90 yaşın mübarək!
31.10.2009 [11:31]
Hər bir xalqın inkişaf edib təşəkkül tapmasında, milli özünüdərkin formalaşmasında, dünya arenasına çıxıb söz sahibi olmasında ali təhsil mərkəzlərinin müstəsna xidmətləri var. Ali məktəblərimizin flaqmanı olan Bakı Dövlət Universiteti (BDU) də Azərbaycan elm və təhsilinin inkişafında, qazandığı uğurlarda hər zaman öz dəst-xətti ilə seçilib. BDU Azərbaycan xalqının tərəqqisində, dünya elm və təhsil sistemində layiqli yer tutmasında mühüm rol oynayıb, öz elmi nailiyyətləri ilə xalqımızı, dövlətimizi, mədəniyyətimizi bütün dünyada layiqincə təmsil edən yüzlərlə tanınmış alim, mədəniyyət xadimi, siyasi və dövlət xadimləri yetirib. Düz 90 il bundan əvvəl - 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində xalqımızın tərəqqipərvər ziyalılarının - Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Həmid bəy Şahtaxtinskinin, Əhməd bəy Ağayevin və digərlərinin inadlı, gərgin əməyindən sonra Bakı Dövlət Universitetinin təsis edilməsi haqqında tarixi qərar qəbul olunub. Universitetin ilk rektoru olmuş V.İ.Razumovski həmin hadisəni belə dəyərləndirmişdi: “Azərbaycan xalqının tarixində mühüm hadisə baş verdi. Şərqlə Qərbin qovşağında bir məşəl yandı”.
Xalq Cümhuriyyətinin yaratdığı bir çox qurumlar tarixin sınaqlarından keçə bilməsə də, Bakı Dövlət Universiteti bütün sınaqlardan çıxıb, uzun bir dövr ərzində xalqın milli-mədəni məfkurəsinin formalaşmasında mühüm rol oynayıb. BDU-nun yaradılması haqsızlıq ucbatından uzun müddət müstəqilliyini və dövlətçiliyini itirməyə məcbur olmuş xalqımıza hava və su kimi lazim idi. Ona görə ki, bu məbədgahın milli ruhun qorunub saxlanılmasında, Azərbaycan xalqında özünüdərk meyillərinin oyadılmasında, xalqın öz milli təhsil sisteminin və mənəvi tərbiyə formalarının yaradılmasında yardımçı olması çox lazımlı idi. Qarşılaşdığı çətin situasiyalardan üzüağ çıxmağı bacaran Bakı Dövlət Universiteti təkcə milli və ictimai tərəqqimiz üçün lazım olmayıb, həm də mənəvi qida rolunu oynayıb.
Dünyanın bir çox qədim tarixə və böyük təcrübəyə, elmi potensiala malik universitetləri ilə müqayisədə BDU çox cavan olsa da, şərəfli həyat yolu keçib. Əgər 1919-cu ildə Bakı Dövlət Universiteti öz fəaliyyətinə 2 fakültə və 1094 tələbə ilə başlamışdısa, hazırda universitetdə 16 fakültə fəaliyyət göstərir və bu fakültələrdə müxtəlif təhsil istiqamətlərində bakalavr pilləsində 55 ixtisas, magistratura pilləsində isə 153 ixtisas üzrə 18 mindən çox tələbə təhsil alır. Yaranarkən cəmi 44 əməkdaşla fəaliyyətə başlayan bu təhsil mərkəzi illər ərzində zəngin tarixi yol qət edib və daim inkişafda olub. Elə bunun nəticəsidir ki, hazırda bu ali ocaqda 1300-dən çox professor-müəllim çalışır. Bu gün universitetin 130-dan çox kafedrasında 300-ə yaxın elmlər doktoru, professor, 800-dən çox elmlər namizədi, dosent fəaliyyət göstərir.
Bakı Dövlət Universitetinin 16 fakültəsinin 125 kafedrasında, Tətbiqi riyaziyyat və Fizika problemləri elmi-tədqiqat institutlarında, 4 elmi-tədqiqat mərkəzində və 20 elmi-tədqiqat laboratoriyasında elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi xarakterli tədqiqatlar aparılır.
Bakı Dövlət Universitetinin kollektivi xalqımızın müasir tarixinin ən məsuliyyətli mərhələlərinin həll olunduğu məqamlarda əsl vətəndaş, dövlətçiliyimizə qarant ola biləcək gənclər yetişdirərək, ən sərt sınaqlarda milli dövlətçiliyimizin qorunub saxlanmasında öz sözünü deyib. Təsadüfi deyil ki, bu ali təhsil mərkəzi ümummilli lider Heydər Əliyev siyasi kursunun dəstəkçisi, Onun xaos və təhlükələrdən xilas edərək qoruyub saxladığı müstəqil Azərbaycan dövlətinin sosial dayağıdır. Ulu öndər Heydər Əliyev kimi fenomenal şəxsiyyət məhz Bakı Dövlət Universitetinin məzunu olub və həyatının bütün dövrlərində bu təhsil ocağından öz qayğıkeşliyini əsirgəməyib. “Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir” - söyləyən ümummilli lider deyirdi ki, Azərbaycanın keçmişini, mədəniyyətini, elm və iqtisadiyyatını, bütövlükdə müasir Azərbaycan cəmiyyətini bu elm məbədgahından ayrı təsəvvür etmək çətindir. Ona görə də, Azərbaycanın intibahını bu təhsil mərkəzində axtarır və BDU-da yeni nəsil yetişdirmək məqsədilə şəraitin olması üçün əlindən gələni edirdi.
ümummilli lider Heydər Əliyev xalqın milli sərvəti adlandırdığı Bakı Dövlət Universitetinə istər Azərbaycana rəhbərliyinin birinci dövründə, yəni 1969-cu ildən 1982-ci ilə qədərki fəaliyyətində, istərsə də müstəqillik illərində əsl rəhbər münasibəti göstərib. BDU ona göstərilən etimadı qorumaq üçün hər zaman bütün var-qüvvəsini ortaya qoyub. Bir məsələni də qeyd etmək zəruridir ki, Ulu öndər Heydər Əliyev BDU-nun yubileylərinin keçirilməsinə çox böyük önəm verir, bunu həyatının vacib hadisəsi hesab edirdi. Təhsil ocağının 75 illik yubiley şənliyində iftixarla söyləyirdi: “Bakı Dövlət Universitetinin 50 illik yubileyinin də, 60 illik yubileyinin də iştirakçısı olmuşam. İndi universitetin 75 illik yubileyinin iştirakçısıyam”.
BDU-nun 50 illik yubileyində öz məruzəsini doğma Azərbaycan dilində edən Heydər Əliyev universitetdə milli ruhun oyanışına çox böyük təsir göstərmişdi.
Bakı Dövlət Universitetinin inkişafının yeni mərhələsi bilavasitə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin yeni tədris korpusunun tikintisinə xüsusi qayğı göstərib. Məhz dövlət başçısının göstərişi ilə tikinti işləri üçün lazımi vəsait ayrılıb. Bu qayğı binanın tez bir zamanda istifadəyə verilməsinə şərait yaradıb. Yeni tədris korpusu texniki avadanlıqlar və tədris ləvazimatları ilə təchiz edilib.
Yeni tədris korpusu 300 otaqdan ibarət olmaqla ümumi ərazinin, təxminən üçdə biri qədər sahəni tutur. Onmərtəbəli müasir tipli yeni tədris korpusu 4000 tələbənin, 3 fakültənin (tarix, mexanika-riyaziyyat, tətbiqi riyaziyyat və kibernetika) ixtiyarına verilib. Burada poliklinika, yeməkxana, 300 nəfərlik konfrans zalı, “Rus dünyası” araşdırmalar mərkəzi və digər strukturlar yerləşdirilib. Bütün auditoriyalar müasir səviyyədə təchiz edilmiş, İNTERNET və İNTRANET sistemlərinə qoşulub.
Yeni tədris korpusu 2008-ci il sentyabrın 15-də istifadəyə verildi. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etməsi və geniş nitq söyləməsi universitet kollektivinin həyatında əlamətdar hadisəyə çevrildi. Prezident İlham Əliyev nitqində universitetin ölkəmizin elm və təhsilində oynadığı rola xüsusi diqqət çəkdi, professor-müəllim heyətinin əməyini yüksək qiymətləndirdi, dövlətin universitetə göstərdiyi xüsusi qayğını vurğuladı. Dövlət başçısı, həmçinin, qarşıda duran vəzifələrdən danışdı, böyük strateji niyyətləri, xüsusən təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılmasını, xarici ölkələrlə əlaqələrin genişləndirilməsini, yeni təcrübənin öyrənilməsi və tətbiq edilməsini, azərbaycanlı gənclərin qabaqcıl universitetlərə təhsil almaq üçün göndərilməsini qarşıya məqsəd qoydu. Prezident İlham Əliyevin nitqi universitet kollektivi tərəfindən yüksək ruh yüksəkliyi ilə qarşılandı, daha yaxşı işləməyə və təhsil almağa stimul verdi.
Universitetin çiçəklənməsində, dünya universitetləri ilə bir sırada dayanmasında dövlət qayğısı ilə yanaşı, bu qayğını dəyərləndirən universitet kollektivi və ali təhsil mərkəzinə rəhbərlik edən şəxslərin də xüsusi əməyi olub. BDU ona rəhbərlik edən hər bir şəxsin dövründə müəyyən irəliləyişlərə və elmi uğurlara imza atıb. Həmin ənənə bu gün də davam etdirilir. Dövlətimizin, xalqımızın tərəqqisi naminə layiqli insanlar, mütəxəssislər, əsl vətəndaşlar yetişdirmək üçün səylərini əsirgəməyən universitet rəhbərliyi tələbələrin yüksək səviyyəli təhsil alması üçün bütün vacib məsələləri diqqətdən qaçırmır. Hər səhər dövlət himnimizin sədaları altında başlanan yeni dərs gününün tərbiyəvi əhəmiyyətini anlayan rəhbərlik, bunun böyük mənası olduğunun fərqinə varır. BDU kollektivi bilir ki, təhsil işçiləri qarşısında qoyulan tələbləri həyata keçirərək gəncləri hər şeydən öncə bir vətəndaş kimi yetişdirmək onların ilk vəzifələrindəndir.
BDU-ya yüksək balla qəbul olan tələbələrin sayı ildən-ilə artır. Prezident tərəfindən təhsildə yüksək göstəricilər əldə edən tələbələr üçün təsis edilmiş “Prezident təqaüdçüsü” adına layiq görülən I kurs tələbələrinin dörddə birinin BDU- nun payına düşməsi də təsadüfi deyil.
Bütün sadalanan amillər və üzərində dayanmadığımız digər göstəricilər aşkar sübut edir ki, BDU bu gün özünün davamlı yüksəliş dövrünü yaşayır. Biz bir daha yubiley münasibətilə bütün BDU kollektivini təbrik edir, şərəfli fəaliyyətlərində uğurlarının davamlı olmasını arzu edirik.
Pərvanə İbrahimova,
Anzulə Əmirova
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47

