/ / Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin təcrübə-sınaq zavodunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin təcrübə-sınaq zavodunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib
18.12.2012 [00:36]
Dünən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin təcrübə-sınaq zavodunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.
Dövlətimizin başçısı zavodun rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin zavodun həyətində ucaldılmış abidəsinin önünə gül dəstəsi qoyub.
Sonra Prezident İlham Əliyev müəssisənin inzibati binasında yaradılmış Heydər Əliyev Muzeyinə baxıb. Ümummilli lider Heydər Əliyevin büstünün qoyulduğu muzeydə Ulu öndərin ölkəmizdə ordu quruculuğuna verdiyi töhfələr, eləcə də Prezident İlham Əliyevin ordunun və müdafiə sənayesinin inkişafına göstərdiyi diqqət və qayğı geniş əks olunub.
Daha sonra dövlətimizin başçısı müəssisənin inzibati binasının tədris otağında yaradılmış şəraitlə tanış olub. Müdafiə sənayesi naziri Yavər Camalov bildirib ki, 2012-ci ildən etibarən Nazirliyin sifarişi ilə Azərbaycan Texniki Universitetində xüsusi texnika və texnologiya fakültəsi yaradılıb. Yetmiş dörd tələbənin təhsil aldığı fakültədə silah və silah sistemləri, optotexnika, priotexnika vasitələrinin istehsal, kompozisiya materiallarının, müdafiə təyinatlı məmulatların hazırlanması texnologiyaları, çoxkanallı trapasfer rabitə cihazlarının istismar və təmiri ixtisasları tədris olunur.
Müəssisə ilə tanışlıq zamanı bildirilib ki, zavod 1990-cı ildə Bakı Aviasiya İstehsalat Birliyinin “Klimat” Konstruktor Bürosu kimi fəaliyyətə başlayıb. Sovet İttifaqının süqutundan sonra müəssisənin fəaliyyəti məhdudlaşıb. Zavodun yenidən qurulmasında əsas məqsəd atıcı silahların, o cümlədən avtomatların, pulemyotların, snayper tüfənglərinin yaradılması, modernləşdirilməsi və kütləvi istehsalın təşkili istiqamətində elmi-tədqiqat, təcrübi-konstruktor işlərinin aparılması, xüsusi standartlara uyğun sınaq metodikaları və proqramlarının tələblərinə cavab verən nümunələrin hazırlanmasından ibarətdir.
Konstruktor Bürosunun fəaliyyəti ilə tanış olan Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, Müdafiə Sənayesi Nazirliyi yaradıldıqdan sonra büronun işi təkmilləşdirilib, bənzəri olmayan ilk milli “İstiqlal” snayper tüfənginin yaradılması başa çatdırılıb və istehsalı təmin edilib. Hazırda burada “İstiqlal-2”, “İstiqlal-4”, “İstiqlal-1T”, “Şimşək-9” və digər müdafiə təyinatlı silahlar sınaqdan keçirilir. Azərbaycan Prezidentinin verdiyi tapşırıqların icrasının təmin edilməsi ilə əlaqədar müdafiə təyinatlı məmulatların yaradılması və istehsalının mənimsənilməsi üçün Konstruktor Bürosunun fəaliyyət çevikliyi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə konstruktorların daha məhsuldar çalışmalarını təmin edən yeni inzibati bina və müasir istehsal, sınaq nümunələrini yığma sahələri yaradılıb və digər zəruri vasitələrlə təmin edilib. Konstruktor Bürosu da müasir avadanlıqla təmin olunub. Burada proqramla idarə olunan 3 və 4 koordinatlı frez və torna emal mərkəzləri, universal frez, lazer həkketmə və lazer erroziya dəzgahları qurulub.
Prezident İlham Əliyev müəssisədə layihələndirilən və hazırlanan müşahidə cihazları, zirehli texnika və atıcı silahlara baxıb. Məlumat verilib ki, zavodda hazırlanan xüsusi təyinatlı “Gürzə” patrul maşını 2,5 ton yükgötürmə qabiliyyətinə malikdir. Ən son yeniliklərlə təchiz olunan bu maşın “Toyota HİLOYX 12” modelinin bazasında yaradılıb və yalnız Azərbaycanda yığılıb.
Dövlətimizin başçısı sükan arxasına əyləşib xüsusi təyinatlı “Gürzə” patrul maşınını idarə edib.
Məlumat verilib ki, 2012-ci ildə 437 adda müdafiə təyinatlı məmulatın istehsalı üzrə müqavilə bağlanıb. Bu ilin nəticələrinə görə, istehsal olunan və sifarişçilərə təhvil veriləcək müdafiə təyinatlı məmulatın həcmi 2007-ci illə müqayisədə 25 dəfədən artıq olacaqdır. Nazirliyin tabeli müəssisələrində istehsalı mənimsənilən müdafiə təyinatlı məmulatın çeşidinin sayı isə 700-ə çatdırılıb.
Prezident İlham Əliyev zavodda yaradılmış şəraitdən razılığını bildirib, müvafiq tövsiyə və tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

