Yeni əsrin yeni layihəsi - BTC
13.07.2024 [10:10]
Dənizdə və quruda zəngin ehtiyatlara malik olan Azərbaycanın zəngin neft hasilatı tarixində bir sıra əlamətdar hadisələr yaşanıb. Bunlardan biri də respublikamızın əsas ixrac boru kəmərinin - Bakı-Tbilisi-Ceyhanın (BTC) inşasına nail olmasıdır. XXI əsrin ən böyük enerji layihələrindən biri olan BTC-nin təntənəli açılışı məhz tarixin bu günündə - 2006-cı ilin 13 iyulunda baş tutub. Artıq həmin tarixdən 18 il ötür.
Heydər Əliyev BTC-nin memarı olub
Müstəqil Azərbaycanın uzaqgörən siyasətçi Heydər Əliyev tərəfindən hazırlanan və əsası qoyulan yeni neft strategiyasında bütün mühüm məqamlar zərgər dəqiqliyi ilə nəzərə alınıb. Heydər Əliyevin həssaslıqla yanaşdığı və strateji baxış ortaya qoyduğu məsələlərdən biri də nəqletmə ilə bağlıdır. Bu gün biz görürük ki, təkcə sərvətlərə malik olmaq heç də hər şeyi həll etmir. Hazırda geosiyasi reallıqlar nəql marşrutlarının düzgün seçilməsinin nə qədər vacib olduğunu bütün ciddiliyi ilə gündəmə gətirib. Ayrı-ayrı ölkələr məhz optimal marşrutlara çıxış imkanları olmadıqlarına görə öz resurslarını tam həcmlərdə dünya bazarlarına çıxara bilmirlər. Azərbaycan isə indi aktuallığı hədsiz dərəcədə artan şaxələndirilmiş nəql marşrutlarının yaradılması zərurətini hələ bir neçə onillik bundan əvvəl gündəmə gətirib.
“Əsrin müqaviləsi” imzalandıqdan az sonra Azərbaycan Avropa bazarına neft ixrac edən ölkəyə çevrilib. Belə ki, 1997-ci ilin sonlarında Xəzər sahillərindən neftin Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixracına başlanılıb. Lakin açıq dənizə çıxışı olmayan ölkə olaraq Azərbaycanın yeni ixrac boru kəmərlərinə ehtiyacı var idi. Qısa müddətdə respublikamız yeni neft boru kəmərinin inşasına nail oldu. 1999-cu ildə Qara dənizin digər limanına - Supsaya Bakıdan neft kəməri çəkildi. 1999-cu ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker bu alternativ kəmərlə dünya bazarlarına çıxarılıb.
O dövrdə Heydər Əliyev yaxşı başa düşürdü ki, Azərbaycan yeni neft bumu ərəfəsindədir və Bakı-Tbilisi-Supsa neft kəmərinin ötürücülük qabiliyyəti böyük neftin dünya bazarlarına çıxarılması üçün yetərli olmayacaq. Heydər Əliyev həmçinin respublikamızın əlverişli coğrafi mövqeyini nəzərə almaqla Azərbaycanın tranzit imkanlarından istifadə edilməsi perspektivləri barədə də planlar qururdu. Bütün bunlar isə daha böyük nəql marşrutunun yaradılmasının zəruriliyini diqtə edirdi. Heydər Əliyev BTC marşrutunu gündəmə gətirəndə bu, birmənalı qarşılanmadı, hətta ayrı-ayrı dairələrdən ciddi etirazlar da gəldi. Ancaq Heydər Əliyev uzaqgörənliyi və cəsarəti sayəsində BTC-nin reallaşdırılmasının vacibliyini əsaslandırmağı və layihə ətrafında tərəfdaşlar toplamağı bacardı. Artıq 18 ildir ki, fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Heydər Əliyevin adını daşıması böyük rəmzi məna daşıyır. Prezident İlham Əliyev rəsmi açılış mərasimindəki nitqində kəmərə Heydər Əliyevin adının verilməsinin təsadüfi olmadığını bildirərək deyib: “Heydər Əliyevin adını həm Bakı-Tbilisi-Ceyhan, həm də Ceyhan terminalı daşıyır. Heydər Əliyev bu layihələrin təşəbbüskarı, onların memarı olmuşdur”.
Keçilən yol və qazanılan uğurlar
Zamanında bir sıra dairələr yeni nəql marşrutunun Ermənistandan keçməsi təklifində israr edirdilər və bunu iqtisadi cəhətdən əsaslandırmağa çalışırdılar. Azərbaycan isə öz neftini ölkəmizin ərazisinin 20 faizini işğal altına almış Ermənistan üzərindən nəql olunması variantını istisna edirdi. Heydər Əliyevin uzaqgörənliyi və o dövrdə ARDNŞ-in birinci vitse-prezidenti vəzifəsində çalışan İlham Əliyevin danışıqlar prosesində nümayiş etdirdiyi diplomatik məharət sayəsində Azərbaycan neftinin əsas nəql marşrutu barədə optimal qərar qəbul olundu. Bütün bunların nəticəsi olaraq, 1999-cu il noyabrın 18-də İstanbulda keçirilən ATƏT-in zirvə toplantısı çərçivəsində xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə nəql edilməsinə dair saziş imzalandı. Bu prosesin məntiqi davamı kimi 2002-ci il sentyabrın 18-də Səngəçalda Bakı-Tbilisi-Ceyhan kəmərinin inşasına başlanıldı. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2005-ci ilin mayında kəmərin Azərbaycan ərazisindən keçən hissəsinin istifadəyə verilməsi mərasimi keçirildi və boru xəttinə ilk neft vuruldu. Həmin ilin oktyabrında isə kəmərin Gürcüstan hissəsi istifadəyə verildi. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı və iyulun 4-də neftlə yüklənmiş ilk tanker buradan yola salındı. Rəsmi açılış gününədək Ceyhan limanından 4,8 milyon barrel neft yüklənmiş 7 tanker yola salınmışdı. Səngəçal terminalından Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan terminalınadək uzanan 1774 kilometrlik xəttin çəkilməsinə təxminən 4 milyard dollar vəsait xərclənib. Layihənin operatoru bp şirkətidir.
Keçilən yol çətin olsa da, uğurlar da böyükdür. 2023-cü ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 30 milyon 191,6 min ton neft nəql edilib ki, bu da 2022-ci ilin göstəricisindən 1,5 faiz çoxdur. Ötən il BTC kəməri ilə nəql edilmiş neftin 82,6 faizini və ya 24 milyon 950,9 min tonunu Azərbaycanda hasil edilən neft, 17,4 faizini və ya 5 milyon 240,7 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

