Bakı-Bratislava münasibətləri: dinamizm, əməkdaşlıq və mühüm perspektivlər
11.12.2025 [08:45]
İki ölkə arasında bir çox sahələrdə tərəfdaşlıq əlaqələri güclənə bilər
Azərbaycan dövlətinin yürütdüyü uğurlu xarici siyasət kursu, eləcə də əməkdaşlığa və inkişafa hədəflənən priorietlərimiz beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Xüsusilə, regional güc statusu, qlobal enerji təhlükəsizliyinə verdiyimiz töhfələr və sülhpərvər siyasətimiz ölkəmizi etibarlı tərəfdaş kimi ön plana çıxarır. Azərbaycan əməkdaşlığa yönəlmiş xarici siyasəti sayəsində müxtəlif qitələrdə yerləşən dövlətlərlə strateji əlaqələr qurmağa nail olub. Xüsusilə, enerji sektorunda apardığı ardıcıl və məsuliyyətli siyasət ölkəmizin nüfuzunu daha da artırıb. Azərbaycan enerji bazarında heç vaxt qeyri-müəyyənlik yaradacaq addım atmayıb - qarşılıqlı maraqlar hər zaman əsas tutulub. Bu, bizi Avropa üçün vazkeçilməz tərəfdaşlardan birinə çevirən əsas faktorlardandır.
Təsadüfi deyil ki, bu gün Avropa İttifaqı ölkələrinin Azərbaycanla əməkdaşlıq xətti, xüsusilə təbii qaz və yaşıl enerji sahələrində daha da güclənir. Avropanın enerji şaxələndirməsinə ehtiyacının artdığı dövrdə Azərbaycan etibarlı mənbə kimi ön plana çıxır. Bakı-Brüssel enerji dialoqu çərçivəsində imzalanmış sazişlər, Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı aparılan işlər, yeni xətlərin hazırlanmasına həsr edilmiş müzakirələr bu əməkdaşlığın uzunmüddətli olacağını göstərir.
Belə bir qarşılıqlı münasibətlərin inkişaf dinamizmi ikitərəfli əlaqələrin güclənməsinə də rəvac verir - məsələn, Slovakiya-Azərbaycan əlaqələri artıq yeni məzmun qazanmaqdadır. Slovakiyanın Cənub Qaz Dəhlizinin final istifadəçilərindən biri kimi Azərbaycana olan marağı günü-gündən artır. Ölkəmizin enerji təhlükəsizliyinə verdiyi strateji dəstək Slovakiya tərəfindən yüksək qiymətləndirilir. Bununla yanaşı, iki ölkə arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq üçün də geniş imkanlar mövcuddur. Əlaqələr hələ tam potensialını reallaşdırmasa da, qarşıdakı illər üçün böyük perspektivlər formalaşır. Xüsusilə Slovakiyanın işğaldan azad edilmiş Qarabağ bölgəsində - Ağdamın Qərvənd kəndində həyata keçirdiyi layihələr, müdafiə sahəsində əməkdaşlıq perspektivləri bu münasibətlərin yalnız enerji sahəsi ilə məhdudlaşmadığını göstərir.
Azərbaycan-Slovakiya əlaqələrinin tarixi
Qeyd edək ki, Slovakiya Respublikası Azərbaycanın müstəqilliyini 24 yanvar 1992-ci ildə tanısa da, iki ölkə arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulub. 2019-cu ildən Slovakiyanın Azərbaycanda səfirliyi fəaliyyət göstərir. 2023-cü ilin iyulundan isə Azərbaycanın Slovakiyada səfirliyi təsis olunub. 2009-cu ildən Azərbaycanın Slovakiyadakı fəxri konsulluğu fəaliyyət göstərir.
Rəsmi şəxslərin qarşılıqlı səfərlərinə gəldikdə isə Prezident İlham Əliyev 2004-cü ilin martında Bratislavada işgüzar səfərdə olub. Slovakiyanın hazırkı Prezidenti Peter Pelleqrini 2018-ci ilin noyabrında Baş nazir statusunda Bakıya səfər edib. Hazırkı Baş nazir Robert Fitso isə 2024-cü ilin mayında Azərbaycanda rəsmi səfərdə olub.
İki ölkə arasında parlamentlərarası səviyyədə də işgüzar münasibətlər mövcuddur. Azərbaycanın Milli Məclisində 2005-ci ildən etibarən Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Slovakiyanın Parlamentində də analoji işçi qrupu fəaliyyət göstərir. 2021-ci ilin oktyabrında Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”ə əsasən İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Slovakiya Birgə İşçi Qrupu təsis edilib.
Ötən ilin mayında Baş nazir Robert Fitsonun Bakıya səfəri çərçivəsində iki ölkə arasında “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”ni imzalanıb. Bundan başqa, “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”lər də imzalanıb.
İki ölkə arasında iqtisadi əlaqələr geniş olmasa da, Slovakiya şirkətləri Azərbaycan iqtisadiyyatına investisiya yatırmaqda maraqlıdırlar. Eyni zamanda, Azərbaycan iş adamlarının da Slovakiyaya investisiya qoyması önəmli istiqamətlərdən biri olaraq qalır. 2024-cü ildə Azərbaycan və Slovakiya arasında ticarət dövriyyəsi 46 milyon dollar olub. Mütəxəsisslər isə real potensialın daha yüksək olması fikrindədirlər. Bu, ölkələrimiz arasında iqtisadi əlaqələrin dərinləşməsi, ticarət dövriyyəsinin artırılması üçün imkanlar yaradır. Slovakiya bazarı Azərbaycan üçün qeyri-neft ixracının artırılması baxımından da əhəmiyyətli ola bilər. Eləcə də, turizm sahəsi üzrə əməkdaşlıq gələcək perspektivdə mühüm əhəmiyyət daşıya bilər.
Əməkdaşlıq perspektiv olan digər sahə isə müdafiə sənayesi sahəsidir. Bu istiqamətdə birgə layihələrə imza atılması mümkündür - bununla bağlı müzakirələr belə reallaşıb.
Qeyd edək ki, Slovakiya Ermənistan - Azərbaycan münaqişəsinin həllində beynəlxalq hüquqa əsaslanan yanaşmanı dəstəkləyib. Bu, münasibətlərdə qarşılıqlı etimad mühitinin güclənməsinə şərait yaradıb. 44 günlük Vətən müharibəsindən sonra regionda yaranan yeni vəziyyət Bratislava tərəfindən diqqətlə izlənilir və Slovakiya Azərbaycanla əməkdaşlığı daha da genişləndirməyə maraqlı olduğunu açıq şəkildə bildirir.
Münasibətlərdə enerji faktoru
Enerji sektoru Azərbaycan-Slovakiya münasibətlərinin ən mühüm istiqamətlərindən biridir. Avropa İttifaqının enerji təhlükəsizliyi məsələsində fəal iştirak edən Azərbaycan Cənub Qaz Dəhlizinin əsas təchizatçısı kimi mühüm tərəfdaşa çevrilib. Slovakiya da enerji şaxələndirməsinə ehtiyacı olan ölkələr sırasında olduğundan, Azərbaycanla əməkdaşlıq xüsusi rol oynayır. Qeyd edək ki, Slovakiya uzun illər qaz təchizatında asılılıqlar səbəbindən enerji təhlükəsizliyi məsələlərini prioritet mövzusuna çevirib. 2022-ci ildən sonra Avropada baş verən geosiyasi dəyişikliklər qaz mənbələrinin dəyişikliyini zəruri edib. Bu dövrdə Azərbaycan Avropa üçün etibarlı və sabit təchizatçı kimi önə çıxıb. Avropaya qaz tədarükünün 2027-ci ilə qədər iki dəfə artırılması planları Slovakiya üçün də yeni imkanlar yaradır. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin Bratislavaya rəsmi səfəri çərçivəsində keçirilən geniş tərkibdə görüşdə çıxış edən Slovakiyanın dövlət başçısı Peter Pelleqri bildirib ki, enerji təchizatı ilə bağlı Slovakiya hazırda olduqca ağır vəziyyətə düşüb: “Görürük ki, uzun perspektivdə Azərbaycan həll variantının bir hissəsi ola bilər”.
Bunun qarşılığında isə Prezident İlham Əliyev bildirib ki, ötən il biz Slovakiyaya qaz təchizatına başladıq: “İstənilən lazımi vaxtda davam etdirməyə hazırıq”.
Gələcəkdə Azərbaycan-Slovakiya enerji əməkdaşlığının yalnız qazla məhdudlaşmayacağı da proqnozlaşdırılır - “Yaşıl enerji” sahəsində Azərbaycanın böyük potensialı bu əməkdaşlığı daha da genişləndirə bilər. Beləliklə, enerji sektoru iki ölkə arasında əməkdaşlığın lokomotivi rolunu oynayır və yaxın illərdə bu sahədə daha dərin inteqrasiya gözlənilir.
Əlaqələr dərinləşir...
Beləliklə, Azərbaycan - Slovakiya münasibətləri həm siyasi, həm iqtisadi, həm də humanitar müstəvidə yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu əlaqələrin əsas üstünlüyü qarşılıqlı hörmət, açıq dialoq və real əməkdaşlıq iradəsinə əsaslanmasıdır. Slovakiyanın Ağdamın Qərvənd kəndində həyata keçirdiyi bərpa layihəsi münasibətlərin humanitar ölçüsünü daha da dərinləşdirir. Bu təşəbbüs həm də Avropada Qarabağın bərpası ilə bağlı pozitiv yanaşmanın formalaşmasına töhfə verir. İki ölkə arasında mədəniyyət, təhsil, ticarət, kənd təsərrüfatı və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli şərait var. Slovakiya şirkətlərinin Azərbaycanda iştirak imkanları, eləcə də Azərbaycanın tranzit və logistika potensialı qarşılıqlı maraqları artırır.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİdman
20 Dekabr 23:32
İdman
20 Dekabr 22:18
Hadisə
20 Dekabr 21:20
Dünya
20 Dekabr 20:41
Hadisə
20 Dekabr 19:20
İqtisadiyyat
20 Dekabr 18:17
Siyasət
20 Dekabr 17:40
Siyasət
20 Dekabr 17:38
Dünya
20 Dekabr 16:35
Dünya
20 Dekabr 15:42
Dünya
20 Dekabr 15:17
İdman
20 Dekabr 14:50
Dünya
20 Dekabr 14:22
Dünya
20 Dekabr 13:45
Dünya
20 Dekabr 13:28
İqtisadiyyat
20 Dekabr 12:16
Siyasət
20 Dekabr 11:57
İqtisadiyyat
20 Dekabr 11:42
Siyasət
20 Dekabr 11:35
İqtisadiyyat
20 Dekabr 11:13
Analitik
20 Dekabr 10:59
MEDİA
20 Dekabr 10:38
Siyasət
20 Dekabr 10:16
Analitik
20 Dekabr 09:56
Analitik
20 Dekabr 09:32
Sosial
20 Dekabr 09:15
Sosial
20 Dekabr 08:52
Turizm
20 Dekabr 08:37
İdman
20 Dekabr 08:34
Ədəbiyyat
20 Dekabr 08:27
Siyasət
20 Dekabr 08:15
Dünya
20 Dekabr 08:12
Dünya
20 Dekabr 08:07
Dünya
19 Dekabr 23:35
YAP xəbərləri
19 Dekabr 23:20
Sosial
19 Dekabr 22:46
Dünya
19 Dekabr 22:30
YAP xəbərləri
19 Dekabr 22:19
Mədəniyyət
19 Dekabr 22:05
YAP xəbərləri
19 Dekabr 21:54
Dünya
19 Dekabr 21:25
Mədəniyyət
19 Dekabr 21:18
İdman
19 Dekabr 20:48
İqtisadiyyat
19 Dekabr 20:34
Dünya
19 Dekabr 20:31
YAP xəbərləri
19 Dekabr 20:15
Dünya
19 Dekabr 19:55
Sosial
19 Dekabr 19:53
YAP xəbərləri
19 Dekabr 19:32
Dünya
19 Dekabr 19:14
Hərbi
19 Dekabr 18:24
YAP xəbərləri
19 Dekabr 17:39
Xəbər lenti
19 Dekabr 17:28
Elm
19 Dekabr 17:04
Siyasət
19 Dekabr 16:57
Diaspor
19 Dekabr 16:22
Siyasət
19 Dekabr 16:00
Sosial
19 Dekabr 15:39
Siyasət
19 Dekabr 15:33
YAP xəbərləri
19 Dekabr 15:17
Siyasət
19 Dekabr 15:12
YAP xəbərləri
19 Dekabr 14:26
Siyasət
19 Dekabr 14:19
Siyasət
19 Dekabr 14:15
Siyasət
19 Dekabr 14:15
Siyasət
19 Dekabr 14:14
Siyasət
19 Dekabr 14:13
Siyasət
19 Dekabr 14:10
YAP xəbərləri
19 Dekabr 13:30
Sosial
19 Dekabr 12:50

