Mehriban ürək
08.03.2025 [08:16]
Güclü müasirlik duyğusu, yenilikçi təbiətə sahib, fədakar Azərbaycan Qadını!
Dünyada ölkələrin yüksəksəviyyəli rəsmilərinə xüsusi etiket qaydaları çərçivəsində xitab olunur. Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşlərdə isə adətən rəsmi etiket qaydaları pozulur, insanlar ona sadəcə “bizim Mehriban” deyə müraciət edirlər. Bu sadə xitab Azərbaycan cəmiyyətinin Mehriban xanım Əliyevaya böyük məhəbbətini, səmimi münasibətini ifadə edir.
Xeyirxahlığa, humanizmə çağırış
Azərbaycan qadınının ən xarakterik cəhəti olan xeyirxahlıq, humanizm, xoş məram Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın həyatından və fəaliyyətindən qırmızı xətt kimi keçir. Əlamətdar tarixlərdə, milli bayramlarda Mehriban xanım Əliyeva bir qayda olaraq uşaqların, ələlxüsus da fiziki qüsurlu və yaxud valideyin himayəsindən məhrum qalmış uşaqların yanında olmağa tələsir. Belə tədbirlərdə Mehriban xanım Əliyeva yüksək statusuna baxmayaraq, çox sadə davranır - uşaqlarla rəqs edir, onların gələcək planları ilə maraqlanır, viktorinalara qatılır, balaca dostlarını öz əlləri ilə bişirdiyi şirniyyatlara qonaq edir. Onun təşəbbüsü ilə Heydər Əliyev Fondu uşaqların və gənclərin təhsilinə dəstək məqsədilə bir neçə uğurlu proqram reallaşdırır. İndiyədək Heydər Əliyev Fondunun icra etdiyi təkcə “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsi çərçivəsində 40-dan çox internat və uşaq evi yenidən qurulub. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir neçə “Məzun evi” tikilərək uşaq evləri və internat məktəblərinin məzunu olan gənclərin istifadəsinə verilib.
Mehriban xanım Əliyeva daim özündə xeyirxahlığı, humanizm dəyərlərini ehtiva edən təşəbbüslər irəli sürür. İndiyədək onun təşəbbüsü ilə bir neçə dəfə amnistiya aktı qəbul olunub. Əsasən əlamətdar tarixlər, milli bayramlarımız ərəfəsində qəbul olunan bu amnistiya aktlarının icrası nəticəsində 40 minə yaxın məhkum müxtəlif növ cəzalarından azad edilib. Bütün bunlarla Mehriban xanım Əliyeva xeyirxahlığa, humanizmə çağırış edir.
Qadınlar bayramı ərəfəsində Gəncəyə səfər
Mehriban xanım Əliyeva budəfəki qadınlar bayramı ərəfəsində də öz ənənəsinə sadiq qalıb. Belə ki, Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva martın 6-da Gəncə şəhərinə səfər ediblər. Bu səfər də bir sıra səmimi görüşlərlə yadda qalıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsinin ziyarəti ilə başlayan səfər çərçivəsində Mehriban Əliyeva və qızı Arzu Əliyeva Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə Heydər Əliyev Fondu tərəfindən aparılan təmir-bərpa işləri ilə tanış olublar, Gəncə şəhəri 40 saylı körpələr evi-uşaq bağçasında olarkən Birinci vitse-prezident bağçada məktəbəqədər təhsilin və uşaqların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili məqsədi ilə müvafiq tapşırıqlar verib. Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Ermənistan silahlı qüvvələrinin 2020-ci ildə Gəncə şəhərinə raket hücumları nəticəsində həlak olan dinc sakinlərin xatirəsini əbədiləşdirmək üçün inşa edilən Gəncə Memorial Kompleksinin layihəsi ilə də tanış olublar. Birinci vitse-prezident səfər çərçivəsində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzində olub. Tibb müəssisəsindəki şəraitlə tanışlıq zamanı Perinatal Mərkəzə Heydər Əliyev Fondu tərəfindən küvəzlər və ultrasəs müayinə aparatı hədiyyə olunub. Gəncəyə səfər zamanı Mehriban Əliyevanın, Şah Abbas və Hüseyniyyə məscidlərində, eləcə də Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində olması isə Azərbaycanın tolerantlıq ənənələrinə sadiq qalmasının növbəti təsdiqidir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15

