Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də görülən işlərlə tanış olub
27.12.2016 [10:24]
Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də görülən işlərlə tanış olub, Fəvvarələr Meydanı parkı, ictimai parkinq və piyada keçidi kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.
“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov və “Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlətimizin başçısına ötən müddətdə görülən işlər barədə məlumat veriblər.
Dövlətimizin başçısı və xanımı Yaşıl Ada kvartalının artıq məskunlaşdırılan ilk məhəllələri ilə tanış olublar.
Prezident İlham Əliyevə xüsusi detallarla bəzədilən, klassik üslublu “Paris evləri”nin məhəllələrində aparılan abadlıq və yaşıllıq, infrastruktur-kommunikasiya işləri barədə ətraflı məlumat verilib.
Sonra Prezident İlham Əliyevə 2-ci Yaşıl Ada küçəsində aparılan işlər barədə məlumat verilib. Buradakı binaların üzərində xüsusi dizaynlı ad lövhələri, klassik üslublu saat, küçələrin adlarının piyada yollarında qeyd edilməsi, binaların vitrinlərinin “Ağ Şəhər” haqda məlumat plakatları ilə bəzədilməsi, müxtəlif növ ağaclar və həmçinin Yaşıl Ada Evlər zonasına giriş binası diqqəti xüsusilə cəlb edir. Yollarda piyadalar, əlillər və xüsusi qayğıya ehtiyacı olanlar üçün də müvafiq şərait yaradılıb. Avtomobillər üçün xüsusi dayanacaq yerlərinin olması piyadaların təhlükəsiz və sərbəst gediş-gəlişinə imkan verir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Yaşıl Ada kvartalı çərçivəsində salınan yeni yaşıllıq məkanı ilə də tanış olublar.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı Ağ Şəhər” ərazisində tikinti işlərinin gedişi ilə tanış olmaq üçün avtobusla gəzintiyə çıxıblar.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı Ağ Şəhər” çərçivəsində layihələndirilən Fəvvarələr Meydanı parkı, piyada keçidi və ictimai parkinq kompleksinin təməlini qoyublar.
Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva burada ağac əkiblər.
Təməli beş il əvvəl qoyulan “Bakı Ağ Şəhər”də ötən müddətdə böyük həcmdə işlər görülüb və tikinti-quraşdırma tədbirləri davam edir, dünyadakı müasir şəhərsalma tendensiyasını maksimum ehtiva edən və bitkinliyi ilə seçilən “Bakı Ağ Şəhər” meqalayihəsi uğurla reallaşdırılır.
Təməlqoyma mərasimindən sonra xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40

