Prezident İlham Əliyev Ağdaş və Göyçay rayonlarında səfərdə olub
13.02.2010 [09:21]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Ağdaş rayonuna gəlib. Dövlətimizin başçısı Ağdaş şəhərinin mərkəzindəki Heydər Əliyev adına istirahət parkında Ulu öndərin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyev parkda aparılmış yenidənqurma və abadlıq işləri ilə tanış olub. Məlumat verilib ki, ümumi sahəsi 6 hektar olan parkda əsaslı bərpa və yenidənqurma işləri aparılıb, iki fəvvarə quraşdırılıb, yaşıllıq zolaqları salınıb, ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan ideoloji mərkəzin binası tikilib.
Dünən Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş Habil Əliyev adına Ağdaş Şəhər Musiqi Məktəbində yaradılmış şəraitlə tanış olub. Dövlətimizin başçısı məktəbin qarşısında Azərbaycan muğam üçlüyünün heykəllərinə baxıb. Məlumat verilib ki, tikintisinə 2008-ci ilin martında başlanmış musiqi məktəbinin binası ötən ilin iyununda istifadəyə verilib. Ağdaş şəhərinin mərkəzində 5500 kvadratmetr sahədə tikilmiş məktəbdə 36 sinif otağı, 200 yerlik konsert zalı və muzey var. Məktəb lazımi inventar və avadanlıqla təmin olunub, ətrafı abadlaşdırılıb və yaşıllıq zolaqları salınıb. Məktəbin ayrıca havalandırma sistemləri və transformator stansiyası var. Xalq artisti Habil Əliyevə həsr olunmuş muzeyə baxan dövlətimizin başçısı burada kamança ustadı ilə söhbət edib. Prezident İlham Əliyev dərs otaqlarında və konsert salonunda uşaqların ifasını dinləyib.
Azərbaycan Prezidenti İlham Əliyev Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi çərçivəsində ilkin suyun verilməsini bildirən rəmzi açılış mərasimində də iştirak edib.
Dövlətimizin başçısına məlumat verilib ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Ağdaş şəhərinin su təchizatı probleminin həlli məsələsi Asiya İnkişaf Bankının “Azərbaycan Respublikasında kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə daxil edilib. Asiya İnkişaf Bankının və Böyük Britaniyanın “Skott Vilson” şirkətinin mütəxəssisləri tərəfindən Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün 2002-2003-cü illərdə texniki-iqtisadi əsaslandırma işləri aparılıb. Qəbul edilmiş texniki-iqtisadi əsaslandırmaya əsasən Qolqəti kəndinin ərazisində 5 artezian quyusu qazılaraq, içməli su burada inşa ediləcək anbarlara vurulacaq. Anbarlarda xlorlanmış suyu nasos stansiyası iki xətlə şəhərə nəql edəcək. Eyni zamanda, layihəyə əsasən şəhərin su və kanalizasiya sistemi yenidən qurulacaq. Qaradağlı kəndi ərazisində çirkab sularını təmizləyən qurğu inşa ediləcək. Texniki-iqtisadi əsaslandırmaya görə bu iş üçün xərclərin 75 faizini Asiya İnkişaf Bankı, qalan 25 faizini isə Azərbaycan Hökuməti kredit şəklində ödəyəcək. Əhalini yüksək keyfiyyətli içməli su ilə təmin edəcək layihənin 24 ay ərzində reallaşdırılması nəzərdə tutulur.
Qeyd olunub ki, bu günə qədər layihə çərçivəsində 3 artezian quyusu qazılıb, suqəbuledici qurğu, nasos stansiyası, 2 min kubmetrlik su anbarı və xlorlaşdırma binası inşa edilib, 2600 metr magistral boru xətti çəkilib, həmçinin, su-kanal idarəsinin inzibati binasının və istehsal bazasının tikintisi başa çatdırılıb. Layihənin birinci mərhələsinin başa çatdırılması nəticəsində 35 min adam içməli su ilə təmin ediləcək.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən düyməni basıb, mərasim iştirakçılarını təbrik edib.
Akademik Bəkir Nəbiyev diqqət və qayğıya görə ağdaşlıların minnətdarlığını dövlətimizin başçısına çatdırıb.
Azərbaycan Prezidenti İlham Əliyev dünən Ağdaş Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib. Ağdaş rayon ictimaiyyətinin nümayəndələri və idmançılar dövlətimizin başçısını hərarətlə qarşılayıblar. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və kompleks ilə yaxından tanış olub.
Dövlətimizin başçısına məlumat verilib ki, kompleksin inşasına 2006-cı ildə başlanıb. ümumi ərazisi 5,5 hektar olan Olimpiya-İdman Kompleksi əsas bina, üzgüçülük hovuzu, mini futbol stadionu, voleybol və basketbol meydançaları, tennis kortu, hər biri 8 nəfərlik 3 kottecdən və digər yardımçı binalardan ibarətdir. örtülü idman meydançası olan əsas bina ikimərtəbəlidir. Binanın içindəki 1020 tamaşaçı yeri olan idman meydançasının sahəsi 2484 kvadratmetrdir. Bu meydançada voleybol, basketbol, həndbol, güləş, boks yarışları keçiriləcək. Bundan əlavə, binanın daxilində 4 məşq, bilyard, stolüstü tennis zalları, soyunub-geyinmə otaqları, həkim otağı, bufet, duş və sair xidmət otaqları var.
üzgüçülük hovuzu yerləşən bina da ikimərtəbəlidir. Burada 192 tamaşaçı yeri olan tribuna, iki məşq zalı, soyunub-geyinmə otaqları, həkim otağı, bufet, duş və sair xidmət otaqları var. Mini futbol meydançasının tərkibinə 226 nəfər tamaşaçı yeri olan tribuna, soyunub-geyinmə, həkim və hakim, duş və sair xidmət otaqları daxildir.
Kompleks üçün artezian quyusu qazılıb, su nasosu quraşdırılıb və iki su anbarı tikilib. Havalandırma sistemləri ilə təchiz edilmiş kompleksə daxil olan bütün tikililərin fasadına alkapon üzlük çəkilib. Kompleksin həyəti abadlaşdırılıb, yaşıllıq salınıb və gül kolları əkilib. Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri və idmançılarla görüşüb, onları yeni idman qurğusunun istifadəyə verilməsi münasibətilə təbrik edib. Şəhər ictimaiyyətinin nümayəndəsi Şəhla Hacıbalayeva ağdaşlılar adından dövlətimizin başçısına minnətdarlıq edib.
Prezident İlham Əliyev dünən Ağdaşda Mərkəzi Rayon Xəstəxanasının yeni binasının təməlqoyma mərasimində iştirak edib. Dövlətimizin başçısına məlumat verilib ki, ölkəmizdə səhiyyə sektorunda aparılan islahatlar çərçivəsində inşa olunacaq 100 çarpayılıq yeni mərkəzi rayon xəstəxanası üçün Ağdaş şəhərinin girişində 5,3 hektar torpaq sahəsi ayrılıb. Tikintinin ümumi sahəsi 22 min 500 kvadratmetrdir. Xəstəxana kompleksi 6 korpusdan ibarət olacaq. İki ilə istifadəyə verilməsi nəzərdə tutulan binanın ətrafında abadlıq işləri aparılacaq və yaşıllıq zolaqları salınacaq. Eyni zamanda, layihədə ayrıca nasosxana, qazanxana, generator, transformator, mühafizə üçün binalar və su anbarının tikilməsi nəzərdə tutulub. Prezident İlham Əliyev gilizi özülə buraxıb, beton qarışığı töküb.
Dövlətimizin başçısı xəstəxanaya hədiyyə etdiyi təcili tibbi yardım maşınlarının texniki təchizatı ilə tanış olub. Səhiyyə işçilərini təbrik edən Prezident İlham Əliyev onlara uğurlar arzulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev dünən Ağdaşda regional elektrik yarımstansiyasının təməlqoyma mərasimində iştirak edib. Mərasim iştirakçıları və inşaatçılar dövlətimizin başçısını hərarətlə qarşılayıblar. Prezident İlham Əliyevə məlumat verilib ki, Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə Mingəçevir-Abşeron enerji təminatının yenidən qurulması layihəsi çərçivəsində Ağdaş rayonunun Kükəl kəndi ərazisində 220/110 kv-luq 2x125 MVA gücündə regional elektrik yarımstansiyasının tikintisi nəzərdə tutulub. Yarımstansiyanın tikintisi üçün 15 hektar torpaq sahəsi ayrılıb. Tikinti-quraşdırma işlərinin 15 ay ərzində başa çatması nəzərdə tutulub. Layihə çərçivəsində 125 MVA-lıq iki transformator yarımstansiyası qurulacaq, Mingəçevir-Abşeron xətti üzrə 251 kilometr uzunluğunda elektrik xətti dəyişdiriləcək. Layihə Azərbaycanın “AZENKO” və Fransanın “Arivo” şirkəti tərəfindən həyata keçiriləcək. Tikinti işlərinə yanvarın əvvəlində başlanılıb. Ərazi abadlaşdırılıb, ətrafı hasarlanıb, 3 minə yaxın ağac əkilib, işıqlandırma xətti çəkilib, obyektə gedən yola asfalt döşənib.
Prezident İlham Əliyev gilizi özülə buraxıb və beton qarışığının tökülməsi üçün düyməni basıb, inşaatçılara uğurlar arzulayıb.
Bununla da dövlətimizin başçısının Ağdaş rayonuna səfəri başa çatıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Göyçay rayonuna gəlib. Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Göyçay şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Dünən Prezident İlham Əliyev Göyçay şəhərində Heydər Əliyev Mərkəzinin açılış mərasimində iştirak edib. Dövlətimizin başçısı mərkəzin yerləşdiyi əraziyə baxıb. Burada yaşıllıqlar salınıb, dekorativ kollar və ağaclar əkilib, fəvvarələr quraşdırılıb. Heydər Əliyev Mərkəzinin qarşısında isə uzunluğu 40 metr, hündürlüyü 6 metr olan şəlalə-fəvvarə kompleksi yaradılıb. Belə bir kompleks respublikamızda hələlik yeganədir. Şəlalənin divarlarında yandırılmış keramik üzlükdə boya ilə dövlət atributları, rayonun müxtəlif mənzərələri, artıq ənənəyə çevrilmiş Nar bayramının təsvirləri və Göyçayda son 5 ildə inşa olunan tikililərin şəkilləri əks olunub. Şəlalənin ətrafında istirahət üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib, mərkəzlə tanış olub. Məlumat verilib ki, klassik memarlıq üslubunda tikilən və ümumi sahəsi şəlalə kompleksi ilə birlikdə 1,5 hektar olan Heydər Əliyev Mərkəzinin inşasına 2009-cu ildə başlanılıb. Birinci mərtəbədə ümummilli liderin həyat və fəaliyyətini, Ulu öndərin 1978-ci ildə Göyçaya səfəri zamanı rayon ictimaiyyəti ilə keçirdiyi görüşləri əks etdirən fotoguşə yaradılıb. Burada quraşdırılmış monitorlar vasitəsilə ümummilli liderin siyasi fəaliyyətindən bəhs edən videogörüntülər nümayiş olunur. Mərkəzdə xalqımızın xilaskar oğlunun dünyanın bir sıra ölkələrində ucaldılan abidələrini əks etdirən fotoguşə də yaradılıb. Burada 3 virtual sinif, 24 nəfərlik konfrans zalı, kompyuterlərlə təchiz olunan xarici dil dərnəyi, elektron idarəetmə mərkəzi və ən müasir xidməti otaqlar fəaliyyət göstərir. Binanın ikinci mərtəbəsində şagirdlərin Azərbaycanın ədəbiyyatını və zəngin tarixini dərindən mənimsəmələrinə kömək məqsədi ilə xüsusi dərnəklər təşkil edilib. Burada elektron idarəetmə otağı, kitabxana, multimedia otağı, elektron kitabxana var. Mərkəzdə rəsm və şahmat dərnəkləri də fəaliyyət göstərəcək. 310 yerlik böyük iclas zalı respublika və rayon əhəmiyyətli mötəbər tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub. Zalda quraşdırılmış ən müasir avadanlıq vasitəsilə sinxron tərcümə və izahlı beynəlxalq konfransların keçirilməsi mümkündür. Prezident İlham Əliyev mərkəzin xatirə kitabına ürək sözlərini yazıb, burada görülmüş işləri yüksək qiymətləndirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göyçayda Heydər Əliyev Mərkəzinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Sonra Göyçay ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdiriblər. Prezident İlham Əliyev Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi ilə tanış olub. Bildirilib ki, Göyçay şəhərinin su təchizatı probleminin həlli Asiya İnkişaf Bankının “Azərbaycan Respublikasında kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə daxil edilib. Layihənin həyata keçirilməsi nəticəsində şəhər əhalisi keyfiyyətli içməli su ilə təmin ediləcək, bütün ərazi kanalizasiya şəbəkəsi ilə əhatə olunacaq. Prezident İlham Əliyev Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinə, həmçinin su təchizatı sisteminin mənbəyinə və baş sxeminə baxıb. Prezident İlham Əliyev artezian quyulardan çıxarılaraq şəhərin şimal hissəsindəki yüksəkliklərdə yerləşən anbara vurulacaq içməli su kəmərini işə salıb. Prezident İlham Əliyev Göyçay Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib. Göyçaylı idmançılar dövlətimizin başçısını hərarətlə qarşılayıblar. Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsib, idmançıları təbrik edib. Dövlətimizin başçısı idmançıların nümunəvi çıxışlarına baxıb. Prezident İlham Əliyev daha sonra kompleksin ərazisi ilə tanış olub. Ətrafda geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Dövlətimizin başçısına üzgüçülük hovuzu barədə də məlumat verilib. Burada üzgüçülük yarışlarının gedişini 252 tamaşaçı izləyə biləcək. Azərbaycan Prezidenti kompleksdə görülən işləri yüksək qiymətləndirib. Prezident İlham Əliyev dünən “Göyçay-1” Su Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib. Prezident İlham Əliyev Bığır kəndindəki “Göyçay-1” Su Elektrik Stansiyasının tikiləcəyi əraziyə gəlib. İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşılayıblar. Prezident İlham Əliyev gilizi özülə buraxdı, beton qarışığını töküb. Bununla da dövlətimizin başçısının Göyçay rayonuna səfəri başa çatıb.
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

