicat İsmayılov
Vətən alqışlayır
qədəmlərini,
Çoxdan gözləyirdik
bu böyük günü.
Dərbənd gülümsəyir
Xəzərə baxıb,
Elə bil açılıb Təbrizin eyni.
Adınla fəxr edib
coşur ürəklər,
Yeni Zəfərlərlə yaşa,
Vətənim!
Çoxdan tilsimdəydi
Şuşanın ruhu,
Ruhun azad oldu
Şuşa-Vətənim.
Dünya heyran oldu
bu qələbəyə,
Bu Zəfər dillərdən-dillərə gəzər
Ulu Qarabağın xilası sanki,
Böyük İstanbulun
fəthinə bənzər.
Bu Zəfər yazılıb
şəhid qanıyla
Azadlıq naminə
yüz yol and içdik.
Düşmənin qurduğu
istehkamları,
Bir “Dəmir Yumruq”la
dağıdıb keçdik.
Yurduma tuşlanan
xain əllərə,
Bu Zəfər dərs oldu,
-etməyin xəta.
Tarixin ən şanlı
döyüşləriylə,
Zamanı da yendi
bu Zəfər hətta.
Yadlara əzəldən
gözdağı olub,
Türkün düşmən bağri
yaran ordusu.
Yolundan çıxanı
cəza gözləyir,
Tanrı ordusudur-Turan
ordusu...
Murov dağlarına
Ağrı əl edir,
Kəpəz Savalanın
görüşündədir.
Behşitdə rahat yat,
Xətai babam,
Vətən qələbələr
yürüşündədir.
Rafiq Ələkbər
Bir sabah oyandıq biz,
Sevinc dolu bir səsə.
Ucaldı Zəfər nəğməsi,
Yayıldı hər nəfəsə.
44 gün, 44 səhər,
Qələbəyə apardı.
Hər şəhidin ruhunda
Qarabağ nurla yandı.
Əsgərlərim, igidlər,
Siz yazdınız tarixi.
Göz yaşını sevinclə
Əvəz etdi milləti.
Şuşa səni salamlar,
Səngərdəki əllərlə.
O bayraq dalğalanır,
Hər dağda, hər ellərdə.
Bu gün Zəfər Günüdür,
Əbədi yad günümüz.
Qoruyacağıq daim
Səni, Vətən, birliyimiz!
Mina Rəşid
Şuşa səslər çağırır,
Dağların qucağından.
Güllər açır, bülbüllər,
Ötür azad sabahdan.
Göz yaşını sil indi,
Vətənim, gül, sevin sən.
Qarabağım azaddır,
Zəfər səninlədir, mən!
Qar dənəsi üstündə
Ayaq izim dayanır.
O izləri qoruyur
Əsgərimin canı var.
Hər daşında xatirə,
Hər ağacda bir nida.
“Yaşasın Azərbaycan!” -
Deyir dağlar hər yanda.
Bu torpaq qanla yazdı
Qürur dolu dastanı.
Qarabağ bizimdir, bax,
Zəfər etdi asmanı!
Heydər Ələddinoğlu
Qalib xalqın övladıyam,
Başım uca, alnım ağ.
Şuşa, Füzuli, Cəbrayıl,
Hamısı bir dastan çağ.
Səngərlərdə gecələr,
Ümidlə keçdi hər an.
Əsgərimin gözündə
Parlayırdı nurdan can.
Düşmənlər çəkildi
qorxudan,
Bayrağımız sancıldı.
O ulduz, ay, üç rənglə
Göylərimiz açıldı.
Qarabağ torpağında
Gül açır şəhid qanı.
Onların ruhu ilə
Yaşayır hər bir anı.
Zəfərimiz əbədidir,
Tarixdə qızıl yazı.
Azərbaycan, Vətənim,
Səninlə dolu sazı!
Elvin Elxanoğlu
Qış günündə üzdə
çiçək açdıran,
Gecəmizə gün
işığı saçdıran,
Yağıları el-obadan
qaçdıran
Bu zəfərin mübarəkdir,
ey vətən!
Səman geniş hey
uçduqca uçasan,
Torpağını ana kimi qucasan,
Qələbənlə Qaf dağından ucasan,
Bu zəfərin mübarəkdir,
ey vətən!
Olmaz imiş, sözdür,
dostu düşənin,
Dostu aldı qəlbin
“qəlbişüşənin”,
Söylənəcək yüz il
fəthi Şuşanın,
Bu zəfərin mübarəkdir,
ey vətən!
Adilə Nəzər
Xəbər lenti
Hamısına baxXəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18
Hərbi
07 Noyabr 16:18
Siyasət
07 Noyabr 16:11
YAP xəbərləri
07 Noyabr 16:09
Xəbər lenti
07 Noyabr 15:44
Xəbər lenti
07 Noyabr 15:32
Dünya
07 Noyabr 15:29
Sosial
07 Noyabr 14:46
İqtisadiyyat
07 Noyabr 14:44
İqtisadiyyat
07 Noyabr 14:43
YAP xəbərləri
07 Noyabr 14:08
Dünya
07 Noyabr 13:47
Gündəm
07 Noyabr 13:41
Mədəniyyət
07 Noyabr 13:21
YAP xəbərləri
07 Noyabr 12:27
Gündəm
07 Noyabr 11:41
İqtisadiyyat
07 Noyabr 11:20
YAP xəbərləri
07 Noyabr 11:12
YAP xəbərləri
07 Noyabr 11:06
Gündəm
07 Noyabr 10:55
İqtisadiyyat
07 Noyabr 10:53
İqtisadiyyat
07 Noyabr 10:36
Analitik
07 Noyabr 10:14
MEDİA
07 Noyabr 09:51
Analitik
07 Noyabr 09:38
Mədəniyyət
07 Noyabr 09:14
Sosial
07 Noyabr 08:50
İdman
07 Noyabr 08:26
YAP xəbərləri
06 Noyabr 23:42
YAP xəbərləri
06 Noyabr 22:45
YAP xəbərləri
06 Noyabr 22:36
YAP xəbərləri
06 Noyabr 21:28
YAP xəbərləri
06 Noyabr 21:10
YAP xəbərləri
06 Noyabr 20:47
YAP xəbərləri
06 Noyabr 20:30
YAP xəbərləri
06 Noyabr 19:49
YAP xəbərləri
06 Noyabr 19:14
Maraqlı
06 Noyabr 18:36
YAP xəbərləri
06 Noyabr 18:12
YAP xəbərləri
06 Noyabr 17:49
Dünya
06 Noyabr 17:41
YAP xəbərləri
06 Noyabr 17:40
Siyasət
06 Noyabr 17:23
YAP xəbərləri
06 Noyabr 16:54
Dünya
06 Noyabr 16:29
YAP xəbərləri
06 Noyabr 16:26
Diaspor
06 Noyabr 15:43
Dünya
06 Noyabr 15:32
YAP xəbərləri
06 Noyabr 14:46
YAP xəbərləri
06 Noyabr 14:45

