Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Ulu öndər Heydər Əliyev dağılmaqda, parçalanmaqda olan ölkəni yenidən qurdu

Ulu öndər Heydər Əliyev dağılmaqda, parçalanmaqda olan ölkəni yenidən qurdu

10.06.2009 [10:42]

Bugünkü inkişafımızla 16 il əvvəl düşdüyümüz xaos arasındakı fərqi görüncə anlayırıq və qəlbən qəbul edirik ki, həqiqətən də 15 iyun tarixi Azərbaycan xalqının Milli Qurtuluş Günüdür
15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Zaman ötdükcə, Azərbaycanı daha stabil və dinamik inkişaf edən ölkə kimi gördükcə, bu tarixi günün əhəmiyyətini bir daha başa düşürük. Məhz buna görə də həmin tarixi günün əhəmiyyəti, Azərbaycan xalqının həyatında oynadığı rolu bir daha yad etməklə, bu tarixi günü qiymətləndirmək olduqca vacib və maraqlıdır.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev:
- Hamıya çox yaxşı məlumdur ki, hakimiyyəti ələ keçirmiş AXC-Müsavat cütlüyü 1993-cü ildə ölkəni hansı vəziyyətə gətirib çıxarmışdı. Onların səriştəsizliyi sayəsində həyatımızın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda vəziyyət günü-gündən ağırlaşır, fərarilik halları getdikcə artırdı. Mərkəzləşdirilmiş komandanlığın yoxluğu isə cəbhədə itkilərə və ağır məğlubiyyətlərə səbəb olurdu.
Təbii ki, bu cür  hakimiyyət boşluğundan hər zaman yararlanmaq istəyənlər tapılır. Həmin vaxt hərəkətə keçən düşmənlərin əsas məqsədi isə Azərbaycanın müstəqilliyinə son qoymaq idi. Bu azmış kimi, ölkədə hakimiyyətə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında qızğın mübarizə də gedirdi.
Hakimiyyət strukturlarına, o cümlədən, silahlı birləşmələrə nəzarəti itirən o zamankı Azərbaycan iqtidarı 1993-cü ildə ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Bunun nəticəsində isə Azərbaycan bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsilə üzləşdi. Artıq ölkənin bir sıra regionlarında bəzi silahlı birliklər separatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər.
Bir sözlə, AXC-Müsavat cütlüyü yürütdüyü yarıtmaz siyasətlə Azərbaycanı uçurum kənarına atmışdı. Hamının gözləri isə Naxçıvana dikilmişdi...
Xalq öz xilaskarını gözləyirdi və ümummilli lider Heydər Əliyev 15 iyun 1993-cü ildə Bakıya gəldi. Ulu öndər gəlişi ilə Azərbaycanı və bütövlükdə xalqımızı təhlükəli məqamlardan xilas etdi. Dövlətə qarşı müxtəlif qruplar tərəfindən təşkil edilən qiyamlar yatırıldı və Azərbaycan inkişaf yoluna qədəm qoydu.
Bu gün ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı dünya birinciləri sırasına çıxarıb...
Beləliklə, bugünkü inkişafımızla 16 il əvvəl düşdüyümüz xaos arasındakı fərqi görüncə anlayırıq və qəlbən qəbul edirik ki, həqiqətən də 15 iyun tarixi Azərbaycan xalqının Milli Qurtuluş Günüdür.
YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva:
- Bütün bu hadisələrin canlı şahidi kimi deyə bilərəm ki, o zaman ölkədə vəziyyət həddindən artıq ağır idi. Bir tərəfdən ölkə daxilində sosial-iqtisadi böhran, digər tərəfdən isə Ermənistanın Azərbaycana təcavüzü cəmiyyətdə gələcəyə olan ümidi demək olar ki, tamamilə məhv etmişdi. Torpaqlarımızın işğal edildiyi, igid oğlanlarımızın şəhid olduğu bir vaxtda hakimiyyətdə olan “siyasətçilər” şəxsi maraqları naminə çirkin oyunlar planlaşdırırdılar. Onların qeyri-produktiv siyasətləri nəticəsində 1993-cü ildə Gəncədə qiyam başladı. Bütün şəhər döyüşlər nəticəsində viran qoyuldu. Digər tərəfdən, ölkənin cənubunda və şimalında xarici qüvvələrin təsiri ilə bir sıra qüvvələr mərkəzi hakimiyyətə qarşı hərəkətə keçmişdi. Bütün bunlar isə insanlarda bir pessimizm, qorxu yaradırdı...
Məhz həmin mürəkkəb dövrdə xalqımız haqlı olaraq düşünürdü ki, yalnız ümummilli lider Heydər Əliyev Azərbaycanı bu bəladan qurtara bilər. Ona görə də xalq ardıcıl olaraq mitinqlər keçirdi və Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini təkid etdi. Beləliklə də, 15 iyun 1993-cü ildə Naxçıvandan Bakıya gələn Ulu öndər Heydər Əliyev xalqın inamını özünə qaytardı...
ümummilli lider Heydər Əliyev və xalq birliyi sonrakı illərdə də öz sözünü dedi və Azərbaycan inkişaf edərək regionda söz sahibinə çevrildi. Bu gün də xalq-iqtidar birliyi dövlətimiz üçün töhfəsini verməkdədir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu layiqincə və uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı qlobal əhəmiyyətli dövlətə çevirib...
Bu gün özünü müxalifət adlandırıb, qrantlar hesabına yaşayanların isə danışmağa, ən azından, mənəvi haqları çatmır. çünki, onlar Azərbaycanı parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdular...
YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev:
- Müstəqillik, suverenlik və azad iradə uzun illər mübarizə nəticəsində dünya xalqlarının əldə etdiyi ən yüksək nailiyyətdir. Onun qazanılması nə qədər çətindirsə, qorunub saxlanılması bir o dərəcədə məsuliyyətli işdir...
Amma 1991-ci ildə müstəqillik əldə etmiş Azərbaycan xalqı səriştəsiz siyasətçilərin ucbatından 2 il sonra bu azadlığı itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. 1992-ci ildə zor gücünə hakimiyyəti ələ keçirən AXC-Müsavat tandemi ümumxalq maraqlarını şəxsi və qrup maraqlarına qurban vermişdi. Kreslo, vəzifə uğrunda aparılan mübarizə sonda silahlı qruplaşmalar arasında toqquşmalarla müşahidə olunmağa başlanmışdı. Bir sözlə, ölkədə xaos hökm sürürdü. Bununla yanaşı, həmin ərəfədə Ermənistan havadarlarının köməyilə Azərbaycanın torpaqlarını işğal edirdi. ölkədəki qeyri-siyasi sabitlik isə diqqəti Azərbaycanın əzəli torpağı - Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalının qarşısını almağa imkan yaratmırdı...Yəni, Dağlıq Qarabağda düşmənlə üz-üzə dayanmalı olan ordu hissələri, texnika və .s. Bakıda siyasi hakimiyyəti ələ keçirmək üçün kimlərinsə maraqları naminə paytaxta doğru hərəkət edirdi. Təbii ki, belə bir şəraitdə hakimiyyətdə olan insanlar dövlətin ərazi bütövlüyünü qorumalı, orduda mərkəzləşdirmə işləri aparmalı idilər. çox təəssüf ki, bu işlər görülmədi və Azərbaycan Ermənistanın təcavüz siyasətinin qurbanına çevrildi...
Bütün bunlar azmış kimi, AXC-Müsavat tandemi ordunun özündə narazılıqlar yaratmışdı. Bu isə sonda vətəndaş qırğınına gətirib çıxarmışdı. 1993-cü ilin 4 iyun hadisələri ölkənin varlığını sual altına almışdı. Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ilin 15 iyununda hakimiyyətə gəlməsindən sonra isə Azərbaycan məhv olmaq təhlükəsindən qurtardı.
Onu da qeyd etmək yerinə düşər ki, AXC-Müsavat cütlüyünün “yürütdüyü siyasət” nəticəsində cəmiyyətdə ideoloji boşluq da yaranmışdı. Bundan istifadə edən xarici qüvvələr isə Azərbaycanı parçalamaq üçün çox təhlükəli oyunlara start vermişdilər. Cənubda və şimalda Azərbaycan xalqının bir parçası olan digər millətlərin nümayəndələri aldadılaraq separatizmə sürükləndirilirdi. Ulu öndərin hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq təhlükəsindən də xilas etdi. Xalq ümummilli lider Heydər Əliyevin ortaya qoyduğu vahid Azərbaycan və Azərbaycançılıq ideologiyası ətrafında birləşdi.
Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə regionda və dünyada gedən siyasi proseslərin aktiv iştirakçısına çevrilib. ölkəmiz, islahatçı dövlət kimi dünya birinciləri sırasında yer alıb.
Bütün bunlar, əlbəttə, 15 iyun 1993-cü ildəki tarixi qayıdışdan başlayıb. Bu səbəbdən də, xalqımız hər il 15 iyun tarixini Milli Qurtuluş Günü kimi qeyd edir.
Ramil VƏLİBƏYOV


Paylaş:
Baxılıb: 1200 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

9 ayda 2,5 milyard manat

24 Oktyabr 11:10  

YAP xəbərləri

Analitik

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Sosial

121 yaşlı metropoliten...

24 Oktyabr 08:32  

Ədəbiyyat

Azadlıq şairi...

24 Oktyabr 08:15

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31