Putin: İlham Əliyev Qarabağ məsələsində müdriklik nümayiş etdirdi
22.10.2021 [01:24]
“Əsas məsələ Azərbaycanla Ermənistan arasında münasibətlər qurmaqdır. Ümid edirəm ki, biz buna nail olacağıq”.
APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Valday Beynəlxalq Disskusiya klubunun plenar iclasında bildirib.
“Biz çoxtərəfli formatın da tapılmasının tərəfdarıyıq. O cümlədən, Minsk Qrupunun işini aktivləşdirməyin tərəfdarıyıq. Biz bunun üzərində, o cümlədən tərəfdaşlarımızla işləyirik. Başlıcası, əsas məqsədə çatmaqdır - təhlükəsizlik vəziyyətinin yaradılması və gələcəkdə münasibətlərin müsbət şəkildə qurulması. İndiyə qədər qarşımıza məqsəd olaraq qoyduğumuza ümumilikdə nail ola bilmişik. Əlbəttə ki, gələcəyə baxmaq lazımdır, bundan sonra nə olacağına baxmaq lazımdır. Məsələ onda deyil ki, bizim Bəyanatların müvafiq bəndində Rusiya kontingentinin qalma müddətinin uzadılmasının mümkünlüyü nəzərdə tutulur. Bəyəm məsələ bundadır? Məsələ iki ölkə arasında münasibətlərin qurulmasındadır. Budur ən əsas məsələ...Ümid edirəm ki, biz buna nail olacağıq”, deyə Putin vurğulayıb.
Rusiya prezidenti həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycan sərhəd məsələsini sovet dövrünün xəritələri əsasında həll edə bilər, amma bu proses qarşılıqlı kompromislər tələb edir.
"İndi ən vacib şey sərhəddəki vəziyyəti həll etməkdir. Əlbəttə ki, Rusiyanın iştirakı olmadan burada heç nə etmək mümkün deyil. İki tərəf və Rusiyadan başqa heç kim lazım deyil. Burada çox sadə, praqmatik şeylər var. Çünki Rusiya ordusunun Baş Qərargahında SSRİ respublikaları arasındakı sərhədlərin haradan keçdiyini göstərən xəritələr var”.
Putin daha sonra əlavə edib ki, həm Azərbaycan Prezidentinin, həm də Ermənistan Baş nazirinin siyasi müdrikliyinə hörmətlə yanaşılmalıdır:
“Birincisi, həm Azərbaycan Prezidenti İlham Əliyev və həm də Ermənistanın Baş naziri Nikol Paşinyan bütün çətinliklərə baxmayaraq Qarabağda qan tökülməsini dayandırmaq qərarına gəldikdə siyasi müdriklik nümayiş etdirdilər.
Yenə də hadisələrin bütün faciələrinə baxmayaraq, onlar bir anlıq siyasi vəziyyətdən yuxarı qalxmağı və çox məsuliyyətli qərar qəbul etməyi bacardılar", - deyə Putin qeyd edib.
"Yenə də Prezident Əliyev və baş nazir Paşinyan qan tökülməsinin qarşısını ala bildilər", - Rusiya lideri vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

