Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 9 dəfə üstələyir
14.12.2012 [00:51]
Halbuki MDB regionunun əksər ölkələrinin xarici borcu onların valyuta ehtiyatlarına bərabərdir və ya çoxdur
İqtisadi təhlükəsizlik üçün zəmanəti təmin edən strateji valyuta ehtiyatları Azərbaycanda makroiqtisadi riskləri tam neytrallaşdıra bilən səviyyəyə çatıb. Belə ki, Azərbaycanın məcmu strateji valyuta ehtiyatlarının həcmi 2012-ci ilin yanvar-sentyabr aylarında 11 faiz artaraq 45 milyard ABŞ dolları səviyyəsindədir. Bu məlumat Azərbaycan Mərkəzi Bankının (AMB) bu ilin yanvar-sentyabr ayları üzrə hazırladığı “Pul siyasəti icmalı”nda öz əksini tapıb. Ölkəmizdə strateji valyuta ehtiyatlarının artım tendensiyasının qarşıdakı illərdə daha intensiv xarakter alacağı proqnozlaşdırılır. Xatırladaq ki, bu göstərici 2009-cu ildə 20,4 milyard dollar, 2010-cu ilin sonunda 30 milyard dollara yaxın, 2011-ci ilin sonunda isə 40 milyard dollardan çox olub.
Qeyd edək ki, Azərbaycanın strateji valyuta ehtiyatları Dövlət Neft Şirkətinin aktivlərindən, Mərkəzi Bankın ehtiyatlarından və hökumətin depozitlərindən formalaşır. Məhz hesabat dövründə AMB-nin valyuta ehtiyatları 9,8 faiz artaraq oktyabrın 1-nə 11,5 milyard dollar, Dövlət Neft Fondunun ehtiyatları isə 11,4 faiz artaraq 33,2 milyard dollar təşkil edib. Mərkəzi Bankın hesablamalarına görə, ümumi valyuta ehtiyatları ölkənin təxminən 3 illik mal və xidmət idxalına, AMB-nin ehtiyatları isə 1 illik mal və xidmət idxalının maliyyələşdirilməsi üçün kifayət edir.
Müqayisə üçün qeyd edək ki, 2012-ci ilin əvvəlində Dövlət Neft Fondunun aktivləri 2011-ci ilin əvvəli (22.766,8 milyon ABŞ dolları) ilə müqayisədə 30,9 faiz artaraq 29 milyard 800 milyon dollar olub. 2011-ci ildə fondun büdcə gəlirləri 15 milyard 628,3 milyon manat, büdcə xərcləri isə 9 milyard 606,6 milyon manat təşkil edib. Dövlət Neft Fondunun məlumatına görə, 2012-ci ilin yanvar-mart ayları ərzində fondun büdcə gəlirləri 3 milyard 586,9 milyon manat, xərcləri isə 1 milyard 919,9 milyon manat olub.
Bütövlükdə Azərbaycanda həyata keçirilən güclü maliyyə siyasəti və iqtisadi inkişaf dinamikası, eyni zamanda, ixrac potensialının yüksək artımı respublikamızın maliyyə sabitliyinin möhkəmlənməsinə dərin zəmin yaradıb və valyuta gəlirlərinin çoxalmasını təmin edib. Hazırda strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 70 faizə yaxındır. Bu, inkişaf etmiş dövlətlər içərisində ən yaxşı göstəricidir. İnkişaf etmiş ölkələrin böyük əksəriyyətində strateji valyuta ehtiyatlarının həcmi ÜDM-nin 24-30 faizini təşkil edir. Neftlə zəngin olan ərəb ölkələrində isə bu rəqəm təxminən 45 faizə bərabərdir. Demək, Azərbaycan hazırda valyuta rezervlərinin real artımı və həcminə görə, dünyada ən yaxşı göstəriciyə malikdir. Bu, göstəricilər sırasında ən yüksək göstərici MDB regionunda ən pozitiv inkişaf indikatorunun əlamətidir. Qeyd olunan faktor, yəni, güclü maliyyə-valyuta rezervləri ölkənin davamlı inkişafı üçün uzunmüddətli zəmanətdir. Ümumilikdə, strateji valyuta ehtiyatlarının yüksək templə artımı ölkə iqtisadiyyatının mümkün xarici böhran təsirlərinə qarşı həssaslığını azaldan və güclü makroiqtisadi bufer formalaşdıran amildir.
Bir sözlə, Azərbaycan hazırda strateji valyuta ehtiyatlarının həcminə görə, regionda ən yaxşı göstəriciyə malikdir. Ölkəmiz valyuta rezervlərinin həcminə görə, Gürcüstanı 20 dəfə, Ermənistanı isə 29 dəfə üstələyir.
Onu da qeyd edək ki, güclü valyuta ehtiyatları hər bir ölkənin inkişafını təmin etməklə bərabər, həm də onun xarici borc müqabilində etibarlı makroiqtisadi sabitliyini möhkəmləndirir. Beləliklə, Azərbaycanda müşahidə olunan sabitlik və dayanıqlığın əsas səbəbi ölkədə uzun müddət həyata keçirilən makroiqtisadi strategiya və siyasətdir. Bu gün Azərbaycan hökuməti qlobal risklərin qarşısını almaq üçün kifayət qədər manevr imkanlarına malikdir. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda dövlət borcu ümumi daxili məhsulun cəmi 8 faizni təşkil edir, valyuta ehtiyatları isə xarici dövlət borcunu 9 dəfə üstələyir. Azərbaycanın valyuta ehtiyatlarının xarici borc göstəricisini üstələməsi ölkəmizin etibarlı makroiqtisadi sabitliyinin ən başlıca göstəricilərindən biri hesab oluna bilər. Halbuki MDB regionunda əksər ölkələrin xarici borcu onların valyuta ehtiyatlarına bərabərdir, hətta bəzən çoxdur.
Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan hökuməti digər iqtisadi resursların istehsalını və nəqlini artırmaqla, həmçinin, dünyanın nüfuzlu maliyyə qurumlarında saxlanılan valyuta sərvətlərinin səmərəli idarə olunması sayəsində mühüm irəliləyişlərə nail olub. Ölkənin qızıl valyuta ehtiyatlarının alət, valyuta və coğrafi şaxələndirilməsi artıq həyata keçirilməyə başlanılıb. Burada əsas məqsəd təbii ki, etibarlılıq, valyuta ehtiyatlarının idarə olunmasının səmərəliliyinin daha da artırılmasıdır. Əlavə edək ki, 2012-ci ilin birinci rübündən etibarən Dövlət Neft Fondu qızılın alınmasına başlayıb və oktyabrın 1-dək 10 891 kq və ya 350 146 troya unsiyası həcmində qızıl alıb.
SEVİNC
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18

