Azərbaycanın yaratdığı reallıqlardan qorxanlar...
15.01.2025 [10:33]
Cənubi Qafqaz son illərdə mühüm siyasi-iqtisadi yeniliklərlə daha çox diqqət mərkəzinə düşür. Xüsusilə, post-müharibə dövründə Azərbaycanın bölgədə formalaşdırdığı yeni reallıqlar regional əməkdaşlığın inkişafına böyük töhfələr verir. Azərbaycanın ortaya qoyduğu səylər mühüm nəticələrə yol açır - yaşadığımız coğrafiyada sıx tərəfdaşlıq mühiti yaranır, təhlükəsiz ticari münasibətlərin inkişafı vüsət alır, siyasi dialoqun güclənməsi müşahidə edilir. Çoxvektorlu xarici siyasət kursunda tərəfdaşlığı hər zaman prioritet seçmiş Azərbaycan xüsusilə region ölkələrilə münasibətlərə həssas yanaşır - bu baxımdan, ölkəmiz Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə ən yüksək səviyədə siyasi-iqtisadi əlaqələrə malikdir.
Biz heç kimdən qorxmuruq və haqlı olan tərəf bizik!
Təbii ki, münasibətlərdə ən əsas göstərici səmimilik, dürüstlük və qarşılıqlı şəkildə maraqlara köklənməkdir. Bu olmadığı halda, yüksək münasibətlər barədə danışmaq yersiz olur. Azərbaycan bütün ölkələrə qarşı eyni mövqeydən yanaşma sərgiləyir - biz hər zaman məsələlərə qarşılıqlı maraqlar kontekstindən yanaşırıq. Təəssüfləndirici haldır ki, bəzi məqamlarda bu amil digər dövlətlər tərəfindən layiqincə qiymətləndirilmir.
Məsələn, qonşu İrana münasibətdə Azərbaycan hər zaman həssaslıq və diqqət nümayiş etdirib. Hətta bir çox məqamlarda İranın təhlükəsizliyinin təmin edilməsi məsələsində belə Azərbaycan qətiyyətli mövqeyi ilə seçilib. Amma bizim bu yüksək davranışımıza qarşı Tehranın bir sıra məsələlərdə ortaya qoyduğu mövqe adekvat sayıla bilməz. Xüsusilə, Ermənistanla bağlı məsələlərdə, Zəngəzur dəhilizi ilə bağlı müzakirələrdə Tehranın nümayiş etdirdiyi mövqe anlaşılan deyil. Düzdür, hazırki hakimiyyətlə hələlik ciddi təmaslar olmasa da, daha çox iqtisadi kontekstdə əlaqələr mövcuddur. İqtisadi kontent isə qarşılıqlı əlaqələrdə tamam fərqli bir istiqamət sayılır.
Əvvəlki hakimiyyət isə ölkəmizə qarşı açıq qeyri-adekvat münasibət bəsləyirdi - bunun səbəbi isə olduqca qəribədir. Ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi ilə sanki İranın bölgədəki “işləri” düz getmədi. Onların Qarabağdan keçərək Ermənistana gediş-gəlişində “problemlər” yarandı və bu da nəticə etibarı ilə Tehranın mövqeyinə açıq təsir göstərdi. Bu isə qarşılıqlı münsibətlərdə özünü biruzə verdi. Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində deyib ki, ondan sonra bizə qarşı o məlum hədə-qorxu addımları, təlimlər, bəyanatlar, hədələr başlamışdı: “Biz də adekvat addımlar atdıq. Bizim sərhədimizdə əgər hər hansı bir təlim, hərbi təlim keçirilirsə, biz də Azərbaycan-İran sərhədinin bu tərəfində eynisini etdik. Yəni, göstərdik ki, biz heç kimdən qorxmuruq və haqlı olan tərəf bizik”.
İran mollası ənənəvi “ampluada”...
İranla münasibətlərdən danışarkən, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumuna ayrıca toxunmaq lazımdır. Terror aktını yerinə yetirən İran vətəndaşı Yasin Hüseynzadənin indiyə qədər cəzalanmaması Tehranın məsələyə səthi münasibət göstərməsi ilə yanaşı, ortada fərqli maraqların olmasından da xəbər verir. Hadisənin başvermə şəraiti də təsdiqləyir ki, bu, sadəcə bir terror hadisəsi deyil - bu təşkil olunmuş bir terror hadisəsi idi. Əvvəlcə məsələni yayındırmaq üçün fərqli yollara əl atan İran Azərbaycanın ortaya qoyduğu mövqedən sonra məsələyə ciddi yanaşma sərgilədi və cinayətkarla bağlı qərar qəbul edildi. Amma onun icrası hələ də təmin edilməyib.
Digər tərəfdən, İranda baş verən bəzi hadisələr bu ölkənin daxilində vahid siyasi xəttin olmadığını deməyə əsas verir. İranın bəzi əyalət mollarının davranışı özbaşınalığın və hakimiyyətdaxili qruplar arasındakı ziddiyyətləri ortaya qoyur. Məsələn, bir müddət öncə Ərdəbil mollasının davranışı kimi.
Prezident İlham Əliyev bildirib ki, şəxsən yeni prezidentlə görüşü olmayıb. O ki qaldı, əyalət mollasının bizə qarşı nifrət münasibətinə, bu, birinci dəfə deyil: “Ərdəbil şəhərinin o mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı. Burada sual ondan ibarətdir ki, onu o vəzifəyə təyin edən adam buna necə münasibət göstərir. Axı o, özbaşına gəlib orada oturmayıb. Onu kim təyin edir, biz yaxşı bilirik. Onun reaksiyası nədir, o, bunu dəstəkləyir, yoxsa yox və Azərbaycandan kim üzr istəyəcək? Üzr istəyəcəklər, yoxsa yox?”.
Bəli, göründüyü kimi, İranın bəzi dairələri sanki Azərbaycanın əldə etdiyi, eyni zamanda bütövlükdə regionun inkişafı üçün hədəflədiyi üstünlüklərdən çəkinir, buna mane olmağa çalışır. Bu isə dövlətlərarası münasibətlərdə heç də müsbət tendensiya yaratmır - tam əksinə, yeni siyasi nizamda bu kimi etimadsızlıq mühiti nəticə etibarı ilə olduqca mənfi çalarlara yol açır. Azərbaycana qarşı hansısa məkrli plan hazırlayanlar hər zaman özlərinin “qazdıqları quyuya” düşüblər. Bunu tarix bir çox misallarla sübut edib...
Yaxın Şərqdə Türkiyə ilə çiyin-çiyinə...
Ölkəmizin ümumən bölgəsəl məsələlərdə tutduğu mövqe hər zaman regional maraqlarla, beynəlxalq hüquqda və ədalətlə səsləşib. Biz həm Şərq, həm Qərb, həm Ərəb, həm də bütövlükdə İslam dünyası ilə əlaqələrə xüsusilə önəm veririk. Bu gün Suriyada baş verənlərə münasibətdə sərgilənən mövqe bunu deməyə əsas verir. Erməni yalanlarını dəstəkləyən, terrorçu hərəkətlərinə haqq qazandıran Əsəd rejimi tarixin arxivinə göndərilib. Təbii ki, bu uğurun əldə olunmasında Türkiyənin xidmətləri danılmazdır. Azərbaycanın rəsmi müttəfiqi, mühüm bir coğrafiyanın aparıcı siyasi-hərbi aktoru olan Türkiyə bütün dövrlərdə terrora qarşı mübarizənin ön sırasında yer alıb. Bu mübarizədə Ankara hər zaman ən yaxın müttəfiqi olan Azərbaycana güvənir, dəstəyini hiss edir. Prezident İlham Əliyev müsahibəsində bildirib ki, Türkiyənin Suriyanın inkişafındakı rolu çox əhəmiyyətlidir: “Mən Əsəd rejiminin çökməsindən sonra Prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək, həm bu münasibətlə bir-birimizi təbrik etmişik, həm də bildirdim ki, biz də Türkiyənin yanında olmağa hazırıq və bunu etməyə də başlamışıq”.
Vurğulandığı kimi, vaxtilə Ermənistanın dəstəkçisi olan Əsəd rejimi dövründə bu ölkə Azərbaycana qarşı bütün proseslərdə yer alırdı - indi isə vəziyyət dəyişib. Artıq Suriya yeni nizama yeni reallıqlarla qədəm qoyur. Yeni dövrdə Azərbaycanın Yaxın və Orta Şərqdə iqtisadi inkişafın yenilənməsi prosesində Türkiyə ilə yanaşı addımlaması üçün mühüm şərtlər yaranıb. Bu isə ümumilikdə İslam dünyasında yeni bir mərhələ başladır. Yeni iqtisadi münasibətlər fonunda İslam ölkələri arasında əlaqələr güclənir, yeni üfüqlər yaranır. Dövlət başçısı deyib ki, İslam Əməkdaşlıq Təşkilatının bütün tədbirlərində biz fəal iştirak etmişik və fəal iştirak edəcəyik: “Yəni, bizim mövqeyimiz tam açıqdır”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50

