Azərbaycan və Qazaxıstan energetika sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəlib
03.10.2009 [12:16]
Dünən Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin təkbətək görüşü olub.
Görüşdə dövlət başçıları ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə ediblər. Yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb və bu səfərin də əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyi bildirilib.
Qazaxıstan Prezidenti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətlərindən danışarkən deyib ki, Heydər Əliyev Azərbaycanı sabit inkişaf yoluna çıxardı. Siz isə yeni və müasir Azərbaycan yaratdınız.
Nursultan Nazarbayev Bakı şəhərində gedən sürətli yeniləşməyə toxunaraq bildirib ki, indi Azərbaycan paytaxtı ənənələri və müasirliyi özündə birləşdirən Avropa şəhərinə çevrilib.
Dövlət başçıları ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub. “Sumqayıt şəhəri (Azərbaycan Respublikası) və Aktau şəhəri (Qazaxıstan Respublikası) arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması haqqında Birgə Bəyannamə”ni Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev və Aktau şəhərinin akimi Salimgerey Bakbergenov, “Qazaxıstanın karbohidrogen yataqlarının işlənməsi zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz infrastrukturunun obyektlərinin birgə istifadəsi haqqında Memorandum”u, “Transxəzər layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın işlənib hazırlanması ilə əlaqədar birgə fəaliyyət haqqında Müqavilə”ni, “Kazmunayqaz” Milli Şirkəti Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Bakı-Qara dəniz neft kəməri üzrə əməkdaşlığa dair Niyyət Memorandumu”nu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və “Kazmunayqaz” Milli Şirkəti Səhmdar Cəmiyyətinin sədri Kairgeldi Kabılin, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Qazaxıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş”i və “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov və Qazaxıstanın kənd təsərrüfatı naziri Akılbek Kurişbayev, “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında 1992-1993-cü illər ərzində müxbir hesabları üzrə hesablaşmalara keçidə kimi və ondan sonra ticarət-iqtisadi münasibətlər nəticəsində yaranmış borcun ödənilməsi haqqında Saziş”i Azərbaycanın maliyyə naziri Samir Şərifov və Qazaxıstanın maliyyə naziri Bolat Jamişev, “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Qazaxıstanın dövlət katibi - xarici işlər naziri Kanat Saudabayev imzalayıblar.
Sənədlərin imzalanması mərasimindən sonra prezidentlər İlham Əliyev və Nursultan Nazarbayev mətbuat üçün bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan dövlətinin başçısını Azərbaycan dilində salamlayaraq deyib ki, Azərbaycanla Qazaxıstanın münasibətlərinin əhatə dairəsi çox genişdir: “O, inkişaf edir, çox sahələri əhatə edir və bizim bütün istiqamətlər üzrə fəxr etməyə haqqımız vardır. Siyasi münasibətlər çox yüksək səviyyədədir. İqtisadi böhrana və əmtəə dövriyyəsinin səviyyəsinin müəyyən qədər azalmasına baxmayaraq, əvvəlki illərin təcrübəsi göstərir ki, iqtisadi əlaqələr dinamik inkişaf etmişdir və mən əminəm ki, bu müvəqqəti azalma yaxın vaxtlarda aradan qaldırılacaqdır. Xüsusən ona görə ki, bizim nəzərdə tutduğumuz və bu gün imzalanmış sənədlərdə öz əksini tapmış layihələr, ilk növbədə energetika sahəsində layihələr nəzərə alınmaqla əminəm ki, ölkələrimiz arasında qarşılıqlı ticarətin səviyyəsi yaxın vaxtlarda əhəmiyyətli dərəcədə artacaqdır. Energetika sahəsində biz müttəfiqlərik, Xəzərdə qonşuyuq və bu sahədə münasibətlərin inkişaf etdirilməsi üçün gözəl potensial imkanlar vardır. Mən əminəm ki, bu gün imzalanmış sənədlər böyük yolun yalnız başlanğıcıdır. Hərçənd, deməliyəm ki, elə bu gün də yaxşı nəticələrimiz vardır. Qazaxıstan nefti bizim ölkəmizin ərazisindən müxtəlif yollarla - həm dəmir yolu, həm də Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə dünya bazarlarına nəql edilir. Gələcəkdə yeni boru kəmərlərinin, Azərbaycanın digər nəqliyyat imkanlarının işə salınması ölkələrimiz arasında daha artıq inteqrasiyaya gətirib çıxaracaqdır”.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan dövlətinin başçısını qazax dilində salamlayaraq deyib ki, iki ölkə energetika sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəlib: “Azərbaycanın neft-qaz infrastrukturundan istifadə edilməsinə, ölkələrimiz arasında nəqliyyat kommunikasiyalarına, neftin emal edilməsi üzrə birgə iş və kadrların hazırlanması sahəsində təcrübə mübadiləsinə, araşdırmalara, gələcək hasilata və nəqletməyə dair sənədlər imzalanmışdır. Bunlar bizim əməkdaşlığımızın, necə deyərlər, əsas hissəsidir. Bundan əlavə, biz kənd təsərrüfatında - həm baytarlıq sahəsində, həm də qarşılıqlı malgöndərmələr üzrə əməkdaşlıq haqqında razılıq əldə etmişik. Qazaxıstan ərzaq taxılı satmaqda maraqlıdır. Biz ölkəmizin Xəzəryanı regionlarının faraş tərəvəz və meyvə ilə təchiz olunmasında maraqlıyıq. Biz hərbi-siyasi əməkdaşlıqda, dənizçi kadrların Azərbaycan məktəblərində təhsil almasında və əlbəttə, mədəni-humanitar əlaqələrdə maraqlıyıq. Hər halda Qazaxıstan vətəndaşları olan 100 mindən çox azərbaycanlı bizim ölkədə yaşayır, işləyir, öz həyatlarından razıdırlar. Bu, ölkələrimiz arasında əməkdaşlıq üçün bir körpüdür. Dünya siyasəti məsələlərində Qazaxıstan və Azərbaycan həmişə vahid mövqedən çıxış edir. Biz Birləşmiş Millətlər Təşkilatının mövqeyinin möhkəmlənməsinə, beynəlxalq qanunvericiliyə riayət edilməsinə tərəfdarıq. Biz terrorizmin, ekstremizmin hər hansı təzahürlərinə qarşı mübarizədə əməkdaşlıq edirik”.
Dünən Azərbaycan Prezidenti İlham Əliyevin adından Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin şərəfinə rəsmi nahar verilib. Dövlət başçıları naharda çıxış ediblər.
Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan Prezidenti Nursultan Nazarbayev türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşündə iştirak etmək üçün dünən Bakıdan Naxçıvana yola düşüb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32

