Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / “Heydər Əliyev 101: Türkiyə Yüzili”

“Heydər Əliyev 101: Türkiyə Yüzili”

07.05.2024 [18:00]

TAYİP-in təşkilatçılığı ilə tədbir keçirilib

NARDAR

Mayın 7-də Heydər Əliyev Mərkəzində “Türkiyə Azərbaycan Yüzüncü İl Platforması”nın (TAYİP) təşkilatçılığı ilə “Heydər Əliyev 101: Türkiyə Yüzili” mövzusunda tədbir keçirilib. Tədbir Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mümarı olduğu “Türkiyə Yüzili” vizyonuna həsr olunub.

Tədbiri giriş sözü ilə açan TAYİP-in sədri Elmin Sadıqov Ulu Öndər Heydər Əliyevin Azərbaycanın inkişafındakı misilsiz xidmətlərindən və türk dünyasının birliyi naminə fəaliyyətindən danışıb. E.Sadıqov çıxışı zamanı “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edən Azərbaycan - Türkiyə dostluq və qardaşlıq münasibətlərinin yüksəliş mərhələsinə qədəm qoymasında dövlət başçıları İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın liderliyinin tarixi əhəmiyyətindən də bəhs edib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, anadan olmasının 101-cü ildönümünü sonsuz sayğı və böyük minnətdarlıqla qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında və bütövlükdə Türk dünyasında xidmətləri misilsizdir. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev istər fərqli siyasi-ideoloji mühitin, o cümlədən sərt qadağaların mövcud olduğu SSRİ dönəmində, istərsə də Azərbaycanın mürəkkəb geosiyasi şəraitdə çoxsaylı təhdid və çağırışlarla üzləşdiyi müstəqillik dövründə türk dünyasında siyasi həmrəyliyin - milli birliyin təmin olunmasına, türk dövlətləri ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirib. Çoxəsrlik tarixi köklərə, milli-mənəvi dəyərlərə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri müasir tariximizdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü əsasında Araz çayı üzərində inşa olunaraq əzəli Azərbaycan torpağı - qədim türk yurdu Naxçıvanla Türkiyəni birləşdirən “Ümid” körpüsü ilə yeni məzmun alıb. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illərdə “bir millət, iki dövlət” olaraq səciyyələndirdiyi Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmləndirilməsi istiqamətində prinsipial siyasət həyata keçirib, nəticə etibarilə iki qardaş ölkənin dostluq və tərəfdaşlıq əlaqələri dünyada nümunəvi xarakter alıb.

YAP Sədrinin müavini qeyd edib ki, bu gün yeni reallıqlar fonunda Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Təqdirəlayiq haldır ki, Azərbaycanın ardıcıl təşəbbüsləri ölkələrimiz arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq daha da möhkəmlənməsinə xidmət edir. Xüsusilə də Azərbaycan ilə Türkiyənin sinxron fəaliyyəti Türk Dövlətləri Təşkilatının qarşıdakı müddətdə geniş təsir imkanlarına malik güc mərkəzinə çevrilməsinə əlverişli şərait yaradır. “Bu gün iftixarla qeyd edirik ki, Azərbaycanın möhtəşəm Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsindən sonra hər iki dövlətin liderlərinin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan-Türkiyə münasibətləri tamamilə yeni bir səviyyəyə qalxıb, 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanması ilə müttəfiqlik zirvəsinə yüksəlib”, - deyə Tahir Budaqov diqqətə çatdırıb.

YAP Mərkəzi Aparatının rəhbəri vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında iki ölkənin hakim partiyaları olan Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının çoxşaxəli əməkdaşlığının da mühüm rolu var: “Təqdirəlayiq haldır ki, 2021-ci ilin iyunun 2-də iki partiya arasında imzalanmış Əməkdaşlıq Protokolundan irəli gələrək atılan addımlar partiyalar arasında işbirliyinin dərinləşməsini şərtləndirməklə yanaşı, dövlətlərarası münasibətlərin inkişafına da dəyərli töhfələr verir. Təbii ki, Yeni Azərbaycan Partiyası və AK Parti yeni reallıqlardan və çağırışlardan irəli gələn ortaq hədəfləri bundan sonra da birlikdə reallaşdırmaq əzmindədirlər. Ümumiyyətlə, digər türk dövlətlərinin hakim partiyaları ilə də əməkdaşlığı xüsusi diqqət mərkəzində saxlayan YAP türk dünyasında əlaqələrin inkişafında fəal rol oynayır”.

AMEA- nın vitse-prezidenti, akademik Gövhər Baxşəliyeva isə çıxışında deyib ki, Azərbaycan-Türkiyə münasibətləri dostluq və qardaşlıq prinsipinə əsaslanır, eyni zamanda, bu əlaqələrin dərin tarixi kökləri var. O, həmçinin qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Tədbirdə, həmçinin energetika nazirinin müavini Orxan Zeynalov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Milli Məclisin deputatları Anar İsgəndərov və Musa Qasımlı çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan dövlətinin inkişafı yolundakı misilsiz xidmətləri barədə fikirlərini bildiriblər. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına xüsusi önəm verib. Bu gün Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkələrimiz mühüm uğurlara imza atıb. Çıxış edən natiqlər iki ölkə arasında münasibətlərin bundan sonra daha səmərəli, faydalı və məqsədyönlü şəkildə, uğurla davam edəcəyinə əminliklərini ifadə ediblər.

Paylaş:
Baxılıb: 162 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ərzurumun xilaskarı

22 May 11:05  

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31