Qarabağdan Ağ Evə mesaj...
24.07.2024 [09:50]
Azərbaycanın ABŞ ilə əlaqələrə strateji münasibəti
Bu günlərdə Şuşada baş tutan və dünyanın 50-dən çox ölkəsinin təmsilçilərinin qatıldıqları “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində sualları cavablandıran Prezident İlham Əliyev Azərbaycanın gündəliyinin aktual məsələləri ilə bağlı aydın və strateji baxışlarını diqqətə çatdırıb. Forumda ölkəmizin xarici siyasət kursunun prioritetləri də müzakirə mövzusu olub. O cümlədən foruma qatılan transmilli media qurumlarının təmsilçiləri Prezident İlham Əliyevə Azərbaycan - Amerika Birlşmiş Ştatları (ABŞ) münasibətlərinə aid sullar ünvanlayıblar.
Hər zaman sabit olan ikitərəfli münasibətlər
ABŞ dünyada bir sıra parametrlər baxımından, o cümlədən iqtisadiyyatının həcminə, ordusunun gücünə görə supergüc dövlət sayılır. Buna görə də kiçik dövlət olan Azərbaycanla ABŞ-ın müqayisəsini aparmaq doğru olmazdı. Respublikamız digər ölkələr kimi, supergüc dövlət olan ABŞ-la münasibətlərini də qarşılıqlı maraqlar əsasında qurur. Respublikamızın üç onilliyi əhatə edən müstəqilliyi illərində Azərbaycanla ABŞ arasında yaxşı münasibətlər formalaşıb. Prezident İlham Əliyevin bildirdiyi kimi, bizim ABŞ-la münasibətlərimiz demək olar ki, hər zaman sabit olub.
İki ölkə arasında siyasi dialoq yüksələn xətlə inkişaf edib. Eyni zamanda, ötən dövrdə iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq qarşılıqlı maraqlar əsasında geniş iqtisadi əlaqələr qurulub. Enerji sektoru Azərbaycanla ABŞ arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətini təşkil edir. Bu ölkənin şirkətləri Azərbaycanın Xəzərdəki zəngin karbohidrogen yataqlarının işlənilməsi üzrə imzalanan layihələrdə iştirak edirlər. ABŞ rəsmiləri respublikamızın regional və qlobal enerji təhlükəsizliyinə töhfələrini yüksək dəyərləndirdiklərini özündə ehtiva edən çoxsaylı açıqlamalar veriblər. Son vaxtlar dövlət katibi Antoni Blinken və digər rəsmilər səviyyəsində “yenilənmiş və daha möhkəm ikitərəfli əməkdaşlığa” çağırışlar səsləndirlir. O cümlədən ABŞ prezidenti Co Bayden Bakı ilə “güclü ikitərəfli münasibətlərin bərpa olunması imkanı” yaranmasını təqdir etdiyini bildirib. O da vurğulanmalıdır ki, Vaşinqton Azərbaycan-Ermənistan arasında sülhyaratma prosesində aktiv rol almağa səylər göstərən ölkədir.
Öz növbəsində Prezident İlham Əliyev Azərbaycanın təşəbbüsləri ilə reallaşdırılan enerji layihələrinə ABŞ-ın siyasi və maddi dəstəyini dəfələrlə diqqətə çatdırıb. Dövlətimizin başçısı Şuşada baş tutan forumda ölkəmizin ikitərəfli münasibətlərə strateji, vacib mövqedən yanaşdığını diqqətə çatdırıb. “Azərbaycan - ABŞ münasibətlərindən söhbət açarkən ölkəmizin Ağ Evin çağırışlarına qoşularaq sülhməramlı əməliyyatlarda fəal iştirakını xüsusi qeyd edə bilərik. Məlumdur ki, bu əməliyyatlar başlayanda Azərbaycan ilk qeyri-NATO ölkəsi idi ki, Əfqanıstanda həmin əməliyyatlara qoşuldu və oradan sonuncu çıxdı. Bildirildiyi kimi, ABŞ qoşunları ölkəni tərk etdi və daha dəqiq desək, oranı qoyub qaçdılar. Həmin kritik dönəmdə Azərbaycan hərbçiləri hələ də orada idilər. “Biz Türkiyənin Silahlı Qüvvələri ilə birlikdə hava limanını tərk edən sonuncu ölkələr olduq. Bu idi bizim tərəfdaşlığımız. Əfqanıstanla bağlı onların bizə ehtiyacı var idi. Mən xatırlayıram ki, ABŞ-ın yüksəkrütbəli məmurları və nəqliyyat komandanlığı, Müdafiə Nazirliyinin nəqliyyat komandanı Azərbaycana dəfələrlə gəlirdilər və bizə minnətdarlıq bildirirdilər ki, Azərbaycan “Şimal şəbəkə” adlandırılan bir dəhliz idi və biz onun tərkib hissəsi idik. Onu da qeyd etmək lazımdır ki, Əfqanıstana gedən əsas marşrut çox çətin marşrut idi”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Azərbaycanın günahı olmadan baş verənlər
Zaman-zaman Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərdə narahatlıq doğuran məqamlar da yaşanıb. Ancaq bu, ilk növbədə qarşı tərəfin suverenlik prinsiplərindən, demokratiyadan uzaq olan yanaşmaları, əsassız iddiaları səbəbindən baş verib. Bunu diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb: “Əlbəttə ki, müəyyən enişli-yoxuşlu dövrlər olub və o da bizim günahımız deyildi. Çünki bəzən Azərbaycanla bağlı müəyyən şişirdilmiş gözləntilər olub. Digər tərəfdən, onlar bizim siyasi həyatımıza müdaxilə etməyə çalışıblar, siyasi müxalifəti maliyyələşdirmək cəhdləri ediblər. Bu cəhdlər birbaşa və ya müəyyən QHT-lər vasitəsilə olub. Bildiyiniz kimi, Azərbaycan balaca ölkədir və Bakıda hər kəs hər şeyi bilir. Ona görə bunu gizlətmək çətin olardı”.
ABŞ-da Azərbaycana qarşı məhdudlaşdırıcı tədbirləri nəzərdə tutan bədnan 907-ci düzəlişin qəbul olunması bu ölkə üçün bir üzqarasıdır. Həmin sənədin qüvvəyə minməsi ilə ABŞ əslində təcəvüzkar Ermənistanı dəstəklədiyini ortaya qoydu. ABŞ “Azadlığa dəstək” aktına 907-ci düzəlişi qəbul edəndə buna heç bir məntiqi əsaslandırma və izah təqdim etmədi. Bu idimi Vaşinqtonun Azərbaycana təşəkkürü? “Uzun illər ərzində biz onlara qarşı etdiyimizin və yaxşı tərəfdaş olduğumuzun müqabilində Azərbaycan xalqı nə düşünə bilər bu Administrasiya haqqında? Yəni deməli, siz onlara lazım olanda olursunuz yaxşı bir adam, yaxşı bir ölkə, sizin haqqınızda təriflər yağdırırlar. Onların sizə ehtiyacı olmayanda nəinki sizə biganə yanaşırlar, hətta sanksiyalar tətbiq edirlər. Nəyə görə? Çünki biz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etmişik. Mən bunu demək olar ki, bütün liderlərə demişəm bir neçə gün öncə Oksfordda - Britaniyada. Çünki onlar hamısı mənə Ermənistan haqqında, sülh sazişi haqqında suallar verirlər. Sanki Avropada bütün məsələlər həll edilib və Ermənistan-Azərbaycan məsələsi yerdə qalan yeganə problemdir. Mən təəccüb edirdim ki, onlar hər zaman bütün söhbətlərdə bu məsələni qaldırırlar. Mən heç vaxt Avropa liderləri və ya digər liderlərlə danışığımda bizə, mənə şəxsən aid olmayan heç bir məsələni müzakirə etmirəm. Mən bu görüşlərdə onlara izah etməyə çalışırdım ki, bizim etdiyimiz sizin dəstəklədiyiniz tərəfin hərəkətlərindən heç nə ilə fərqlənmir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
ABŞ-ın Ermənistanda “Eagle Partner 2024” adlı hərbi təlimlər keçirməsi də regional təhlükəsizlik nöqteyi-nəzərindən ciddi narahatlıq doğurur. Xatırladaq ki, ötən ilin sentyabrında “Eagle Partner” təlimlərinin birincisi keçirilmişdi. Doqquz gün davam edən həmin təlimlərə 85 ABŞ, 175 Ermənistan hərbçisi qatılmışdı. Budəfəki təlimlər sayca ikincidir. Aydın məsələdir ki, təlimlər hərbi məqsədlərdən daha çox dərəcədə siyasi xarakterlidir. İkinci dəfə baş tutan bu hərbi təlimlər Ermənistanın indiki hakimiyyətinin ölkənin siyasi oriyentasiyasını dəyişmək, Şimal qonşumuzdan qopub Qərbə istiqamətlənmək və ABŞ-ın regionda mövcudluğunu təmin etmək planlarının tərkib hissəsidir. Bu təlimlərlə Vaşinqton həm də Ermənistandakı revanşist qüvvələri yeni hərbi kampaniyalara təşviq edir. ABŞ-nın Ermənistanda bütün region dövlətləri üçün təhdidlər yaradan təhlükəli oyunları yalnız birgə hərbi təlimlərin keçirilməsi ilə yekunlaşmır. Bu ölkənin regionda daha bir təhlükəli oyunu nüvə proqramı ilə bağlıdır. Vaşinqton Ermənistanda yeni nüvə reaktoru yaradır və onsuz da bütün region üçün böyük təhlükə kəsb edən Metsamoru daha da gücləndirir. Bütün bunlardan sonra Ağ Evin vasitəçilik səylərinin səmimi olduğuna necə inanasan?
Gələcək əməkdaşlıqla bağlı ölkəmizin nikbinliyi
Respublikaçıların hakimiyyəti dönəmində ikitərəfli əlaqələrin nəzərəçarpacaq dərəcədə uğurlu və nəticəyönümlü olduğunu bildirən Prezident İlham Əliyev seçkilərdən sonra ABŞ-da və Avropada Azərbaycan haqqında daha yaxşı anlayış olacağına nikbinliyini diqqətə çatdırıb. Hazırda bütün dünyada cari ilin noyabrında Amerika Birləşmiş Ştatlarında keçiriləcək prezident seçkiləri ilə bağlı ciddi müzakirələr aparılır ki, bu da təsadüfi deyil. ABŞ-nın növbəti mərhələdə siyasi kursunun istiqaməti noyabr seçkilərində Ağ Evə rəhbərliyin kimə keçəcəyindən çox asılıdır.
Seçki marafonunda respublikaçılar sabiq prezident Donald Trampın namizədliyi ilə yenidən hakimiyyətə gəlmək, demokratlar isə öz hakimiyyətlərini qorumaq istəyi ortaya qoyurlar. Demokratlar seçkilərə hazırlığa indiki prezident Co Baydenin namizədliyi ilə başlasalar da, bu günlərdə onun mübarizəni davam etdirməyəcəyi bəlli oldu. Beləliklə də, demokratları seçkilərdə digər namizəd təmsil edəcək. Dövlətimizin başçısı ABŞ-da keçiriləcək seçkilərlə bağlı sualı səmimiyyətlə cavablandıraraq deyib: “Biz bir-birimizi onilliklərdir tanıyırıq və tamamilə əminəm, siz də yaxşı bilirsiniz ki, mən kimə üstünlük verərdim. Düşünürəm ki, Azərbaycanda mən bu məsələdə, bu mövqedə yeganə deyiləm. Bizə gəldikdə, bu məsələyə öz nöqteyi-nəzərimizdən yanaşırıq. Qərarı Amerika xalqı verəcək. Bu, onların prezidentidir. Lakin, eyni zamanda, bu, bütün dünya üçün xüsusi əhəmiyyətə malikdir. Çünki bir çox xalqların və ölkələrin taleyi böyük dərəcədə Birləşmiş Ştatların birinci şəxsinin verəcəyi qərarlardan asılı olacaq. Mənim fikrimcə, Prezident Trampın hələ də davam edən kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Bax, bu müddət ərzində onların heç biri baş vermədi. Ancaq buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər”.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32

