/ / Prezident İlham Əliyev Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Aeroportu avtomagistralının on üçüncü kilometrliyindən Qala qəsəbəsinə gedən yolun açılışında iştirak edib
Prezident İlham Əliyev Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Aeroportu avtomagistralının on üçüncü kilometrliyindən Qala qəsəbəsinə gedən yolun açılışında iştirak edib
26.07.2013 [09:25]
İyulun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Aeroportu avtomagistralının 13-cü kilometrliyindən Qala qəsəbəsinə gedən yolun açılışında iştirak edib.
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nın davamı olan 2011-2013-cü illəri əhatə edən Dövlət Proqramı bir çox sahələrlə yanaşı, paytaxtda yol infrastrukturunun müasirləşdirilməsini də əhatə edir. İndi Bakı və ətraf qəsəbələrin yolları ən müasir səviyyədə yenidən qurulur, yeni yol qovşaqları inşa edilir. Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Aeroportu avtomagistralının 13-cü kilometrliyindən Qala qəsəbəsinə gedən yolun müasir tələblər səviyyəsində inşası bunu aydın nümayiş etdirir.
Nəqliyyat naziri Ziya Məmmədov yeni yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verib.
Bu yol Prezident İlham Əliyevin Bakı şəhərinin nəqliyyat sisteminin inkişaf etdirilməsi və paytaxtın kənd və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramında nəzərdə tutulan tədbirlər çərçivəsində inşa olunub və Bakıda həyata keçirilən yol-nəqliyyat layihələrinin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir. Ümumi uzunluğu 12,5 kilometr olan yol ən müasir səviyyədə inşa edilib. Yol boyu geniş abadlıq işləri aparılıb, müasir yol nişanları qoyulub. Magistral yol boyu müasir işıqlandırma sistemi yaradılıb, yaşıllaşdırma işləri görülüb. Yeni yol Bakı şəhərinin Türkan, Zirə, Gürgən, Pirallahı, Dübəndi, Qala, Şüvəlan və Mərdəkan qəsəbələrinin nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına, şəhərin mərkəzinə gələn nəqliyyat vasitələrinin normal hərəkətinə şərait yaradacaqdır. Magistral boyu yol qovşaqları, avtomobil keçidi tikilib, suötürücü dəmir-beton borular quraşdırılıb.
Prezident İlham Əliyevə Babək prospekti ilə K.Əfkari küçəsinin və Neftçilər prospekti ilə S.Səfərov küçəsinin kəsişmələrində inşa edilən yeraltı piyada keçidləri barədə də məlumat verilib.
Bildirilib ki, Babək prospekti ilə K.Əfkari küçəsinin kəsişməsində yerləşən keçidin ümumi uzunluğu 80, eni isə 8 metrdir. Keçid ən müasir səviyyədə inşa edilib. Hündürlüyü 3,2 metr olan keçidin iki çıxışı var. Neftçilər prospekti ilə S.Səfərov küçəsinin kəsişməsində inşa edilən yeraltı piyada keçidi də müasir səviyyədədir. Bu keçidin uzunluğu 89 metr, eni 8, hündürlüyü 3 metrdir. Burada 4 eskalator quraşdırılıb.
Sonra dövlətimizin başçısı Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomagistralının 13-cü kilometrliyindən Qala qəsəbəsinə gedən yolun rəmzi açılışını bildirən lenti kəsib.
Xəbər lenti
Hamısına baxSiyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00

