/ / ADA Universiteti ilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi arasında anlaşma memorandumu imzalanıb
ADA Universiteti ilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi arasında anlaşma memorandumu imzalanıb
22.01.2021 [09:39]
ADA Universiteti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi arasında birgə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədi ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə və Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov imzalayıblar.
ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, memoranduma əsasən, tərəflər qarşılıqlı təcrübə mübadiləsi, birgə proqramların təşkili, tələbələrin dövlət xidmətləri sahəsində bilik və bacarıqlarının formalaşdırılması istiqamətində razılığa gəliblər. Memorandum innovativ təşəbbüslərin həyata keçirilməsini, araşdırma, statistika və təhlillərin aparılmasını və digər oxşar məsələlər üzrə birgə fəaliyyətin təşkilini də əhatə edir.
Birgə əməkdaşlıq platformasının hazırlanması, dövlət xidmətləri sahəsində innovativ və yüksək texnologiyalara əsaslanan həll yollarının tapılması ilə bağlı maddələr də memorandumda əksini tapıb.
Razılaşma çərçivəsində ADA-nın bakalavr və magistr tələbələrinin müxtəlif könüllü və təcrübə proqramlarında iştirakı, fərqlənən tələbələrin Agentliyin işə qəbul prosesinə cəlb olunması təmin ediləcək. Bununla yanaşı, Agentliyin müvafiq əməkdaşları da universitetin tədris-innovasiya infrastrukturundan yararlanacaq, könüllüləri isə ADA-da gənclər üçün təşkil edilən təlim proqramlarında iştirak edəcəklər.
İmzalanma mərasimində ADA Universitetinin işğaldan azad edilmiş ərazilərdə sosial layihələr və yeni proqramlar həyata keçirəcəyini vurğulayan Fariz İsmayılzadə bildirib: “Ölkəmizdə islahatların həyata keçirilməsində fərqlənən qurumlar sırasında olan DOST Agentliyi ilə imzaladığımız memorandumun faydalı olacağına ümidvarıq”.
Yaxın gələcəkdə DOST mərkəzlərinin sayının artırılacağını nəzərə çatdıran Fərid Məmmədov bildirib: “İşğaldan azad edilmiş ərazilərimizdə “DOST Qarabağ proqramı” çərçivəsində fəaliyyətə başlayacaq DOST mərkəzləri vasitəsilə vətəndaşlara xidmət göstəriləcək”.
Xəbər lenti
Hamısına baxDünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37

