Görkəmli Azərbaycan yazıçısı Kamal Abdullanın İtaliyada yeni kitabı çap olunub
18.01.2017 [09:41]
Görkəmli Azərbaycan yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanından sonra “Sehrbazlar dərəsi” (Kamal Abdulla. “La velle dei maghi”, Roma 2016.) romanı da İtaliyanın məşhur “Sandro Teti Editore” nəşriyyatında çap edilib.
AZƏRTAC xəbər verir ki, müəllifin “Yarımçıq əlyazma” romanının İtaliyada iki dəfə nəşrindən sonra Kamal Abdulla yaradıcılığına oxucu marağını görən nəşr evi “Sehrbazlar dərəsi” romanını da çap etməyə qərar verib. Romanı italyan dilinə rus dilindən Genuya Universitetinin müəllimi Daniele Franzoni tərcümə edib.
Kitabı italyan oxucusuna hazırda Avropanın bir çox aparıcı universitetləri ilə yanaşı, Harvard Universiteti ilə də əməkdaşlıq edən, orta əsrlər ədəbiyyatı və mədəniyyəti, eləcə də islam, xristianlıq və iudaizmlə bağlı sivilizasiyalararası münasibətlər üzrə mütəxəssis Franko Kardini təqdim edir. Professor F.Kardininin romana yazdığı “Ön söz”də əsər bütün ədəbi-bədii layları ilə təhlil olunur, romandakı magik təxəyyülün Şərq və Qərb sivilizasiyalarının qovuşma nöqtəsində ortaya çıxan enerjidən qaynaqlandığı ifadə edilir.
Professor F.Kardin yazır: “Roman böyük uğur qazandığı Fransada resenzentin fövri optimizmlə ifadə etdiyi kimi, “Xeyrin Şər üzərində qələbəsindən bəhs edən alleqoriya” deyil. Əslində, böyük bəxşiş hesab edilən seçim azadlığına malik olan, eyni zamanda da seçimin ağır məsuliyyətini öz çiynində daşıyan bir insanın keçdiyi çətin yol haqqında qələmə alınmış bir hekayədir. Bu kitab bizi daxili ziyarətə dəvət edir. Bunun üçünsə, hər birimiz İlan gədiyinin axtarışındayıq. Oradan Görükməz təpənin yaşıl ətəyinə keçmək, sonra isə aşağı, Sehrbazlar dərəsinə düşmək olar. Dərəyə axtarış məqsədilə gəlirlər. Amma sən nə axtardığına, vermək istədiyin suallara, tapacağın şeylərə və qayıdandan sonra həyatla mübarizədə sənə lazım olan, orada isə əlindən almaq istədikləri gücə diqqət etməlisən”.
Kitabın üzündə orta əsr rəssamı Maqsud Kəşaninin 1539-1540-cı illərdə çəkdiyi və hazırda Londondakı Viktoriya və Albert Muzeyində saxlanılan rəsmin təsviri verilib.
Qeyd edək ki, indiyə qədər “Sehrbazlar dərəsi” romanı Fransa, ABŞ, Rusiya, Türkiyə, Yaponiya, İran, Litva və Qazaxıstanda nəşr edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27
Xəbər lenti
23 May 14:10

