Şuşada ömrə bərabər gün – Fatehlərdən gələn məktub
20.10.2021 [15:33]
“Adını dağlara yazdım"- Şəhidlərdən gələn məktub
Arzularımdan yüksəkdə dayanan Şuşa
Bu günlərdə özümü Həcc ziyarətindən qayıtmış kimi hiss edirəm. Şuşaya səfər etdiyimi eşidən hər kəs - iş yoldaşlarım, yaxınlarım, doğmalarım yaşadır bu hissi mənə. Hər kəs təbrik edir, üzümə sevinc və həsədqarışıq bir ifadə ilə baxır. Bütün bu təbriklərin, xoş sözlərin, parlayan gözlərin arxasında Şuşaya olan böyük məhəbbəti hiss etməmək imkansızdır. Daşına, torpağına igidlərimizin qanı çilənmiş bu şəhər könlümüzün Kəbəsidir. Şuşanı görmək mənim yarımçıq qalmış uşaqlıq arzum idi. Onun haqqında danışılanda təsəvvürümdə zirvələrdəki qartal yuvası canlanardı. Mənim üçün o qədər əlçatmaz idiki, nə zamansa gedə biləcəyimi xəyal da etmirdim. Arzulardan da yüksəkdəydi mənim Şuşam. Və bir gün mənə "Şuşaya gedirsən" deyiləndə sevincimdən nitqim tutuldu, təşəkkür belə edə bilmədim,
Şuşaya aparan yollar
Şuşaya aparan yollar ən az onun özü qədər gözədir. Payızın yüz boya ilə qələm çaldığı düzlərdən, meşələrədən qıvrılaraq keçir Zəfər yolu. Ətrafda son baharın yaşıllığı ermənilərin işğaldan azad edilmiş torpaqlarımızda törətdiyi ayıbı gizlətmək üçün baş qaldırıb sanki. Füzulinin işğaldan azad edilmiş ərazilərinə qədəm basırıq. Yol kənarlarında sıx- sıx "Minalardan qorun" lövhələri görünür. Uzanıb gedən boş çöllər bir zamanlar yurd yerləri olub. O kəndlərin, o şəhərlərin , bir zamanlar isti ocaq olmuş o evlərin yerində hər birinin hündürlüyü 2-3 metri keçməyən uçuq-sökük barılar qalır sadəcə. Nə cığır, nə yol qalıb, sadəcə çöllərə səpələnmiş xərabələr var. Müharibənin bir qurbanı da təbiətdir.Minalanmış çöllər, atılan minaların, mərmilərin təsiri ilə kökündən qopmuş, yıxılmış, qurumuş minlərlə ağac, biçilmədiyi üçün yanıb qaralmış arpa, buğda zəmiləri baxdıqca insanın ürəyini sızladır. Yol kənarlarında tək- tək yanmış düşmən texnikası görünür.Təbiət hər nə qədər güclü və gözəl olsa da, müharibənin yaralarını daşıyır və bu izləri gizlədə bilmir.
Dağları, dərələri aşdıqca bir-birindən füsunkar mənzərələr göz oxşayır. Qıvrılan "Zəfər yolu" dərəyə enincə dərələrdə yatmış bulud topasının içinə düşürsən, düşünürsən ki, hava soyuqdu, qaranlıq düşdü. Yol üzüyuxarı qalxıb, səni qarşıdakı təpənin başına çatdıranda buludun, dumanın içindən çıxıb parlayan günəşi ,geri baxınca da ağappaq bulud dənizinin içindən çıxıb gəldiyini görürsən. Bax, beləcə buludlara baş vura- vura yol gedirsən. Sanki bir gündə bir neçə gün yaşayırsan. Şuşa dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşir. Bu zirvəyə çatana qədər yol səni istər-istəməz yorur və ağlından yalnız bu keçir: "Biz rahat maşında "yorulduq" deyiriksə, o yolları piyada, risk içində, gecə-gündüz demədən belində ağır yüklə piyada gedən aslan oğullarımız nə qədər əziyyət çəkiblər". Yollar gətirib bizi çıxarır Daşaltı kəndinə. Ətafdakı bütün evlərin daşında, divarlarında güllə izləri qalıb. Hiss olunur ki, hər qarış torpaq uğrunda gərgin mübarizə gedib. Divarları aslanlarımızın yazıları bəzəyir. Özünə Cin Samir adı vermiş əsgər qardaşım isə bu döyüşlərin arasnda tarix üçün baməzə mesajlar da qoymağı unutmayıb. Daşaltının girəcəyindəki uçuq -sökük bir evin üzərinə "Cin Samirin restoranı" yazıb, bir qədər irəlilədikdən sonra, yenə Cin Samirlə rastlaşırıq, bu dəfə özünə alqış deyib Vətən oğlu -"Eşq olsun Cinə". Yəqin ki, təpədəki bu evi düşməndən təmizləyəndən sonra yazılıb. Az sonra (yəqin ki, əsgərlərin gecələdikləri evdir bu) bir evin divarına "Cin otelə xoş gəldiniz!" yazıb eyni xətt. Cin Samirin və dostlarının əl işlərinin yanından gülümsəyərək keçirik.Şuşa qapısı az irəlidə görünür. Səbirsizlənirik, ruhumuz uçunur. Zirvələrdə məğur- məğrur yellənən bayrağımız, qayaları qanadları altına almış Şuşa görünür. Şuşanın girişində hərbiçilər qarşılayıb sənədlərimizi yoxlayırlar. Bu sənədlərimizin yoxlandığı dördüncü postdur, yoxlama aparanlar öz əsgər və polislərimizdir. Bu da bizi sevindirir. Gülərüzlə qarşılayıb, yol göstərirlər.
Bu qala daşlı qala
Səhər saat altıda başlayan yolçuluğumuz günorta saatlarında başa çatır. "Xarı-bülbül" otelinin qarşısında bizi böyük ehtiramla Şuşa Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Texnologiyaları şöbəsinin rəhbəri Zaur Həsənov qarşılayır. O, bütün gün bizimlə birlikdə olacaq, gəzdiyimiz, gördüyümüz yerlər barədə ətraflı və maraqlı məlumat verəcək. Zaur xaricdə böyüyüb, xaricdə təhsil alsa da vətənpərvər insan olduğu kəlmələrindən süzülür. Qarabağ, xüsusən Şuşa tarixi ilə bağlı hər xırda təfərrüatı bilir, öz bildiklərini də böyük həvəslə danışır. Şuşada hər daş tarix qoxuyur və o, bu tarix qoxuyan daşlara sığal çəkərək sevgiylə danışır. Oteldə ən üst mərtəbəyə yerləşdik. Otağa girən kimi, ilk işim balkona çıxıb ətrafı seyr etmək oldu. Balkondan bütün Şuşa ovcunun içindəymiş kimi aydın görünür. Çox da böyük deyil. Baxınca deyirsən ki, düşüb piyada gəzəsi olsam, bu başından o başına getmək 1 saat zamanımı alar. Amma sonra küçə - küçə, cığır-cığır gəzincə fikrin dəyişir.Çox ləngimədən Şuşanı gəzməyə çıxırıq.
Hər addımında, Şuşanın deyil, tarixin tozlu səhifələrinə qədəm basırsan. İgid babaların qılınc səsləri, , "Ərim gəldi" qayasında yar yolunu gözləyən qız- gəlinlərin çəkdiyi bayatılları eşidirəm sanki.
Bu qala daşlı qala,
Çınqıllı- daşlı qala,
Qorxuram yar gəlməyə,
Gözlərim yaşlı qala.
"Ərim gəldi" qayası özü ayrıca bir əfsanədir. Ərləri döyüşlərə və ya uzaq səfərlərə gedən gəlinlər bu qayaya çıxıb Şuşaya gətirən yollara baxar, uzaqdan qaraltı görüncə də "Ərim gəldi" deyib sevinərmişlər. Elə qaya da adını buradan götürüb. Sədaqətin, həsrətin heykəlidir bu qaya.
Şuşa fatehlərindən məktublar
Hər addım başında müharibənin nəfəsini hiss edirsən burada. Hər evdə, hər binada güllə izləri , o güllə izləri qədər də divar yazıları. Döyüşçülərimiz qələbə eyforiyası ilə dolub-daşan duyğularını yazıblar. Küçələri gəzdikcə divar yazıları danışır bizimlə. Hərəsində bir hiss, bir duyğu, bir hekayə. Kimiləri yurduna salam göndərib, kimiləri adını daşlara həkk edib. Bəlkə də geri gəlməyəcəyini hiss edən bir əsgər son diləyini, son istəyini yazıb beləcə. "Nigar, məni unutma". Güllə iziylə parçalanmış başqa bir yazı - "Mədinəm". Bəlkə də Mədinənin bu nakam sevgidən xəbəri belə yoxdur.
"Adını dağlara yazdım, zalımın qızı, daha nə istəyirsən?"
"Əminəvəsi, atan verməsə, qaçıracam"
"Tarix yazdıq tarixə"
"Şəhərin sahibləri gəldi"
"Biz gedərik, Vətən qalar"
"Vətən+sevgi = Şuşa"
"Oğlumun adı Şuşa olacaq"
Danışan şəhər
İndi Şuşa böyük bir tikinti meydanını xatırladır. Hara baxırsan qazıntı, tikinti, yol, su , elektrik xətləri çəkən fəhlələr. Traktorların, yük maşınlarının səsləri bir an kəsilmir. Şəhərdə, əsasən fəhlələr və hərbiçilər yaşayırlar. Hamısı boşalmış evlərdə yerləşiblər. 30 illik işğal dövründə ermənilər 1-2 bina istisna olmaqla heç nə tikməyiblər. Var olan binalarda yaşayıblar. Heç bir təmir , bərpa işləri görülməyib. Ona görə də köhnə binalar, evlər uçulub, dağılıb. Xüsusən tarixi əhəmiyyətli tikililərin məhv olması üçün cəhd ediblər. Məsələn, adi məktəb binalarının, içində yaşadıqları 5 mərtəbəli yaşayış evlərinin bir balaca qayğısına qalsalar da, Xurşud Banu Natəvanın, onun atasının, babasının , Üzeyir bəyin evlərini söküb dağıdıblar. Qalan, sadəcə bişmiş kərpicdən tikilmiş qalın divarlarıdır. Hər kəsin gəlib gördüyü mərkəz küçələri yox, kol-kos örtən yolların, cığırların apardığı arxa məhəllələri də görmək istəyirəm. Yolların asfalt örtüyü çoxdan uçulub , dağılıb. Bələdçimiz Zaur Həsənov bizə köhnə bir binanın qalıqlarını göstərir. Azərbaycan yazıçısı, jurnalist, dramaturq, eyni zamanda, böyük pedaqoq Süleyman Sani Axundovun yaşadığı evmiş bir zamanlar. İndi sadəcə 4 divarı qalıb. "Qorxulu nağılların" yazıldığı o ev qorxulu reallıqlara şahidlik edib, qorxulu nağılların yaşandığı evə çevrilib.
Ondan bir neçə küçə aralıda bir zamanlar "Şuşa" qəzetinin redaksiyasının yerləşdiyi bina dayanır.Qalın divarlarından hiss olunur ki, lap qədimi tikiliymiş. Ermənilər damını, pəncərələrini, qapılarını söküb aparıblar. Zaur Həsənov deyir ki, bunu qəsdən ediblər , çünki zamanla yağış, külək damsız divarları onsuz da uçurub dağıdır.
Şuşanın özünəməxsus memarlıq ansamblı olub. Evlər Bakıda alışdığımız kimi çox böyük deyillər. Kiçik, daşdan hörülmə, çox zaman ikimərtəbəli, ön tərəfdə əl işləri ilə bəzədilmiş taxta eyvanları ilə yadda qalıb Şuşa evləri. İndi o evlərin ancaq xarabaları qalıb. Tək- tük evlərin qarşısında həmin taxta eyvanları görmək olur , onlar da uçulmuş, dağılmış vəziyyətdə. Möhkəm bir külək əsərsə qoparıb aparacaqmış kimi. Bir zamanlar sanatoriyaya dincəlməyə gələnlərin əyləşdiyi, indi xəzan vurmuş, sovrulmuş , pilləkənlərini, asfalt örtüyünü ot basmış balaca bir bağa girirəm.Viran qalmış, solmuş gülüstandır. Bir zaman Şuşada küçələrə səliqəylə qara çay daşları döşənibmiş. Yolların daşını da söküb aparıb düşmən.
Babalarımızın dediyi bir məsəl yadıma düşür. Bağa baxarsan bağ olar, baxmazsan dağ olar. İçində yaşayıblar, amma özlərininki deyil deyə sığal, tumar çəkməyiblər. Sadəcə sümürüblər. Bildikləri qədər sovurmuş, sümürmüş, adlarına layiq olan şəkildə yaşamışlar Şuşada. Vəhşi qəbilə kimi.
Şuşada bu gün görülən işləri əslində hələ yenidənqurma, bərpa işləri adlandırmaq olmaz. Bu, böyük planın hələ başlanğıcı, girişidir. Bu günə qədər edilənlər ilkin yerləşməni asanlaşdırmaq üçün özünə şərait yaratmaq işləridir.Otellər tikilib və tam gücüylə işləyir. 2 böyük market, kafe və restoran da var. Hər kəs burada işləməkdən məmnundur. Görüləcək işlər çoxdur, planlar möhtəşəmdir. Tarixi nümunələri qorumaq şərtilə Şuşa yenidən tikiləcək, əvvəlkindən qat- qat böyük və qüdrətli olacaq.Onu abad, cənnət kimi görəcəyimiz gün çox uzaqda deyil - "Belki yarın, belki yarından da yakın".
(davamı növbəti sayımızda)
Xəbər lenti
Hamısına baxDünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40

