Prezidentin arzuladığı Cənubi Qafqaz...
26.07.2024 [09:50]
Regional təhlükəsizlik arxitekturası necə olmalıdır?
Qlobal miqyasda transformasiyalar sürətlənib. Siyasi, iqtisadi sferalarda arzuolunmaz proseslərin getdiyi bir dünyada yaşayırıq. Bəzi regionlarda müharibələr səngimək bilmir, digər bölgələrdə isə yeni qarşıdurma riskləri artır. Belə bir vəziyyətdə yerləşdiyimiz Cənubi Qafqaz coğrafiyasının perspektivləri ilə bağlı sual yaranır: Ölkəmizi, regionumuzu hansı gələcək gözləyir? İnkişafa nail olmaq, sabitliyi qorumaq, potensial riskləri önləmək üçün nə etmək lazımdır? Prezident İlham Əliyev bu günlərdə keçirilən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində bütün bu kimi suallarla bağlı strateji baxışlarını növbəti dəfə diqqətə çatdırıb.
Azərbaycan öz yolunu düzgün müəyyənləşdirdi
Azərbaycan 15 müttəfiq respublika ilə birlikdə təxminən 70 il ərzində keçmiş Sovet İtifaqının tərkibində yaşamış bir ölkədir. O dövrün sərt ideoloji çərçivələri var idi və onları aşmaq praktiki cəhətdən mümkün deyildi. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində isə sovet rejimi çökdü və müttəfiq respublikalar müstəqilliklərini bəyan etdilər. O illərin mənzərəsi çox mücərrəd idi, xalqların, müstəqilliyini bəyan edən respublikaların kələcəklə bağlı aydın təsəvvürləri yox idi. Sovet İttifaqının süqutundan sonra Qərbdə və keçmiş sovet respublikalarının çoxunda belə bir fikir var idi ki, irəli getməyin və mövcudluğunu təmin etməyin yeganə yolu böyük ölkələrin diktəsi altında yaşamaqdır. Bu yolu seçənlər də oldu. Ermənistan buna nümunədir. Zamanında böyük güclər tərəfindən Cənubi Qafqaz coğrafiyasında xüsusi layihə kimi yaradılan bu respublika Şimal qonşumuzun - Rusiyanın forpostu olmaq seçimini etdi. Ümumiyyətlə, son gəlişmələr də təsdiqləyir ki, Ermənistan cəmiyyətinə kiminsə forpostu olmadan yaşamaq ruhu hakim deyil. Bu respublika keçmiş sovet dönəmində ittifaq büdcəsinə heç nə verməsə də, havadarlarının dəstəyi ilə mərkəzdən gen-bol güzəştlər qopartmağa nail olurdu. Postsovet dövründə də Ermənistan tarixi ənənəsinə sadiq qalmaqla yenə də kənardan gələn yardımlara, ianələrə ümid bəsləməkdə davam etdi. Fürsətcil dövlət olan Ermənistan son illərdə formalaşan yeni geosiyasi şəraitdə indiyədək onun mövcudluğunu təmin etmiş Rusiyaya arxa çevirərk oriyentasiyasını indi də Qərbə istiqamətləndirib. Bu yolun sonu, əlbəttə ki, qaranlıqdır, faciədir.
Azərbaycana gədikdə isə mənzərə tamam fərqlidir. Bəli, o dövrdə bizə də təzyiqlər çox olurdu, müəyyən mesajlar verilirdi, təhdidlər göstərilirdi. Açıq demək lazımdır ki, bəzi güclər respublikamızı öz çirkin siyasətlərini həyata keçirmək naminə proksi ölkə qismində görürdülər və praktiki müstəvidə buna cəhdlər göstərirdilər. Prezident İlham Əliyevin bildirdiyi kimi, biz fərqli yol seçdik. Bu, asan deyildi. Bizim ölkədə sabitliyi pozmaq səyləri oldu. 2000-ci illərin əvvəllərində narıncı inqilablar, rəngli inqilablar cəhdləri olurdu. Eyni zamanda, bizim seçimimiz Azərbaycanın satellit ölkəyə, “proksi” ölkəyə, vassal, qul ölkəyə çevrilməsinin qarşısını aldı və bu da əlbəttə ki, bizim xalqımızın çox dəhşətli dərəcədə əziyyət çəkməsinə imkan vermədi. “Biz de-fakto və de-yure müstəqilliyi seçdik. Müstəqil xarici siyasət, özünü təmin edən iqtisadiyyat, tərəfdaşlarımızla, - o ölkələrlə ki, onlar bizimlə əməkdaşlığa can atırdı, - səmərəli əməkdaşlıq. Əlbəttə ki, daxili potensialımıza söykənirdik. Eyni zamanda, biz region ölkələri ilə də sıx əlaqələr qurduq. Bu, bizə imkan verdi ki, iqtisadi problemlərin böyük əksəriyyətini həll edək və biz öz üzərimizdə çalışdıq, diqqətimizi xalqımıza, ölkəmizə yönəltdik və dedi-qodulara, Avropa Parlamentində və ya Avropa Şurasında kiminsə hansısa bəyanatına məhəl qoymadıq, fikir vermədik. Biz onlara tamamilə biganə yanaşırıq”.
Real müstəqillik, suverenlik prinsipinə əsaslanan siyasət Azərbaycana bütün dünyada böyük nüfuz qazandırıb. Respublikamız regional aktor olmaqdan çıxaraq beynəlxalq səviyyədə proseslərə təsir göstərən, bütün dünya üzrə güclü həmrəylik dalğası yaradan qlobal aktora çevrilib.
Xalqın milli ideya ətrafında birləşməsi
Bütövlükdə, götürdükdə Azərbaycan cəmiyyəti vətənpərvərdir, tarixdən gələn ənənələrinə, milli-mənəvi dəyərlərinə böyük hörmətlə yanaşır, dövlətini sevir. Azərbaycan dövləti də bir qayda olaraq öz siyasətində milli maraqları, xalqdan gələn sosial sifarişləri əsas tutur. Ölkəmizin gücünü artıran ən mühüm məqam da məhz budur - dövlət və xalq milli ideyalar ətrafında güclü həmrəylik nümayiş etdirir və hədəflərə nail olur. “Mən bu haqda fevralda inauqurasiya mərasimindəki çıxışımda danışmışam. Qeyd etmişəm ki, biz hamımız bir yerdə cəmiyyət, bütün insanlar - hansılar ki, gələcək inkişafa töhfə vermək istəyən insanlar gərək yeni milli ideyanı formalaşdıraq. Bizim belə bir ideyamız var idi. Yəni siyasi üstünlükdən asılı olmayaraq belə bir ideyamız var idi. Bu da ərazi bütövlüyümüzün bərpası və öz ərazilərimizin qaytarılması idi. Biz buna nail olduq, keçən ilin sentyabrında biz buna tamamilə nail olduq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Milli ideyanın gücü ondadır ki, onu milli-dini kimliyindən asılı olmayaraq cəmiyyətin hər bir üzvü öz amalı, istəyi kimi qəbul edir və onun uğrunda mücadilə aparmağa hazır olur. Azərbaycan dövləti və cəmiyyəti təxminən otuz il ərzində müstəqilliyimizin ilk illərində üzləşdiyimiz işğal faktına son qoymaq, ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etmək uğrunda ara vermədən mücadilə apardı. Yol çətin oldu. Milli mücadilə bir mərhələdə danışıqlar masasında aparıldı. Bu mərhələdə ölkəmizə, şəxsən danışıqları aparan Prezident İlham Əliyevə təzyiqlər göstərmək, Onu güzəştlərə getməyə məcbur etmək cəhdləri tez-tez təkrarlanırdı. Dövlətimizin başçısı isə hər dəfə bu təzyiqləri dəf edərək Azərbaycanın haqlı mövqeyini əsaslandırırdı.
Aparılan sülh danışıqlarında fəal iştirak edən Prezident İlham Əliyev paralel şəkildə güclü iqtisadiyyat qurdu, ölkənin maliyyə imkanlarını genişləndirdi. Bu möhkəm iqtisadi baza əsasında ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunmuşdu. Aparılan məqsədyönlü siyasət, o cümlədən müasir ordu quruculuğu Azərbaycana öz hədəfinə çatmağa imkan verdi. Bunu xüsusi olaraq vurğulayan Prezident İlham Əliyev “Əlbəttə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, - bu, ötən ilin sentyabrında baş verdi, - ən mühüm hadisədir. Təkcə bu, birinci və ikinci forum arasında deyil, ümumiyyətlə, müasir tariximizdə mühüm hadisə oldu”, - deyə bildirib.
Yeni mərhələdə yeni ümummilli ideya
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra ölkəmizin xaricdəki bədxahları düşünürdülər ki, müharibə itkilərini bərpa etmək, qüvvə toplamaq üçün Azərbaycana uzun illər lazım olacaq. Ölkə daxilində isə bəzi hallarda arxayınlıq əlamətləri müşahidə edilirdi. Bəziləri şanlı Zəfərimizin eyforiyasına qapılaraq güman edirdilər ki, əsas məsələsini həll edən Azərbaycan daha sakitləşməli və xüsusi səylə çalışmamalıdır.
Ancaq yox! Uzaqgörən Lider İlham Əliyev müharibədən dərhal sonra yeni mərhələdə Azərbaycanın qarşısında duran prioritetlərə diqqət çəkdi. Onun tapşırıqları əsasında yeni strateji mərhələ üçün beş mühüm prioritet müəyyənləşdirildi ki, onlardan biri də müharibədə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın tez və ləyaqətlə təmin edilməsi idi. Beləliklə, Prezident İlham Əliyev qalib Azərbaycanı işğaldan azad edilmiş ərazilərin bərpasına, yenidənqurma işlərinə fokusladı. Bu da son dərəcə çətin və məsuliyyətli hədəfdir. İşğal dövründə bəhs olunan ərazilərdə daş-daş üstündə qalmayıb, şəhərlər, kəndlər, tarixi abidələr erməni vandalları tərəfindən büsbütün dağıdılıb, sərvətlərimiz talan edilib. Müəyyənləşdirilən məqsəd çətin görünsə də, İlham Əliyevin çağırışı cəmiyyətdə rəğbətlə qarşılandı. Aradan az vaxt ötəndən sonra qürur hissi ilə deyə bilərik ki, işğaldan azad edilmiş ərazilərdə yeni bir Qarabağ formalaşmaqdadır. Artıq doğma yerlərə soydaşlarımızın qayıdışına da start verilib.
Həyat davam etdiyi kimi, cəmiyyətimizdə hər zaman yeni ümummilli ideyalar ətrafında səfərbər olunmalıdır. Şuşa forumunda bir daha bu barədə danışan dövlətimizin başçısı vurğulayıb: “Lakin biz dincəlməməliyik, biz bu mövzunu uzun-uzadı müzakirə etməməliyik. Çünki bu mövzunu çox uzun müddət istismar etmək olar, lakin bu, bizə bir nəticə verməyəcək. Sözsüz ki, biz heç bir zaman nə işğalı, nə fəsadları, nə verdiyimiz qurbanları, nə böyük Qələbəmizi unutmayacağıq. Biz və bizim gələcək nəsillərimiz bu Qələbə ilə fəxr edəcək. Lakin biz buna fokuslanmamalıyıq, biz bu mövzunu daimi istismar etməməliyik və onu daimi bir rəmzə çevirməməliyik, biz irəli getməliyik”.
Daha təhlükəsiz region naminə
Transformasiyalar dünyanın həssas regionlarından biri olan Cənubi Qafqazdan da yan keçməyib. Burada da həm geosiyasi, həm də geoiqtisadi müstəvidə ciddi dəyişikliklər müşahidə edilir. “Cənubi Qafqaz regionuna gəldikdə deyə bilərəm ki, biz tarixi transformasiyanın şahidiyik, tarixi, geosiyasi dəyişikliklər baş verir. Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Elə etmək lazımdır ki, baş verən transformasiyalar regionda fəsadlərla müşayiət olunmasın. Burada region dövlətləri arasında münasibətlər önə çıxır. Ayrılıqda götürülmüş bir ölkənin səyləri regional təhlükəsizliyin təmin olunması üçün yetərli deyil. Burada birgə səylər və birgə çalışmalar vacibdir. 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq qalib Azərbaycan regionda keyfiyyətcə yeni reallıqlar yaradıb. Bu reallıqlar Cənubi Qafqazın nəhayət təhdidlərdən, müharibə risklərindən qurtulması üçün münbit zəmin formalaşdırıb. Azərbaycanın yaratdığı yeni reallıqlar gələcəyə nikbin baxmaq üçün əsas verir. Prezident İlham Əliyev əminliyini ifadə edərək bildirib ki, bütün bu hadisələr regionu daha proqnozlaşdırılabilən edəcəkdir. “Yəni biz - bu regionun xalqları özümüzü təhlükəsiz hiss edəcəyik. Buna əminəm, münaqişələr və qarşıdurmalar keçmişdə qalıb”. - deyə dövlətimizin başçısı vurğulayıb.
Qonşu dövlətlər, xüsusilə də Ermənistan bu reallıqları düzgün dəyərləndirməli və fürsət pəncərələrinin həmişə açıq olmasına töhfələrini verməlidirlər. Biz dərindən başa düşməliyik ki, ölkələrdə baş verən transformasiyalar bütövlükdə Cənubi Qafqazda vəziyyətin dəyişməsi ilə nəticələnir. Prezident İlham Əliyev mühüm bir məqama diqqət çəkib. Bu da ondan ibarətdir ki, biz Gürcüstanın, Ermənistanın və Azərbaycanın xarici siyasət vektorlarının necə inkişaf etməsindən asılı olaraq, hansı Cənubi Qafqazda yaşamaq istədiyimizi müəyyənləşdirə bilərik. Azərbaycan regional əməkdaşlıq təşəbbüslərindən çıxış edir. Məlumdur ki, son vaxtlarda Qərb Ermənistan üzərindən Cənubi Qafqazda mövcudluğunu təmin etməyə çalışır. Təbii ki, bu mövcudluq xoş niyyətə əsaslanmır. Təəssüf ki, Ermənistan bütövlükdə, Cənubi Qafqazın taleyinə biganə yanaşaraq Qərbin regiona ayaq açmasına “yaşıl işıq” yandırır. Hazırda bu ölkə Fransanın və digər dövlətlərin təhriki ilə sürətlə silahlanma yolu tutub ki, bu da regionun gələcəyi üçün çox təhlükəlidir. Azərbaycan Qərbin və Ermənistanın birlikdə qoşulduqları belə çirkin oyunların qəti şəkildə əleyhinədir. Fransa kimi ölkələr burada yalnız pozucu, təxribatçı rol ala bilərlər. Azərbaycanla Ermənistan arasında münasibətlər ilk növbədə regional əməkdaşlıq, ikili format çərçivəsinədə tənzimlənməlidir. Azərbaycan və Ermənistan qonşu dövlətlərdirlər. Buna görə də Ermənistan ölkəmizə qarşı əbədi düşmənçilik siyasətinə son qoymalıdır. Münasibətlərdə yeni səhifə açılmalıdır. Yeri gəlmişkən, Azərbaycanın təklif etdiyi ikili formatda aparılan müzakirələr çərçivəsində müəyyən razılaşmalar əldə olunub.
Respublikamız davamlı olaraq 3+2 formatını dəstəkləyir. Bu formatda son görüş Tehranda baş tutdu, növbəti görüş yeri isə Türkiyə olacaq. Gələcəkdə Gürcüstanın da qoşulması ilə bu formatı genişləndirmək mümkündür.
Regionda qarşılıqlı inam mühitinin möhkəmlənməsi üçün Zəngəzur Dəhlizinin açılması çox vacibdir. Deyə bilərik ki, bununla regionun təhlükəsizlik arxitekturası tamam fərqli şəkildə dəyişəcək. Azərbaycanın irəli sürdüyü və qətiyyətli siyasi iradə göstərdiyi bu layihə Avrasiyada yeni bir əməkdaşlıq format yaradacaq. Bundan Xəzər - Qara dəniz hövzələri və daha geniş coğrafiyalarda yerləşən ölkələr, o cümlədən də Ermənistan faydalanacaq. Buna görə də region dövlətləri Zəngəzur Dəhlizinin reallığa çevrilməsində Azərbaycana daha güclü şəkildə dəstək verməlidirlər. Ümumiyyətlə, bütün məsələlərdə region dövlətlərinin koordinasiyalı fəaliyyətləri çox zəruridir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32

