/ / Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyətini qəbul edib
23.07.2019 [09:49]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Taonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Çinə son səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşü zamanı münasibətlərimizin gələcək inkişafı ilə bağlı səmərəli danışıqların aparıldığını qeyd edib və bu səfər zamanı 10 mühüm sənədin imzalanmasının və Çinin aparıcı şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmli olduğunu deyib. Prezident İlham Əliyev bu yaxınlarda Çinin Sian şəhərindən Azərbaycana yük qatarının gəlməsini əməkdaşlığımızın iqtisadi, nəqliyyat sahələrində yaxşı perspektivlərə malik olmasının göstəricisi kimi dəyərləndirib. Dövlətimizin başçısı münasibətlərimizin inkişafında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin rolunu qeyd edərək Çinin Xarici İşlər nazirinin bu il ölkəmizə səfərinin əlaqələrimizin yaxşı göstəricisi olduğunu deyib.
Xoş sözlərə görə minnətdarlığını bildirən Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Tao, ilk növbədə, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını dövlətimizin başçısına çatdırıb. Sun Tao qeyd edib ki, Çin Xalq Respublikası Sədrinin və Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən əlaqələrimiz uğurla inkişaf edir. Qonaq qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti nəticəsində ölkəmizdə bütün sahələrdə ciddi uğurlar qazanılıb.
Sun Tao bu ilin aprelində Pekində keçirilən “Bir kəmər, bir yol” beynəlxalq forumunda Prezident İlham Əliyevin iştirakının önəmini qeyd edib. O, bu səfər zamanı Çin Xalq Respublikasının Sədri ilə Azərbaycan Prezidenti arasında əlaqələrimizin genişləndirilməsi ilə bağlı mühüm razılaşmaların əldə edilməsinin əhəmiyyətini vurğulayıb.
Dövlətimizin başçısı Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Çin Xalq Respublikasının Sədrinə çatdırmağı xahiş edib.
Görüşdə iki ölkənin hakim partiyaları arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub və bu çərçivədə gənclərin, elm adamlarının və ictimai xadimlərin səfər mübadilələrinin həyata keçirilməsinin vacibliyi qeyd edilib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

