/ / Prezident İlham Əliyev Heydər Əliyev adına İdman-Konsert Kompleksində əsaslı təmir işlərinin gedişi ilə tanış olub
Prezident İlham Əliyev Heydər Əliyev adına İdman-Konsert Kompleksində əsaslı təmir işlərinin gedişi ilə tanış olub
27.12.2014 [09:20]
Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və “Bakı 2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Heydər Əliyev adına İdman-Konsert Kompleksində aparılan əsaslı təmir işlərinin gedişi ilə tanış olublar.
Gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevə burada görülən işlər barədə məlumat verib.
Qeyd edək ki, 1977-ci ildə inşasına başlanılan və 1990-cı ildə istifadəyə verilən İdman-Konsert Kompleksinin binasında indiyədək əsaslı təmir işləri aparılmamışdı. Kompleks əsas korpusdan və idmanın müxtəlif növləri üzrə məşqlər üçün ayrı-ayrı korpuslardan ibarətdir. Kompleksdə əsaslı təmir işlərinin layihəsinin hazırlanmasına və icrasına xarici şirkətlərlə yanaşı, yerli şirkətlər və mütəxəssislər də cəlb olunub. Layihəyə əsasən, binanın daxili kommunikasiya sistemlərinin yenidən qurulmasına, havalandırma sisteminin təmirinə, yumşaq dam örtüyünün izolyasiyasının, həmçinin yer döşəməsinin daha keyfiyyətli örtüklərlə əvəzlənməsinə, qapı, pəncərə və vitrajların yenilənməsinə, zalların döşəmələrində idman təyinatlı xüsusi örtüklərin dəyişdirilməsinə başlanılıb. Kompleksdə müasir yarış zalları, suvenir satışı mağazası, mətbuat işçiləri üçün xüsusi sahələr, VİP otaqlar, teleyayım mərkəzi, kafe-barlar və digər lazımi otaqlar yaradılacaq.
Məşq zalı ən müasir səviyyədə qurulur. Burada saunalar, masaj, püşkatma, dopinq-yoxlama, tibb, hakimlər üçün istirahət, beynəlxalq federasiyaların işçi otaqları, yarış mərkəzi, 40 nəfərlik iclas zalı, 250 yerlik yeməkxana, mətbəx və digər köməkçi otaqlar olacaq.
Ümumi sahəsi 55 min kvadratmetrə yaxın olan binada tamaşaçı yeri təmirdən əvvəl 7587 idisə, təmirdən sonra bu rəqəm 7682 olub. Burada, eyni zamanda, 142 VİP oturacaq quraşdırılacaq.
Əsaslı təmir işləri zamanı kompleksin beynəlxalq səviyyəli yarışların təşkilinə, o cümlədən birinci Avropa Oyunları zamanı tələblərə cavab verməsi və funksionallığının daha da artırılması üçün bir sıra tədbirlər görülüb. Heydər Əliyev adına İdman-Konsert Kompleksində əsaslı təmir işləri Avropa Olimpiya Komitəsi, Bakı Avropa Oyunları Əməliyyat Komitəsi və müvafiq beynəlxalq federasiyanın tələbləri nəzərə alınmaqla yüksək keyfiyyətlə aparılır. Kompleksdə 200 yerlik mətbuat mərkəzi, jurnalistlər üçün kafe, 40 nəfərlik konfrans otağı, 350 könüllü üçün zal və kafe də fəaliyyət göstərəcək.
Bunlarla yanaşı, kompleks təhlükəsizlik kameraları, 222 ən müasir projektor, genişzolaqlı internet, müasir akustika və səsgücləndirici sistemlər, avadanlığın davamlı işləməsini təmin edən transformator, UPS və generator ilə təchiz edilib. Beləliklə, burada yaradılan şərait bir daha təsdiqləyir ki, ilk Avropa Oyunlarının ən yüksək səviyyədə keçirilməsi üçün Azərbaycanda hərtərəfli imkanlar var.
Əsaslı təmir işləri zamanı binanın fasadı da tamamilə yenilənir. Fasad tac şəklində olmaqla xüsusi örtüklə üzlənmiş konstruksiyadan ibarətdir. Fasadın işıqlandırılması üçün müxtəlif rəngdə xüsusi lampaların və projektorların quraşdırılması nəzərdə tutulur.
Prezident İlham Əliyev və birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ətrafda aparılan abadlıq-quruculuq işləri ilə də tanış olublar, tapşırıq və tövsiyələrini veriblər.
Xəbər lenti
Hamısına baxElm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23

