"Uçuşları seyr edənlər" adlı sərgi açılıb
10.04.2010 [13:18]
Dünən Müasir İncəsənət Muzeyində “Uçuşları seyr edənlər” adlı sərgi açılıb.
Sərginin açılışında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva iştirak edib.
M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor Nərgiz Paşayeva açılış mərasimində çıxış edərək sərginin əhəmiyyətindən danışıb, onu mədəniyyət hadisəsi kimi qiymətləndirib. Nərgiz Paşayeva abstrakt təfəkkür nümunələrinin əks olunduğu sərgidə zərurətdən doğan böyük harmoniyanın ifadə olunduğunu da diqqətə çatdırıb. O, deyib: “Bu rəssamların hər biri öz sənətinin, peşəsinin bütün incəliklərinə dərindən yiyələnmişdir. Onlar sözün əsl mənasında böyük peşəkar rəssamlardır. Sərgi özlüyündə maraqlı bir ideyanı təcəssüm etdirir, onun adı “Uçuşları seyr edənlər”dir. “Uçuşları seyr edənlər” nə deməkdir? Bədii təcəssümdən, bədii durumdan göylərə tamaşa etmək, xəyala dalmaq həmişə sərbəst fikrin, azad ruhun, təxəyyülün, fantaziyanın, mürəkkəb obrazların, fərziyələrin, duyğuların, iç aləmin təzahürü deməkdir”.
Nərgiz Paşayeva vurğulayıb ki, bu rəssamların yaratdıqları çox böyük sənət əsərləridir və onlar öz dəyərli əsərləri ilə sərgiyə gələn tamaşaçılara Azərbaycan rəssamlarının istedadını nümayiş etdirirlər.
Sərginin kuratoru Altay Sadıqzadə müasir incəsənətin inkişafına diqqət və qayğıya görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təşəkkürünü bildirib. O, deyib: “Ekspozisiya bugünkü yaradıcılıq prosesini, Azərbaycan rəssamlarının müasir dünyagörüşünü əks etdirir və bu, diqqətəlayiqdir. Sərginin adı - “Uçuşları seyr edənlər” mənim rəsmlərimdən birinin adından götürülmüşdür. Əsərin ideyası belədir: bizim vərdiş etdiyimiz dünya, Ay, kosmos yadplanetlilərlə birlikdə əslində böyük sürətlə uçur. Rəsmlərimizdə biz müasir kosmosun təhtəlşüurla qavranışını nümayiş etdirmişik”.
Altay Sadıqzadənin əsərləri artıq çoxdan təkcə ölkəmizdə deyil, həm də xaricdə yüksək qiymətləndirilir.
Sovet dövründə uzun illər diqqətdən kənarda qalmış müasir Azərbaycan təsviri sənəti yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələ Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra başlayıb. Azərbaycan rəssamlarının Venesiyada keçirilmiş 2 biennalidə iştirakı və artıq 5 beynəlxalq müasir incəsənət festivalının keçirilməsi ölkəmizdə incəsənətin bu növünün inkişafına daha bir təkan verib. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Müasir İncəsənət Muzeyinin açılışı isə bu sahədə böyük hadisəyə çevrilib. İndi müasir Azərbaycan incəsənətinin bütün nümunələrini bu muzeydə təqdim etmək mümkün olub.
Ekspozisiyada 8 müəllifin - Altay Sadıqzadə, Ağa Hüseynov, Əli İbadullayev, Fuad Salayev, Məmməd Mustafayev, Eldar Məmmədov, Mikayıl Əbdürrəhmanov və Şamil Buksayevin müəllifi olduqları 80-dən çox boyakarlıq, heykəltəraşlıq, qrafika nümunəsi təqdim olunub.
Sərginin açılışında Baş nazirin müavini Elçin Əfəndiyev, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, deputatlar, nazirlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Sərgi mayın 10-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxElm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25

