İndi Azərbaycan dünyanın nüfuzlu idman mərkəzlərindən biridir
01.08.2009 [10:13]
Dünən dövlətimizin başçısı İlham Əliyevin Milli Olimpiya Komitəsinə prezident seçilməsinin 12 ili tamam olub. Bu müddətdə məhz dövlətimizin başçısının idmana və Olimpiya hərəkatına yüksək diqqət və qayğısı nəticəsində Azərbaycan dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilib.
Azərbaycanda bütün sahələrdə olduğu kimi, idman sahəsində də baş verən müsbət dəyişikliklər, sürətli inkişaf göz qabağındadır. Son illər Azərbaycanın idman sahəsindəki inkişafı Pekin Olimpiya Oyunlarında real şəkildə özünü göstərib. ümumilikdə qazanılan 7 medalla Azərbaycan bu Olimpiadada dünyanın 200-dən çox ölkəsi arasında 38-ci yeri tutub. Olimpiya Oyunlarında belə nəticə heç şübhəsiz dövlətin idman sahəsinə diqqət və qayğısının bariz nümunəsidir.
Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinə rəhbər seçiləndən sonra başlanan inkişaf həm Azərbaycanda idmanın maddi-texniki bazasının möhkəmlənməsinə, həm də idmançıların daha peşəkar səviyyədə hazırlanmasına gətirib çıxarıb. Təsadüfi deyildir ki, ölkəmizin hər bir bölgəsində olimpiya idman kompleksləri, sağlamlıq mərkəzləri tikilib istifadəyə verilib. Dövlət başçısının şəxsən iştirakı ilə təkcə 2008-ci ildə 8 yeni olimpiya idman kompleksinin açılışı olub. Hazırda müxtəlif rayonlarda 19 belə kompleks inşa olunmaqdadır. Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanın regionlarına səfərləri zamanı yeni-yeni olimpiya komplekslərinin açılışında, bəzilərinin isə təməlqoyma mərasimində iştirak etməsi “Pekin-2008”-dən sonra bu sahəyə göstərilən qayğının daha da artmasından xəbər verir.
Prezident İlham Əliyev Balakəndə, Oğuzda, Biləsuvarda, Salyanda, Qusarda, Kürdəmirdə istifadəyə verilən yeni olimpiya idman komplekslərinin açılışı zamanı bu obyektlərin dünya standartları səviyəsində inşa edildiyini bildirib. Komplekslərdə idmanın bütün növləri ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb. Bu komplekslərdə mehmanxanaların, istirahət mərkəzlərinin olması onların turizmin inkişafında da mühüm rol oynadığını göstərir. ölkəmizin Prezidenti, həmçinin Qaxda, Qəbələdə və digər bölgələrdə tikilən olimpiya idman komplekslərinin təməlqoyma mərasimində də iştirak edib, bu cür obyektlərin gələcəkdə bütün respublikada açılması istiqamətində lazımi işlərin görüləcəyini vurğulayıb.
Bir sözlə, Azərbaycan sürətlə dünyanın nəhəng idman mərkəzlərindən birinə çevrilməkdədir. Bu məsələ dövlətimizin başçısının daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin idmanı sevməsi, idmançılara yüksək diqqət və qayğı göstərməsi, yeni olimpiya komplekslərinin və idman bazalarının tikilməsi barədə göstərişlər verməsi gələcəkdə Azərbaycanın beynəlxalq olimpiya ailəsində ən yüksək yerlərdən birini tutmasına kömək edəcək.
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25

