/ / Prezident İlham Əliyev Bakıdakı 229 nömrəli məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub
Prezident İlham Əliyev Bakıdakı 229 nömrəli məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub
07.09.2016 [09:57]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da Bakının Nizami rayonundakı 229 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısı məktəbin sinif otaqlarına, fənn kabinələrinə, akt və idman zallarına baxıb.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verib.
Bildirilib ki, bu məktəb binası 1964-cü ildə inşa olunub. O vaxtdan bəri burada heç vaxt belə əsaslı təmir aparılmayıb. Məktəbin binasında əsaslı təmir işləri dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən həyata keçirilib.
Təhsil ocağının həyətində bu məktəbin məzunu Milli Qəhrəman Yuri Kovalyovun barelyefi qoyulub. Məktəbin foyesində Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilə göstərdikləri qayğını əks etdirən fotolardan ibarət stend yaradılıb. Bu təhsil ocağının üçmərtəbəli binasında yaradılan şərait şagirdlərin biliklərin əsaslarına daha dolğun yiyələnmələrinə, müəllimlərin tədris prosesini müasir proqramlar əsasında aparmağa imkan verəcək. Tədrisin Azərbaycan və rus dillərində aparıldığı məktəbdə 964 şagird yeri var. Burada şagirdlərin təlim-tərbiyəsi ilə 101 müəllim məşğul olur. Məktəbin 43 sinif otağı var. Buradakı fənn kabinələri, laboratoriyalar və digər otaqlar zəruri dərs ləvazimatı ilə təchiz olunub. Məktəbdə şagirdlərin qidalanmaları üçün bufet də yaradılıb. Təhsil ocağının akt və idman zalları da müasir standartlar səviyyəsində qurulub.
Məktəbin şagirdləri və məzunları arasında Prezident təqaüdçüləri, müxtəlif bilik və idman olimpiadalarının, həmçinin yarışların qalibləri var. Təhsil ocağını bu il 70 məzun bitirib ki, onlardan da 54-ü ali məktəbə qəbul olunub. Onların 19 nəfəri 500-dən yuxarı bal toplayıb.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

