Prezident İlham Əliyev Nərimanov rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub
30.12.2014 [09:07]
Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Nərimanov rayonunun Koroğlu Rəhimov küçəsində yeni salınan istirahət parkında yaradılan şəraitlə tanış olublar.
Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev parkın tikintisi ilə bağlı dövlətimizin başçısına məlumat verib.
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq əhalinin istirahətini təmin etmək və abadlıq-yaşıllıq işlərinin aparılması məqsədilə Nərimanov rayonu Koroğlu Rəhimov küçəsi 3a ünvanında hazırda son tamamlama işləri aparılan 7 mərtəbəli yaşayış binasının qarşısındakı ərazidə yeni istirahət parkı salınıb. Birinci mərhələdə akademik Həsən Əliyev, Əlövsət Əbdülrəhimov və Koroğlu Rəhimov ünvanlarındakı istismar müddəti başa çatmış yaşayış binalarının sakinləri müasir tipli yeni binalara köçürülüblər. Sökülən binaların yerində isə parkın birinci hissəsi salınaraq sakinlərin istifadəsinə verilib. Layihənin ikinci mərhələsində Fətəli xan Xoyski və Koroğlu Rəhimov küçələrində yerləşən 2 yaşayış binasının sakinləri Atatürk prospektində yeni inşa olunan binalara köçürülüblər. Koroğlu Rəhimov küçəsi 3a ünvanında yeni tikilən yaşayış binasının qarşısında sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün 3 hektardan artıq ərazidə ikinci park salınıb. Yeni salınan parkda sakinlərin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait var. Burada görülən işlər ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi olmaqla paytaxtımızın daha da gözəlləşməsinə xidmət edir. Bu, bir daha təsdiq edir ki, Bakıda aparılan quruculuq işləri çərçivəsində park və xiyabanların salınması diqqətdən kənarda qalmır.
Parkda abadlıq-quruculuq işləri yüksək zövqlə həyata keçirilib, geniş yaşıllıq tədbirləri görülüb. Parkın salınması zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb, istirahət məkanı orijinal elementlər və formalarla zənginləşdirilib. Parkın ərazisində müxtəlif fəvvarələr quraşdırılıb. Bu da istirahət məkanına əlavə gözəllik verir.
Dövlətimizin başçısının tapşırığı ilə Bakı şəhərində parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin və şəhərimizin qonaqlarının rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində son illərdə paytaxtda ardıcıl tədbirlər davam etdirilir. Yeni parkların və yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir. Nərimanov rayonu ərazisində yeni salınan bu park da Bakı şəhərinin simasının daha da gözəlləşməsi və paytaxt sakinlərinin istirahəti baxımından olduqca əhəmiyyətlidir.
Parkın altında ikimərtəbəli avtomobil dayanacağı da inşa edilib. Yeraltı dayanacağa enmək üçün iki lift və müasir eskalatorlar quraşdırılıb.
Dövlətimizin başçısı və xanımı burada yaradılan şəraitlə də tanış olublar. 650 avtomobil tutumuna malik yeraltı dayanacaq “Safe Life” şirkəti tərəfindən ən müasir texniki avadanlıqla təchiz olunub. 24 saat açıq olacaq yeraltı avtomobil dayanacağında təhlükəsizlik sistemlərindən olan su ilə avtomatik söndürmə, ünvanlı yanğın siqnalizasiya, havalandırma və tüstüsovurma, yanğın səsləndirmə və təxliyyənin idarə olunması, videonəzarət, park naviqasiya, park ödəmə sistemləri və istiqamət lövhələri qurulub. Bu sistemlərdə dünyanın qabaqcıl şirkətlərinin ən keyfiyyətli avadanlığından istifadə olunub. Yeraltı avtomobil dayanacağına, texniki və xidməti otaqlara vizual nəzarət etmək üçün videonəzarət sistemindən istifadə edilib. Sistem sayəsində dayanacaq ərazisinə və giriş-çıxışa tam nəzarət etmək, insan gözündən yayına biləcək vəziyyətlərə belə diqqət yetirmək mümkün olacaq. Yeraltı dayanacaqda avtomobillərin təhlükəsizliyi ən yüksək səviyyədə nəzərə alınıb.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31

