Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Milli Azərbaycan Tarixi Muzeyi ilə tanışlıq xoş təəssürat doğurub

Milli Azərbaycan Tarixi Muzeyi ilə tanışlıq xoş təəssürat doğurub

10.04.2009 [15:57]

Ukrayna Prezidenti Viktor Yuşşenkonun Azərbaycana rəsmi səfəri çərçivəsində xanımı Katerina Yuşşenko dünən Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində olub. Qonağa muzeyin tarixi barədə ətraflı məlumat verilib. Bildirilib ki, muzeyin yerləşdiyi və Bakının ən gözəl memarlıq abidələrindən olan bu bina 1895-1897-ci illərdə tikilib və Azərbaycan milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin mülkü olub. 1920-ci ildə binada yaradılmış muzeydə qədim dövrdən başlayaraq Azərbaycan tarixinin bütün mərhələlərinə dair qiymətli eksponatlar toplanıb. Azərbaycanın ərazisində mövcud olmuş Atropatena, Albaniya, Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər dövlətləri dövrünə aid maddi mədəniyyət nümunələri ölkəmizin qədim dövlətçilik ənənələrindən xəbər verir. Orta əsr Azərbaycan qadınlarına məxsus zinət əşyaları, məişətdə işlədilmiş əşyalar qonaqda böyük maraq doğurub. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı bildirib ki, 150-dən çox işçisi olan muzey həm də Milli Elmlər Akademiyasının strukturunda elmi tədqiqat və mədəni-maarif müəssisəsi funksiyasını yerinə yetirir. Muzeyin binası Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əsaslı təmir olunub və yeni görkəm alıb. Muzeydə 1918-ci il mart hadisələri zamanı Bakıda erməni daşnakları tərəfindən törədilmiş qırğınlarla bağlı eksponatlar, tarixi sənədlər xanım Katerina Yuşşenkonun xüsusi marağına səbəb olub. Bu hadisələr barədə ona ətraflı məlumat verilib. 300 mindən çox eksponatı olan muzeydə xalqımızın bir çox görkəmli şəxsiyyətlərinin təhsil almasına yardımçı olmuş Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətinə dair fotoşəkillər, tarixi sənədlər, ona məxsus qiymətli əşyalar da toplanıb. Ukrayna Prezidentinin xanımı Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyinin eksponatları ilə də tanış olub. Muzeylə tanışlıqdan xoş təəssürat alan xanım Yuşşenko Xatirə kitabına ürək sözlərini yazıb. Hörmətli qonağa muzeylə bağlı kitablar, albom və kompakt disk hədiyyə olunub. Xanım Katerina Yuşşenko muzeyə xatirə hədiyyəsi - “Ukrayna Milli İncəsənət Muzeyi” kitabını təqdim edib.

Paylaş:
Baxılıb: 1308 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

9 ayda 2,5 milyard manat

24 Oktyabr 11:10  

YAP xəbərləri

Analitik

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Sosial

121 yaşlı metropoliten...

24 Oktyabr 08:32  

Ədəbiyyat

Azadlıq şairi...

24 Oktyabr 08:15

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31