Güclü Lider - Güclü Dövlət
20.04.2024 [21:11]
Azərbaycanın iradəsindən kənarda...
Cənubi Qafqazda hər hansı planın həyata keçirilməsi qeyri-mümkündür
Son illərdə müstəqil Azərbaycanın qazandığı parlaq qələbələr və uğurlar öz miqyasına və əhəmiyyətinə görə çox böyükdür. Xalqımız özünün müzəffər Liderinin –Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən şanlı səhifələrini yazır, bir vaxtlar xəyallarımıza belə gətirə bilməyəcəyimiz nailiyyətlərə imza atır.
2020-ci il 27 sentyabrdan 2024-cü il aprelin 19-na kimi qət edilən yolu hansısa bir dövrün uğurları ilə müqayisə etmək mümkün deyil. Azərbaycan tarixində heç vaxt indiki qədər güclü və məğrur olmayıb. Əlbəttə, ölkəmiz bu uğurlara birdən-birə və yaxud sehirli çubuğun sayəsində çatmayıb. Bunun arxasında iki görkəmli dövlət xadiminin – ümummilli lider Heydər Əliyrvin və Onun Özü qədər inandığı İlham Əliyevin ilmə-ilmə həyata keçirdikləri məqsədyönlü siyasət, həmişə bir neçə on ili qabaqlayan strateji baxışları dayanır.
Heydər Əliyev torpaqlarımızın Ermənistana verilməsi prosesini dayandırdı
Heç kəsə sirr deyil ki, Azərbaycan son 200 illik tarixində həmişə torpaq itkilərinə məruz qalıb. Ayrı-ayrı imperialist güc mərkəzlərinin qurduqları məkrli panların nəticəsi olaraq sərhədlərimiz daralıb, tarixi ərazilərimizi itirmişik. Zamanında torpaqlarımızda indiki Ermənistanın yaradılması da bu mərkli planın tərkib hissəsi idi. Azərbaycanda uzaqgörən və xalqına bağlı olan lider yoxluğu fonunda ermənilərin bəhs olunan güclər tərəfindən davamlı olaraq dəstəklənməsi xalqımızı bir çox faciələrə düçür etdi. Azərbaycana ən çətin məqamlarda xalqının yanında olan və ona ümid verən Lider ötən əsrin altımışıncı illərinin sonlarında gəldi. Bu Lider bir neçə on il ərzində respublikamızın idarəçilk sükanının arxasında məharətlə dayanan, ən kritik məqamlarda belə ən doğru qərarlar verməsi ilə tarixdə əbədi qalacaq Heydər Əliyev idi. Əsrlər boyu torpaqlarını itirən Azərbaycan Onun 1969-cu ildə respublikaya rəhbərlik etməyə başlamasından sonra sürətli inkişaf yoluna qədəm qoydu və torpaqlarımızın Ermənistana verilməsi prosesi dayandırıldı. Heydər Əliyev böyük uzaqgörənliklə respublikamızın gələcəkdə müstəqil dövlət qurması və yaşaması üçün fundamental əsaslar yaratdı. O, qısa müddətdə Azərbaycanı keçmiş ittifaqın aqrar əlavəsindən çıxardaraq sənaye inkişafına yönəltdi. Paralel şəkildə, milli mədəniyyətin inkişafına, ənənələrimizin və dilimizin qorunmasına qayğı göstərildi. Bütün bunlar son nəticədə xalqımızın milli özünüdərk və həmrəylik hissini gücləndirdi.
Düşmənlərimiz Heydər Əliyevin hakimiyyətdə qalmasını məkrli planlarını həyata keçirmələri yolunda ən böyük maneə hesab edirdilər. Heydər Əliyev keçilməz bir sədd, alınmaz qala idi, həm zəkası, həm də qətiyyətli siyasi iradəsi, nüfuzu ilə xalqını real təhlükələrdən qoruyurdu. Hətta bu təhlükələr bir sıra hallarda Onun şəxsinə, ailəsinə, doğmalarıa yönəlsə belə! Heydər Əliyev xalqı ilə nəfəs alırdı və xalqının sonsuz məhəbbəti Onu milli maraqlarımız naminə daha fədəkar fəaliyyətə sövq edirdi.
Sonradan Heydər Əliyevin siyasi hakimiyyətdən uzaqlaşdırılması dövlətimiz və xalqımız üçün yeni faciələrə yol açdı. 1980-ci illərin sonlarında Kamran Bağırov, Əbdülrəhman Vəzirov, Ayaz Mütəllibov və Əbülfəz Elçibəy kimi qorxaq və iradəsiz şəxslər Azərbaycan xalqının faciəsinə, torpaq itkisinə görə məsuliyyət daşıyırlar. Eyni şəkildə, 1918-1920-ci illərdə Azərbaycan rəhbərliyində olan şəxslər guya erməniləri sakitlşdirmək üçün torpaqlarımızı Ermənistana verdilər. İlk olaraq AXC dönəmində İrəvanın ermənilərə peşkəş edilməsi ilə tarixi cinayətə yol verildi. Bu, erməniləri sakitlədirdimi? Əsla! İştah dil altındadır, deyiblər. Irəvanı qoparan ermənilər sonradan Zəngəzurun bir hissəsini ələ keçirməyə, azərbaycanlıları dədə-baba torpaqlarından deportasiya etməyə nail oldular. Azərbaycanlıların tarixi torpaqlarımızdan zorla köçürülməsi bir neçə mərhələdə reallaşdırldı. Bütün bu kimi mənfi proseslərin qarşısını yalnız Heydər Əliyev kimi dahi Lider ala bilərdi və aldı da.
İş elə gətirdi ki, Azərbaycan XX yüzillikdə ikinci dəfə müstəqillik qazandıqdan sonra da – ötən əsrin doxsanıncı illərinin əvvəllərində Heydər Əliyev yenə xilaskarlıq missiyasını yerinə yetirdi. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə respublikanın siyasi hakimiyyətinə qayıdan Heydər Əliyev Azərbaycanı məhv olmaq təhlükəsindən qurtardı, müstəqil dövlət qurdu və onu yeni inkişaf yoluna çıxartdı.
Ərazilərimiz kənd-kənd, şəhər-şəhər, qarış-qarış geri qaytarıldı
Böyük Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən mühüm xidmətlərindən biri İlham Əliyev kimi mahir siyasi varis yetişdirməsidir. Ulu Öndər İlham Əliyevə Özü qədər inanırdı. İllər ötdükdən sonra Azərbaycan xalqı İlham Əliyevin bu inamı yüksək səviyyədə doğrultmasının şahidi oldu. Hazırda xalqımız İlham Əliyevin Azərbaycanı zirvələrə yüksəltməsinin qürurunu yaşayır.
Müstəqi Azərbaycan son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük tarixi uğurlara imza atıb. O, Azərbaycanı güclü dövlətə çevirdi, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, torpaqlarımızı kənd-kənd, şəhər-şəhər, hətta qarış-qarış geri aldı. Bu proseslər Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması, ölkəmizin ərazisində heç bir xarici qüvvənin olmaması ilə tamamlandı. Prezident İlham Əliyevin adı Azərbaycan tarixinə Qalib Dövlətin Qalib Lideri kimi qızıl hərflərlə yazıldı.
Prezident İlham Əliyev öz iradəsini ortaya qoyaraq Azərbaycanın taleyi ilə bağlı qurulan bütün ssenariləri alt-üst etdi. Bu gün hamı bu iradə ilə hesablaşır. Prezident İlham Əliyev Cənubi Qafqazda yeni geosiyasi reallıq və status-kvo yaratdı. Hazırda Azərbaycan Cənubi Qafqazın güclü və lider dövlətidir. Azərbaycanın iradəsindən kənar Cənubi Qafqazda hər hansı planın həyata keçirilməsi qeyri-mümkündür.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34

