Allah kimi bağışlasın?
11.01.2023 [10:54]
Səhər tezdəndir...
Qapılardan birinin kilidi açılır. Səliqəli, dəblə geyinən bir xanım mənzilindən çıxır. Əlində sellofan torba var. Qadın qapını bağlayıb “tak-tuk”la pilləkənləri düşür. Hər tərəfi xoş ətir bürüyür. O, bir mərtəbə enib əlindəki sellofan torbanı küncə tolazlayır. Zibil divara dəyib möhkəm səs çıxarır. Boş qatıq qabı pilləkənlərlə üzü aşağı- qadının arxasınca diyirlənir. Hündür dabanlı ayaqqabıların səsi qatıq qabının dığıltısına qarışır...
...Bayırda süpürgəçi yaşmağının altında deyinə-deyinə küçəni süpürür:
- Vəhşidirlər! Əllərinə nə gəlir, atırlar yerə! Allahdan qorxmurlar..!
Hikkəsini süpürgəyə tökür, əlləri yeyinləşir. Zibilləri kanalizasiya qapağının açıq qalan yerindən içəriyə - çalaya süpürür...
***
Süd satan qadın...
Həmişəki kimi səhər o başdan kənddən gətirdiyi südləri yolun qırağındakı ağacın kölgəsinə yığıb. Gözlərində qayğı var. Başını qaldırıb göyə - qızmar günəşə, sonra hələ satılmayan süd dolu qablara baxır. Sifətindəki qırışların sayı bir az da artır. Ehmalca pıçıldayır:
- Gün qızdı, yenə çürüyəcək... Zəhrimara qalmış..!
Əlini qoynuna salır, ordan çıxardığı kağızı ehmalca açır, ağ rəngli tozu-çay sodasını ovucuna tökür. Gözünün altıyla yan-yörəsinə oğrun-oğrun baxıb, ovucunu süd qablarına boşaldır.
- Salam!
Səsə diksinir. Süd qablarından biri əlindən düşüb dağılır...
- Gör eee, hayıf..! Salam! Sənin südün buradadır, budur haa...Saxlamışam.
- Xala, arxayın ola bilərəm də? Bilirsinız, körpə uşağa verirəm...
- Bıy, bu nə sözdür, xalan qurban, tər- təmiz süddür, axşam öz inəyimdən sağmışam! Göydə Allah var!
***
Axşam çağı... Qara rəngli maşın tini burulub ara küçəyə çıxır. Bayaqdan ayaq üstə durmaqdan yorulub, hündür hasarın dibində yerə çökən qadınlar maşını görcək dimdik qalxırlar. Üst-başları torpaq içərisində maşına sarı yüyürürlər.
- Səni and verirəm Allaha..!
- Yalvarıram, mənə kömək eləyin! Qoymayın oğlumu tutsunlar!
- Evimi əlimdən alırlar!
Onun sifəti dəyişmir. Elə bil, nə eşidir, nə də görür...
...Maşın hündür hasarın gizlədiyi sirli, əlçatmaz evin darvazasından içəri girir. Darvazanın yanında dayanan donuq sifətli gəncin qolları qadınları geri itələyir. Darvaza örtülür...
...O, aldığı bahalı oyuncağı qutusundan çıxarıb qızına uzadır:
- Al! Tap görüm, bu dəfə sənə nə almışam?!
Balaca əllər maraqla oyuncağın üstündə gəzir...
- Kukla!
- Ağıllım!
Qız barmaqlarını böyük- az qala özü boyda olan gəlinciyin saçlarına toxundurur.
- Saçları necədir?!
- Sarıdır, sənin saçların kimi...
- Bəs paltarı nə rəngdədir?!
- Qırmızı...
O, qızının ifadəsiz gözlərinə, işığı axtaran barmaqlarına baxıb ah çəkir:
- Ay Allah..!
Səfurə ÇƏRKƏZQIZI
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23

