ADPU Müasir Təhsil Kompleksi ilə əməkdaşlığa başlayır
16.01.2025 [17:38]
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin (MTK) məktəb direktoru Nelson Urreqo və icraçı direktoru Tural Abbasovla görüş keçirilib.
Bu barədə AZƏRTAC-a ADPU-dan bildirilib. Görüşdə rektor Cəfər Cəfərov qonaqlara Pedaqoji Universitetin müəllim hazırlığında müasir yanaşmaların tətbiqinə və beynəlxalq əməkdaşlıqlara verdiyi önəmdən bəhs edib. Rektor universitetin həyata keçirdiyi və dəstək göstərdiyi yerli və beynəlxalq layihələr, akademik proqramların yenilənməsi və tələbələrin praktik biliklərlə təmin olunması istiqamətində aparılan işlər barədə məlumat verib.
Qonaqlar MTK-nın təhsil sistemi, beynəlxalq standartlara uyğunluğu və əldə etdiyi uğurlar haqqında məlumat verib, kompleksin müasir tədris metodlarına əsaslanan yanaşmalarını diqqətə çatdırıblar. Pedaqoji Universitetlə əməkdaşlıq imkanlarının həm kompleksin gənc kadr potensialının formalaşması, həm də gələcəyin müəllimlərinin müasir təhsil standartlarına uyğun, yeni yanaşmalara bələd kadrlar kimi formalaşması baxımından əhəmiyyətli ola biləcəyi qeyd edilib.
Görüşdə birgə layihələrin həyata keçirilməsi, akademik təcrübə mübadiləsinin inkişafı, tələbələrin MTK-da pedaqoji təcrübədə iştirakları, kompleks tərəfindən potensiallı tələbələr üçün karyera imkanlarının yaradılması, tədris proqramlarının hazırlanması sahəsində əməkdaşlıq, tələbələrin Beynəlxalq Kembric Proqramının mənimsəmələri, beynəlxalq olimpiada və yarışlarda birgə təmsil olunma məsələləri xüsusi müzakirə edilib.
Tərəflər qeyd olunan sahələr üzrə əməkdaşlıqla bağlı ilkin razılığa gəliblər.
Xəbər lenti
Hamısına baxDünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25

