Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan-Çexiya ikitərəfli münasibətləri müxtəlif sahələrdə uğurla inkişaf edir

Azərbaycan-Çexiya ikitərəfli münasibətləri müxtəlif sahələrdə uğurla inkişaf edir

02.10.2009 [15:21]

Prezident İlham Əliyev çexiyanın Baş nazirinin müavini, müdafiə naziri Martin Bartakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən çexiyanın Baş nazirinin müavini, müdafiə naziri Martin Bartakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan-çexiya ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev çexiyadan mütəmadi olaraq müxtəlif səviyyəli nümayəndə heyətlərinin ölkəmizə səfərlərini əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib. Dövlətimizin başçısı bu il çexiyaya səfərini xatırladıb və ölkələrimiz arasında intensiv dialoqun aparılmasının əhəmiyyətini qeyd edib. Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, çexiyanın Baş nazirinin müavini, müdafiə nazirinin ölkəmizə bu səfəri də Azərbaycan ilə çexiya arasında münasibətlərin daha da möhkəmlənməsi işinə xidmət edəcək.
ölkələrimiz arasında əlaqələrin daha sıx xarakter aldığını müsbət hal kimi qiymətləndirən Martin Bartak deyib ki, biz bu regionda Azərbaycana çox sabit bir ölkə kimi baxırıq. Qonaq ölkəsinin Azərbaycan ilə münasibətlərə böyük önəm verdiyini vurğulayıb və ümid etdiyini bildirib ki, digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığımız daha da genişlənəcək.


Paylaş:
Baxılıb: 1056 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31