/ / Azərbaycan Prezidenti İlham Əliyev Bakıda yeraltı avtomobil dayanacağının üstündə salınan park, bağ və fəvvarələr kompleksinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda yeraltı avtomobil dayanacağının üstündə salınan park, bağ və fəvvarələr kompleksinin açılışında iştirak edib
11.05.2013 [10:28]
Mayın 10-da Bakının Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında inşa olunan yeraltı avtomobil dayanacağının üstündə salınan park, bağ və fəvvarələr kompleksinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılışda iştirak ediblər.
Yeraltı avtomobil dayanacağının üstündə müasir istirahət parkı kompleksi Bakı şəhərinin simasının daha da yeniləşməsi və paytaxt sakinlərinin istirahəti baxımından olduqca əhəmiyyətlidir. Dövlətimizin başçısı kompleksdə inşaat işlərinin gedişini daim nəzarətdə saxlayıb.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Prezident İlham Əliyevə park kompleksi haqqında məlumat verib. Bildirilib ki, dövlətimizin başçısının Bakıda park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən bu ərazidə xüsusi layihə əsasında müasir səviyyədə yeni istirahət kompleksi salınıb.
Diqqətə çatdırılıb ki, bu kompleks şəhərin içərisində ən böyük parkdır. Ərazisi 7 hektar olan parkın uzunluğu bir kilometr, eni isə 150 metrdir. Parkın 20 min kvadratmetrlik sahəsinə qranit və keramit plitələr döşənib. Burada ən müasir tələblərə cavab verən 5 fəvvarə kompleksi quraşdırılıb. Parkın girişində və çıxışında quraşdırılan fəvvarənin ətrafında oturacaqlar qoyulub. Bu da parkda müxtəlif tədbirlər keçirməyə imkan verəcək. Kompleksdə 7 yeraltı keçid inşa olunub. Keçidlərdə 24 eskalator quraşdırılıb. Hər bir keçiddə əlillərin hərəkəti üçün xüsusi qurğu quraşdırılıb. Bundan başqa, avtomobillərini yeraltı dayanacaqda saxlayanların parka rahat qalxmaları üçün 14 lift fəaliyyət göstərəcək. Dayanacaqda piyadaların parka çıxışı üçün də 32 keçid var. Parkın işıqlandırma sistemi də müasirdir. Bunun üçün yeni yarımstansiya quraşdırılıb. Kompleksin inşası zamanı Səməd Vurğun, Füzuli, Mirzağa Əliyev və Şixəli Qurbanov küçələri genişləndirilib. Parkın ətrafındakı binalarda və ərazilərdə də əsaslı şəkildə abadlıq və quruculuq işləri indi də davam etdirilir. Füzuli küçəsindəki 39 nömrəli binanın sürüşdürülmə yolu ilə köçürülmə prosesi artıq başa çatıb.
Qeyd edilib ki, park kompleksinin 35 min kvadratmetrlik ərazisinə münbit torpaq tökülüb, geniş yaşıllıq zolağı salınıb, 2 minə yaxın ağac, 10 mindən çox bəzək kolu, çoxlu gül və çiçək əkilib. Yaşıllıq zolaqları avtomatik sistemlə suvarılır. Parkda üç yay kafesi də fəaliyyət göstərəcək. Bütün gün ərzində açıq olacaq yeraltı avtomobil dayanacağının müxtəlif istiqamətlərdən beş giriş-çıxışı var. Buradakı naviqasiya sistemində 3500 detektordan və bir çox başqa elementlərdən istifadə olunub. Yeraltı avtomobil dayanacağına və texniki xidmət otaqlarına video sistemlə vizual nəzarət olunacaq. Bu sistem çərçivəsində 297 gecə-gündüz görmə qabiliyyətli statik kamera quraşdırılıb. Yeraltı dayanacaqda avtomatik yanğınsöndürmə və havalandırma sistemləri yaradılıb. Beləliklə, yeraltı dayanacaqda avtomobillərin təhlükəsizliyi ən yüksək səviyyədə nəzərə alınıb.
Vurğulanıb ki, aparılan tikinti hesabına Şəmsi Bədəlbəyli küçəsi 770 metr uzadılaraq Azərbaycan Dövlət Dram Teatrının qarşısındakı meydana çatdırılıb. Bu yol birtərəfli və üçzolaqlı olacaq. Səməd Vurğun küçəsindən Dilarə Əliyeva küçəsinədək olan 212 metrlik ərazi də yenidən qurulub.
Prezident İlham Əliyev kompleksdə yaradılmış şəraitdən razılığını bildirib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17

