Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Sülh və əməkdaşlıq platforması...

Sülh və əməkdaşlıq platforması...

10.08.2024 [10:41]

Bölgədə təhdid yaratmağa çalışan qüvvələr ifşa olunur

Post-müharibə dövründə sülhün və əmin-amanlığın, paralel olaraq iqtisadi inkişafın düsturunu təqdim edən Azərbaycan bölgədə təhlükəsizlik seqmentinin yüksəldilməsinə çalışır. 2 ildən artıqdır davam edən sülh prosesinə adekvat yanaşmayan, min bir bəhanə ilə prosesi uzatmağa çalışan Ermənistan isə bunun tam əksinə, ümumən bölgə üçün təhdid olmaqda israrlıdır. İntensiv olaraq Fransa və Hindistan vasitəsilə silahlandırılan, sülh müqaviləsi əvəzinə “gizli sövdələşmələrə” imza atan İrəvanın tutduğu yol olduqca təhlükəlidir. Onsuz da tarixən xarici maraqların aləti kimi çıxış edən Ermənistan yaranan fürsətdən istifadə etmək istəmir - Azərabycanın təklif etdiyi sülh İrəvan üçün müstəqil dövlətçiliyinin həm xilası, həm də nicatıdır. Ermənistan isə bunun əksinə gizli danışıqlar apararaq, yenidən fərqli maraqlara boyun əyərək, onların əlaltısına çevrilərək regional əməkdaşlığa kölgə salır, bütövlükdə qonşuları üçün təhlükə formalaşdırır. 

Bu ilin yazında, konkret olaraq aprelin 5-də Ermənistanın Aİ və ABŞ ilə bağladığı “müqavilə”nin əsas mahiyyətinin hərbi direktivlər olması ilə bağlı şübhələrdən yazmışdıq - həmin vaxt da bildirmişdik ki, keçirilən üçtərəfli görüşün detalları ilə bağlı məlumat yayılarkən “hərbi pakt” amilinin səsləndirilməməsinin altında bir sıra gizli maraqlar yatır. Belə ki, o dövrdə də rəsmi açıqlamalardan başqa görüşdə məxfi komponentlərin olması istisna edilmirdi və bu məsələnin zaman keçdikcə aşkara çıxacağı bəlli idi. 

Ermənistan yeni oyunların iştirakçısına çevrilir

Artıq yavaş-yavaş bəzi gizlinlər aşkara çıxır. Regiona yaxın coğrafiyada, konkret olaraq Yaxın Şərqdə və İranda yaranan gərgin siyasi-hərbi situasiya Ermənistanın hiyləgər və bölgənin maraqlarına qarşı oynadığı bəzi oyunların ştrixlərini ortaya çıxarır. Onsuz da Cənubi Qafqaza nüfuz etmək uğrunda açıq mübarizə aparan bəzi qüvvələr Ermənistanın mütiliyindən və mövqesizliyindən istifadə edərək öz niyyətlərini həyata   keçirirlər. Bəlli olduğu kimi yayılan son informasiyalarda ABŞ-ın Ermənistana yeni silah-sursat və hərbi qulluqçular gətirdiyi bildirilir. Belə ki, Flightradar qlobal uçuş izləmə xidmətinin məlumatına görə, avqustun 2-də və 3-də ABŞ-ın Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistanın Zvartnots hava limanına doğru 2 hərbi təyyarə qalxıb. Caliber.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, ABŞ Silahlı Qüvvələrinə məxsus “Boeing C-17” hərbi yük təyyarəsi ilə şəxsi heyət hərbi yüklərlə birlikdə Zvartnots hava limanına gətirilib. Beləliklə, yuxarıda da qeyd etdiyimiz kimi, 5 apreldə Brüsseldə imzalanmış sənədin gizli hərbi əməkdaşlığı nəzərdə tutulan hissəsi artıq üzə çıxır. Bu “razılaşmaya” uyğun olaraq Ermənistan Silahlı Qüvvələrinə ABŞ istehsalı olan yeni nəsil silahlar - snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli zirehli texnika gətirilib. Təyyarədə həmçinin  Ermənistan xüsusi təyinatlıları üçün ABŞ ordusunda istifadə edilən mini-hücum pilotsuz təyyarələri, kiçik ölçülü minalar və digər döyüş sursatları da yer alıb. 

Hərbi təxribatlar... 

Əslində Ermənistanın sülh üçün səfərbər olmaması, “Eagle Partner 2024” adlı Ermənistan-ABŞ birgə təlimlərindən ruhlanaraq fərqli iddialara düşmək istəyəcəyi əvvəlcədən bəlli idi. Bu gün baş verənlər də müəyyən mənada həmin “arzuların” proyeksiyası sayıla bilər. Bundan əvvəl ABŞ Ermənistan xüsusi təyinatlıları üçün bu sursatlardan istifadə üzrə təlimlər keçirib, bundan sonra Ermənistan tərəfi silahları real şəraitdə sınaqdan keçirmək üçün Kəlbəcər istiqamətində Azərbaycan ordusunun bölmələrinə qarşı hərbi təxribat törədib. ABŞ hərbi yük təyyarələri ilə Ermənistana çatdırılan külli miqdarda silah və sursatların yerli relyef və hərbi şəraitə uyğunlaşdırıldığı da bildirilir. Bu fəaliyyət zamanı Aİ missiyasının Azərbaycan ordusunun mövqeləri ilə bağlı topladığı kəşfiyyat məlumatlarından da istifadə edilib.

Ermənistan bölgədə sülhə qarşı yeni təxribatlar düşünməkdədir və baş verə biləcək hər hansı bir narahatlıq bütövlükdə regionun maraqlarına zərbə vuracaq. Nəzərə alınmalıdır ki, Azərbaycanın yaratdığı yeni iqtisadi reallıqlar yalnız Cənubi Qafqazı əhatə etmir - əksinə, bu potensial iqtisadi-ticari əməkdaşlıq platforması Cənubi Qafqazla yanaşı Mərkəzi Asiyanı, İranı, Rusiyanı, Gürcüstanı və Türkiyəni də özündə birləşdirir. Başqa sözlə, Ermənistan bu kimi təxribatçı addımları ilə tək Azərbaycana deyil, adıçəkilən bütün ölkələrə təhlükə yaradır. Xüsusilə, toplanan kəşfiyyat materiallarının hansı prizmadan istifadə ediləcəyi bəlli olmadığı üçün Ermənistanın davranışları böyük faciələrə də yol aça bilər.

İrəvan Tehranı da satdı...

İrəvanın bütövlükdə bölgəyə təhdid yaratmasının bariz sübutu isə yayılan informasiyalarda da özünü göstərir. Bildirilir ki, Zvartnotsa enən təyyarələrdən birində İran ərazisindən buraxılan raketlərin və digər təyyarələrin trayektoriyalarını izləyən xüsusi alətlər yer alıb. Bu zaman İran ərazisindən İsrailə mümkün hücum riski xüsusilə nəzərə alınıb. Gətirilən qurğular Ermənistanın İranla sərhədində yerləşdiriləcək. Prosesin idarəçiliyi isə heç də Ermənistan hərbçilərinə həvalə edilməyib - bunun üçün 30-50 nəfərlik heyət də Ermənistana gətirilir. Bu hərbçilərin seçimi də olduqca diqqətlə yerinə yetirilib. Belə ki, onların əksəriyyəti Amerika ordusunda xidmət edən erməni əsilli ABŞ vətəndaşlarıdır. Bundan başqa heyətdə, postsovet ölkələrindən ABŞ-a miqrasiya etmiş slavyan və Qafqaz əsilli insanlar da yer alır. Həmin şəxsi heyət komufulyaj edilmələri ilə bağlı Ermənistan Silahlı Qüvvələrinin hərbi geyimi ilə təchiz olunublar və Ermənistan Silahlı Qüvvələrinin Zəngəzurdakı hərbi bazasında yerləşdiriliblər.

Beləliklə, Ermənistanın əlaltından Qərbin anti-İran kampaniyasında da istifadə edilməsi faktı ortaya çıxır. Halbuki ötən dövrdə İran rəsmiləri dəfələrlə Ermənistanı dost, hətta qardaş ölkə adlandırmışdı. Çox uzağa getməyək, elə bugünlərdə İran İslam Respublikasının yeni prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün Tehrana gələn Nikol Paşinyan İranın ruhani lideri Əli Xamnei tərəfindən qəbul edilmişdi. Görüşdə isti və dostluq münasibətlərinin inkişafına yönəlmiş addımlarını davam etdirilməsinin vacibliyini vurğulanmışdı. Seyid Əli Xamenei bildirmişdi ki, “Biz Ermənistanla münasibətlərin inkişafına qəti inanırıq və iki ölkə arasında əməkdaşlıq aydın maraqlar əsasında və başqalarının siyasətini nəzərə almadan davam edəcək”. İranın dini lideri bir daha Ermənistanın ərazi bütövlüyünün qorunub saxlanmasının vacibliyini vurğulamışdı və qeyd etmişdi ki, İran İslam Respublikası Zəngəzur dəhlizinin Ermənistanın maraqlarına uyğun olduğunu hesab etmir.

Bu da İrəvanın İrana “dostluq cavabı”. İrana qarşı hazırlanan kampaniyanın aktiv iştirakçısına çevrilən Ermənistan bu dəfə öz dostunu arxadan vurdu. Əslində bu, ilk deyil - illərlə çörəyini yediyi, onu himayə edən Rusiyanı Qərbin marağına satan Ermənistanın İrana da arxa çevirməsi təəccüblü görünməməlidir.

Milli maraqların tələbi ilə...

Azərbaycan isə regiona fərqli mesajlar verməkdədir. Sülh və inkişaf, əməkdaşlıq və sabitlik kimi bəşəri dəyərləri təbliğ edən ölkəmiz özünün qətiyyətli siyasi mövqeyi ilə seçilir. Yalnız milli maraqlara əsaslanan xarici siyasət kursu isə çoxtərəfli əsaslara söykənir. Azərbaycandakı xalq-dövlət birliyi sabitliyin, monolitliyin və inkişafın əsas stimulvericisi rolunda çıxış edir. Dövlət xalqın maraqlarını əsas götürərək özünün siyasi hədəflərini müəyyənləşdirir. Xalq isə dövlətinin arxasında vahid güc kimi çıxış edərək bu siyasətin daha da güclənməsinə dəstək verir. Beləliklə, nə Qərb, nə də başqa maraqlı dövlətlər Azərbaycanın yürütdüyü proseslərə müdaxilə etmək imkanı əldə edə bilmirlər. Paralel olaraq Azərbaycan bölgəmizi dünyanın aparıcı iqtisadi xəttinə çevirməyə çalışır. Ermənistan isə yenidən çirkin oyunların aləti kimi çıxış edir

S.İSMAYILZADƏ 

Paylaş:
Baxılıb: 575 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28