Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Yeni beynəlxalq reytinq naminə...

Yeni beynəlxalq reytinq naminə...

16.08.2024 [10:31]

Azərbaycan “Doing Business”i əvəz edən “Business Ready” hesabatında layiqli yer tutmaq üçün yeni islahatlar həyata keçirir

Məlum olduğu kimi Dünya Bankı (DB) ənənəvi “Doing Business” hesabatının əvəzində yeni beynəlxalq iqtisadi qiymətləndirmə indeksini müəyyən edən “Business Ready” (B-Ready) tədqiqatının hazırlanması istiqamətində təhlillər aparmaqdadır. Yeni hesabata əsasən, müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın biznes sektoruna birbaşa və dolayısı ilə aidiyyəti olan sahələrin, xüsusilə də vergi, gömrük, ticarət, maliyyə, biznes mühiti və s. indikatorlar üzrə qiymətləndirmələr əsasında yekun rəy veriləcək. DB-nin yeni metodologiyasına əsasən, həmin ölkələrin beynəlxalq biznes mövqeyi müəyyənləşəcək. “Business Ready” layihəsi ölkədə biznes sahələrinin funksionallığı, bütövlükdə özəl sektorun inkişafına təsir göstərən biznes qaydaları və dövlət xidmətlərinin müqayisəli qiymətləndirilməsi kimi komponentlərə söykənir. Ona görə də ölkələr “Doing Business”i əvəz edəcək “Business Ready” hesabatında layiqli mövqe əldə etmək üçün öz biznes və investisiya mühitinin təkmilləşdirilməsi, bu sahədə qanunvericliyin təkmilləşdirilməsi, biznesə daha əlçatan imkanların yaradılması istiqamıətində islahatları davam etdirməkdədir.

Azərbaycan hökuməti də “Business Ready”i tədqiqindən irəli gələn tövsiyələri nəzərə alaraq xeyli müddətdir ki, biznes və investisiya mühitinə təsir edən müxtəlif sahələrdə institusional islahatları, ələxsus da vergi yükü və vergi dərəcələri, biznesin fəaliyyətində vergiqoymanın təsirləri, kommunal xidmətlər, əmək münasibətləri, maliyyə xidmətləri, beynəlxalq ticarət, bazar rəqabəti, mübahisələrin həlli kimi əsas alt-indekslər üzrə təkmilləşdirmələri həyata keçirməkdədir. İndiyə kimi ən mühüm institisonal addımlardan biri ötən ay qüvvəyə minən Rəqabət Məcəlləsinin hazırlanması olub. Bununla yanaşı, biznesin fəaliyyətinə təsir edən əsas amillərdən biri olan vergi mühitinin və vergi-biznes mühiti səmərəliliyinin artırılması ilə bağlı təkmilləşdirmələr yekunlaşmaqdadır.

Dövlət Vergi Xidməti yeni reallıqları nəzərə alaraq Dünya Bankı ilə müasir çağırışlar fonunda “Əlverişli biznes mühiti” adlı yeni layihə çərçivəsində islahatları və iqtisadi təşəbbüslərə yer verməyi planlaşdırır. Belə ki, “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxil olma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələr həyata keçirilib. Yol Xəritəsinə uyğun olaraq biznesin təsis edilməsi praktikasının qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi prosesi çərçivısində 30-dan çox tədbir həyata keçirilib. Biznesin qeydiyyatının sadələşdirilməsi çərçivəsində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna edilmiş dəyişikliyə əsasən, yerli və xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilib, xarici mənşəli sənədlərin elektron portal üzərindən notariusa göndərməklə məsafədən tərcüməsinin notariat qaydasında təsdiqlənməsi xidmətindən yararlanaraq müvafiq vergi orqanlarına elektron formada təqdim etmək imkanı yaradılıb. Əmək, Mülki və İnzibati Xətalar Məcəllələrinə dəyişiklik edilməsi barədə qanun layihələri hazırlanraq iyun ayında Milli Məclis tərəfindən təsdiqlənib. Həmçinin, 2024-cü ildən kommersiya hüquqi şəxsin onlayn qeydiyyatı zamanı “SİMA” elektron imzanın tətbiqinə başlanılıb.

“Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində 2 altindikator üzrə 4 komponent çərçivəsində 16 müxtəlif tədbirin icrası ilə bağlı işlər yekunlaşmaqdadır. “Vergitutma” indikatoru üzrə 2024-cü il üzrə Yol Xəritəsi üzrə isə 6 altindikator üzrə 9 komponent çərçivəsində 42 müxtəlif tədbirin icrasını nəzərdə tutulur ki, vergi qaydalarının aydınlığı və şəffaflığını, ətraf mühit vergilərini, vergi inzibatçılığının rəqəmsallaşdırılmasını, vergi auditi, mübahisələrin həlli mexanizmi və vergi orqanında idarəetmə tədbirlərini əhatə edir. Bu işlər çərçivəsində bu prosesdə iştirak edən dövlət qurumlarının məlumat bazalarının əlaqələndirilməsi prosesinin əhatə dairəsinin genişləndirilməsi, benefisiar mülkiyyətçinin reyestrinin aparılması ilə əlaqədar texniki şəraitin təmin olunması, kommersiya hüquqi şəxslərə dair məlumatlarda sonrakı dəyişikliyin proaktiv qaydada qeydiyyata alınması imkanının yaradılması nəzərdə tutulur. Həmçinin müəssisələrin fəaliyyətinin çevikliyinin təmin olunması və sosial maraqlarının qorunması, xarici mənşəli beynəlxalq sənədlərin informasiya sistemlərində elektron rəsmiləşdirilməsinin asanlaşdırılması və “Elektron notariat” informasiya sisteminin tətbiqi, digər elektron infrastrukturların çevikliyinin artırılması islahat təşəbbüsləri sırasında yer alır.

“Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi üzrə dıə müvafiq təkmilləşmələr aparılıb. Əmlak əməliyyatları üçün onlayn xidmətlərin və məlumatların mövcudluğu, qarşılıqlı fəaliyyəti və infrastrukturun etibarlılığı təmin edilib, Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı informasiya sistemi yaradılıb. Eyni zamanda daşınmaz əmlakla bağlı dövlət xidmətləri üzrə mobil tətbiqin istifadəyə verilməsi nəzərdə tutlur ki, bu sistem Dövlət Vergi Xidmətinin məlumat bazasının daşınmaz əmlakın dövlət reyestri informasiya sisteminə inteqrasiyasınə təmin edəcək.

Yeni islahatlar çərçivısində biznes sektorunun sosial maraqlarının qorunması, kommunal xidmətlər, işçi qüvvəsi, biznes mübahisələri və s. sahələrdə sadələşdirilmiş prosedurların təbiqi, startaplar, mikro və kiçik sahibkarlıq subyektləri üçün kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində yeniliklər də mühüm yer tutur.

Beləliklə, aparılan islahatların başlıca məqsədi Azərbaycanın Dünya Bankının yeni təkmilləşdirilmiş və müasir meyarlar üzrə qiymətləndiriləcək hesabatında öz layiqli yerini təmin etməkdən ibarətdir. “Business Ready” hesabatının 2024-cü ilin sonlarında dərc olunması nəzərdə tutulur və Azərbaycan Dünya Bankının yeni və daha şəffaf hesabatında islahatçı ölkələr qrupunda qalmaq iddiasındadır. Yeni hesabatdan irəli gələn meyarları təkmilləşdirmələ Azərbaycan həm dı xarici biznes tərəfdaşları ilə qarşılıqlı faydalı əməkdaşıq münasibətlərini inkişaf etdirmək və beynəlxalq müstəvidə yüksək reytinqlərə nail olmaqla ölkəmizin investisiya cəlbediciliyinin yüksəltməyi hədəfləyib.

ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 217 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Siyasət

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Mədəniyyət

Dünya

Hadisə

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30