Prezident İlham Əliyevin D-8 Media Forumunun iştirakçılarına müraciəti oxunub
21.11.2025 [10:53]
Prezident İlham Əliyev “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
"Hörmətli Forum iştirakçıları,
İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) ilk Media Forumunda Sizi səmimi-qəlbdən salamlayıram. Bu Forumun Azərbaycanın təşəbbüsü ilə birinci dəfə Bakı şəhərində keçirilməsi mühüm hadisədir.
Bildiyiniz kimi keçən il Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilmişdir. Əlamətdar haldır ki, otuz ilə yaxın müddət ərzində fəaliyyət göstərən bu təşkilat ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul etmişdir. Bu, ölkəmizə olan beynəlxalq etimadın göstəricisi, təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürü idi. 1,2 milyard əhalini əhatə edən və böyük iqtisadi potensiala malik D-8 təşkilatına üzv olan dövlətlər ortaq dini-mədəni dəyərləri bölüşürlər. Bu gün artıq üç qitəni əhatə edən D-8 platforması dayanıqlı iqtisadi artım, rəqəmsal transformasiya, süni intellekt, qlobal iqlim dəyişmələri ilə mübarizə və enerji təhlükəsizliyi kimi mühüm sahələrdə inkişafı irəli aparmaq üçün geniş imkanlara malikdir. Azərbaycan enerji, nəqliyyat və kommunikasiya sahələrində D-8 ölkələri ilə çoxşaxəli tərəfdaşlıqlar qurmaqla regional və beynəlxalq əməkdaşlığın mühüm iştirakçısına çevrilmişdir.
Azərbaycan D-8 ailəsinin üzvü olduğu gündən təsisatın inkişafı ilə bağlı səylər göstərir. Bu, təkcə iqtisadi deyil, həm də mədəni, sosial və humanitar əməkdaşlıq sahələrində özünü büruzə verir. Azərbaycanın D-8-ə üzvlüyə qəbul edilməsindən ötən bir ilə yaxın müddət ərzində ölkəmizin təşəbbüsü ilə Bakı şəhərində D-8 ölkələrinin QHT-lərinin ilk dəfə görüşü təşkil olunmuş, D-8 Həftəsi çərçivəsində “D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoq”u baş tutmuşdur. Azərbaycan bundan sonra da təsisat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinə öz töhfəsini verməyə davam edəcəkdir.
Dost ölkələrin ictimai-siyasi xadimlərini, kommunikasiya üzrə mütəxəssislərini, media nümayəndələrini bir yerə toplayan bu Forumun qlobal informasiya məkanında meydana çıxan yeni çağırışları müzakirə etmək və ortaq məqsədlərə çatmaq üçün səmərəli platforma olacağına inamımı ifadə edirəm. Qlobal böhranlar, bəşəriyyət qarşısında duran yeni sınaqlar və çətinliklər dövründə ölkələrimizin bir-birinə qarşılıqlı dəstək göstərməsi, o cümlədən media sahəsində həmrəyliyi nümayiş etdirməsi olduqca vacibdir.
Müasir dünyada informasiya adi xəbər olmaqla məhdudlaşmır, beynəlxalq münasibətlərin, ictimai rəyin və iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilərək xalqlar arasında etimadın və anlayışın formalaşmasında mühüm rol oynayır.
Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır. Təəssüflər olsun ki, qlobal informasiya məkanında dezinformasiya, saxta xəbərlər, hibrid təhdidlər, “deepfake”-lər, süni intellektin imkanlarından sui-istifadə və digər manipulyasiya halları dayanmadan artmaqdadır. Bu amillər ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərməklə yanaşı bütövlükdə beynəlxalq sabitliyə zərbə vurur və ölkələr arasında etimadı sarsıdır. Bu səbəbdən, D-8 Media Forumunun əsas vəzifələrindən biri – doğru, qərəzsiz, obyektiv və məsuliyyətli informasiya mühitinin qurulması üçün üzv ölkələrin media qurumları arasında etibarlı əməkdaşlığın formalaşdırılmasıdır.
Azərbaycan media sahəsində bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir, bu istiqamətdə daim mühüm təşəbbüslərlə çıxış edir. Biz milli media strategiyamızı beynəlxalq təcrübə ilə uzlaşdıraraq, jurnalistlərin peşəkarlığının artırılmasına, faktlara əsaslanan xəbərlərin yayılmasına və media savadlılığının inkişafına xüsusi diqqət yetiririk. Eyni zamanda, biz regional əməkdaşlıq vasitəsilə ortaq informasiya platformalarının yaradılmasını dəstəkləyirik.
Bugünkü Forum dost ölkələrin media qurumları arasında qarşılıqlı təcrübə mübadiləsi üçün əlverişli imkanlar yaradan yeni əməkdaşlıq müstəvisidir. İnanıram ki, burada səslənəcək ideyalar, təkliflər və irəli sürüləcək birgə layihə təşəbbüsləri gələcəkdə D-8 ölkələrinin informasiya siyasətində mühüm rol oynayacaqdır.
D-8 Media Forumunun xalqlarımız arasında əməkdaşlıq, qarşılıqlı etimad və həmrəyliyin möhkəmlənməsinə, informasiya təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcəyinə ümidvar olduğumu bildirir, forumun işinə uğurlar diləyirəm".
Xəbər lenti
Hamısına baxSiyasət
11 Dekabr 13:02
Hadisə
11 Dekabr 12:59
İqtisadiyyat
11 Dekabr 12:57
İqtisadiyyat
11 Dekabr 12:55
YAP xəbərləri
11 Dekabr 12:52
Gündəm
11 Dekabr 12:32
Sosial
11 Dekabr 11:43
Siyasət
11 Dekabr 11:42
Sosial
11 Dekabr 11:32
Siyasət
11 Dekabr 11:20
İqtisadiyyat
11 Dekabr 11:15
YAP xəbərləri
11 Dekabr 11:08
İqtisadiyyat
11 Dekabr 10:58
Sosial
11 Dekabr 10:48
Analitik
11 Dekabr 10:45
Analitik
11 Dekabr 10:30
Analitik
11 Dekabr 10:12
Analitik
11 Dekabr 09:56
Siyasət
11 Dekabr 09:43
Ədəbiyyat
11 Dekabr 09:38
MEDİA
11 Dekabr 09:15
Sosial
11 Dekabr 08:50
Gündəm
11 Dekabr 08:45
Sosial
11 Dekabr 08:33
Xəbər lenti
11 Dekabr 08:14
İdman
10 Dekabr 23:56
Sosial
10 Dekabr 23:42
YAP xəbərləri
10 Dekabr 23:19
YAP xəbərləri
10 Dekabr 22:47
Xəbər lenti
10 Dekabr 22:44
Dünya
10 Dekabr 22:28
Sosial
10 Dekabr 22:10
Hadisə
10 Dekabr 21:53
Sosial
10 Dekabr 21:38
YAP xəbərləri
10 Dekabr 21:16
Dünya
10 Dekabr 20:49
YAP xəbərləri
10 Dekabr 20:35
İqtisadiyyat
10 Dekabr 20:17
Dünya
10 Dekabr 19:56
İqtisadiyyat
10 Dekabr 19:38
YAP xəbərləri
10 Dekabr 19:13
İqtisadiyyat
10 Dekabr 19:05
Gündəm
10 Dekabr 19:03
Elm
10 Dekabr 19:02
Elm
10 Dekabr 19:01
Elm
10 Dekabr 19:00
Gündəm
10 Dekabr 18:55
YAP xəbərləri
10 Dekabr 18:41
YAP xəbərləri
10 Dekabr 17:30
YAP xəbərləri
10 Dekabr 16:28
Siyasət
10 Dekabr 16:07
YAP xəbərləri
10 Dekabr 16:05
YAP xəbərləri
10 Dekabr 16:04
İqtisadiyyat
10 Dekabr 16:02
Sosial
10 Dekabr 15:59
YAP xəbərləri
10 Dekabr 15:40
İqtisadiyyat
10 Dekabr 15:21
YAP xəbərləri
10 Dekabr 15:03
YAP xəbərləri
10 Dekabr 15:00
YAP xəbərləri
10 Dekabr 14:49
YAP xəbərləri
10 Dekabr 14:47
Hadisə
10 Dekabr 14:42
Dünya
10 Dekabr 14:19
Hadisə
10 Dekabr 14:15
Sosial
10 Dekabr 13:56
Dünya
10 Dekabr 13:42
Dünya
10 Dekabr 13:20
Dünya
10 Dekabr 12:59
Xəbər lenti
10 Dekabr 12:53
Gündəm
10 Dekabr 12:52

