Avropa İttifaqı Azərbaycanla əməkdaşlıqda maraqlıdır
05.03.2010 [10:14]
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət kursu Azərbaycanla bütün dünya ölkələri (Ermənistan torpaqlarımızı işğal etdiyi üçün istisna təşkil edir-P.S), o cümlədən, beynəlxalq təşkilatlar arasında çoxşaxəli əlaqələrin qurulmasına, əməkdaşlığın genişləndirilməsinə imkan verir. Məhz bu siyasət və ölkəmizdə aparılan demokratik islahatlar Azərbaycanın bütün dünyada strateji tərəfdaş qismində qəbul olunmasına yol açıb. Bu gün istər regional, istərsə də qlobal miqyaslı layihələrin həyata keçirilməsində Azərbaycan əsas tərəfdaşlardan biri olmaqla yanaşı eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təminatında da mühüm rol oynayır.
Bununla yanaşı, Azərbaycanda mövcüd olan demokratik, ən əsası isə şəffaf seçki mühiti ölkəmizdə ali hüquq prinsiplərinə hörmətin göstəricisi kimi dəyərləndirilməlidir. Bu gün ölkəmizdə keçirilən seçkilər Avropa standartlarına cavab verir, şəffaflıq tam təmin edilir. Bu da təsadüfi deyil. Əvvəla, ölkə başçısının seçkiyə müdaxilələrin qarşısının alınması ilə bağlı Fərman və Sərəncamları dövlətin demokratik seçki keçirmək iradəsindən xəbər verir. Bundan başqa, bütün seçkilərdə namizədlərə təbliğat-təşviqat üçün bərabər şərait yaradılır, seçki prosesində veb-kameralardan, gözlə görünməyən mürəkkəbdən istifadə olunur. Bu isə seçkinin azad, demokratik və şəffaf formada keçirilməsində mühüm rol oynayır.
Azərbaycan bu gün öz inkişaf tempinə görə də dünyanın ən aparıcı dövlətlərindən sayılır. Sabit iqtisadiyyata malik olması, strateji əhəmiyyəti ölkəmizi bütün dünya dövlətləri üçün əhəmiyyətli tərəfdaşa çevirib. Beynəlxalq maliyyə böhranı əksər ölkələrə mənfi təsir etdiyi halda, Azərbaycan nəinki bu prosesdən itkisiz çıxıb, eyni zamanda, ölkəmiz ümumi daxili məhsulun artım tempini qoruyub-saxlaya bilib. özü də bunu artıq nüfuzlu beynəlxalq maliyyə qurumları da bəyan edirlər. Heç uzağa getməyək. Bu günlərdə ölkəmizdə səfərdə olan Beynəlxalq Valyuta Fondunun missiya nümayəndələri xanım Ratna Saha və Ninke Omes dünyada gedən iqtisadi proseslər fonunda Azərbaycan iqtisadiyyatının qlobal böhranın təsirlərinə uğurla davam gətirdiyini xüsusi vurğulayıblar. Onlar 2009-cu ildə Azərbaycanda ümumi daxili məhsulun (üDM) artım tempinin dünyada ən yüksək göstəricilərdən biri olduğunu qeyd edərək, hökumətin qabaqlayıcı tədbirləri sayəsində inflyasiya səviyyəsinin kəskin azaldığını, yoxsulluq həddinin 13 faizdən 11 faizə endiyini, sosial xərclərin artırıldığını müsbət meyil kimi dəyərləndiriblər.
Bu cür yüksək inkişaf isə Azərbaycanda vətəndaşların maddi vəziyyətinin yaxşılaşmasına gətirib çıxarır. Buna misal kimi ölkəmizdə yoxsulluq həddinin minimal səviyyəyə enməsini, 700 mindən artıq yeni iş yerlərinin açılmasını, o cümlədən, yerli və xarici investisiyaların artımını göstərmək olar. Bütün bunların əsasında isə yuxarıda qeyd etdiyimiz iqtisadi sabitlik və demokratik prinsiplərə yüksək səviyyədə əməl olunması faktorları dayanır. Azərbaycan həm də siyasi sabitliyinə görə dünyanın öncül dövlətlərindəndir. Hüquqi dövlət olan Azərbaycan qanunlar əsasında idarə olunur. ölkəmizdə hər hansı bir siyasi gərginlik və bununla yanaşı, Avropanı narahat edən terrorçuluq təhlükəsi də yoxdur.
Bütün sadalanan amillər Azərbaycanın digər ölkələr, o cümlədən, beynəlxalq təşkilatlar üçün əhəmiyyətini daha da artırır. Belə təşkilatlardan biri də Avropanın əsas aparıcı təşkilatı olan Avropa İttifaqıdır. Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin əsası 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış “Bir tərəfdən Avropa Birliyi və onun üzvü olan dövlətlər, digər tərəfdən Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” ilə qoyulub. Tərəfələr arasında hərtərəfli əlaqələr əməkdaşlığın bütün mümkün, xüsusilə də siyasi və ticarət sahələrini əhatə edir. Yeri gəlmişkən qeyd edək ki, həmin sazişin əsas məqsədlərindən biri də Azərbaycan qanunvericiliyinin Avropa hüquq sisteminə uyğunlaşdırılmasından ibarət idi. Bu günədək Aİ-nin TACİS Proqramı, Fövqəladə Yardım Proqramı, ECHO Humanitar təşkilatı, FEOGA Ərzaq Yardımı Proqramı, Ərzaq Təhlükəsizliyi Proqramı, Bərpa Proqramı, Fövqəladə Humanitar Yardım Proqramı çərçivəsində Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə təxminən 430 mln. avrodan çox həcmində vəsait ayrılıb.
Hazırda isə Azərbaycan “Yaxın Qonşuluq Siyasəti” çərçivəsində qurumla əməkdaşlığı davam etdirir. Bu proqram çərçivəsində 5 illik fəaliyyət planı tərtib olunub və bu sənəd siyasi və iqtisadi mövzularla yanaşı, insan hüquqları və demokratik prosesləri də əhatə edir. Lakin qurum ölkəmizlə mövcud əlaqələrin daha da inkişafında maraqlıdır. Bir neçə gün öncə Azərbaycanda səfərdə olan Avropa İttifaqının sədri, İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinos də bu niyyəti açıq şəkildə ifadə edib. Bu istiqamətdə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. O cümlədən, bir sıra məlumatlara görə, Aİ ilə Azərbaycan arasında vizasız gediş-gəliş məsələsi də hazırda müzakirə olunur. Bu məsələnin Aİ-nin “Şərq tərəfdaşlığı” təşəbbüsü çərçivəsində reallaşdırılması nəzərdə tutulur. Həmin təşəbbüs isə Aİ-nin Şərqi Avropadan olan üzvləri tərəfindən irəli sürülüb. Təbii ki, əgər bu istiqamətdə yekun razılıq əldə olunarsa, bu, ölkəmizin Avropa ailəsinə daha sürətlə inteqrasiyasına da şərait yaradacaq.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

