Qaradağ metal konstruksiyalar zavodu istifadəyə verilib
10.07.2012 [23:39]
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qaradağ metal konstruksiyalar zavodunun açılışında iştirak edib.
İqtisadi inkişaf naziri Şahin Mustafayev dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, sahəsi 8 min 600 kvadratmetr olan zavod Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, Qaradağ rayonunun Sahil qəsəbəsində 4,5 hektar ərazidə inşa edilib. Zavodun ümumi dəyəri 8,6 milyon manatdır. Bu layihənin icrasına İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən birinci mərhələdə iki milyon manat güzəştli kredit verilib. Gələcəkdə zavodun fəaliyyətinin genişləndirilməsi məqsədi ilə əlavə kredit vəsaitlərinin ayrılması da nəzərdə tutulur. Müəssisənin tikintisinə 2011-ci ilin iyulunda başlanılıb və bu ilin iyununda sona çatdırılıb.
Prezident İlham Əliyev zavodun istehsal prosesindən bəhs edən filmə baxıb.
Azərbaycan Prezidenti müəssisəni işə salıb.
Diqqətə çatdırılıb ki, zavod xarici ölkələrin müasir texnologiyası əsasında qurulub. Buradakı avadanlıq, eyni zamanda, formaverici, dəlmə, burğu ilə deşmə, plazma kəsici, zolaq kəsici, astarlama və rəngləmə əməliyyatlarını həyata keçirmək imkanına malikdir. Metal konstruksiya məhsulları müasir zavod və fabriklərin, istehsal və emal müəssisələrinin, soyuducu anbar və heyvandarlıq komplekslərinin, körpülərin, idman zallarının, çoxmərtəbəli yaşayış binalarının tikintisində geniş istifadə olunur. Elastikliyi və davamlılığı betondan dəfələrlə yüksək olan, yığılması qısa müddətdə başa gələn və daha az xərc tələb edən metal konstruksiyalar tikinti sektorunun gələcək inkişafına geniş imkanlar açır. Bu zavodun istifadəyə verilməsi ölkədə aparılan geniş tikinti-quruculuq işlərinin bu növ məhsullara tələbatını ödəməklə yanaşı, ixrac potensialının artırılmasına dəstək olacaq. İl ərzində 24 min ton metal konstruksiyalar istehsal edəcək zavodda 120 nəfər işlə təmin olunub.
Vurğulanıb ki, gələcəkdə məhsulların çeşidinin və istehsalın həcminin artırılması məqsədi ilə əlavə istehsal korpuslarının da inşa olunması nəzərdə tutulur. Layihələndirilən istehsal sahəsi 11 min 970 kvadratmetr təşkil edir.
Yeni müəssisə ilə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxİdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45

