Siyasi partiyalar bir masa ətrafında
23.10.2021 [10:09]
YAP yeni bir siyasi mədəniyyət formalaşdırır
Keçirilən görüşlər, aparılan müzakirələr dialoq mühitinin dərinləşməsinə xidmət edir
Oktyabrın 21-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında “Vətən müharibəsi: Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda keçirilən dəyirmi masa bir çox aspektləri ilə yadda qaldı. İlk dəfə olaraq siyasi partiyalar Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında dəyirmi masa arxasında bir araya gəldi. Fərqli siyasi düşüncələrə, dünyagörüşünə malik təşkilat rəhbərlərinin bir masa ətrafında mühüm müzakirələr aparması partiyalararası münasibətlərdə yeni mərhələnin yarandığını deməyə əsas verir. Müraciət etdiyimiz siyasi partiya rəhbərləri və ekspertlər də bu fikirdədirlər.
Sabir Rüstəmxanlı:
Belə görüşlər dialoq mühitinin inkişafına müsbət təsirlər göstərəcək
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı belə görüşlərin dialoq mühitinin inkişafına müsbət təsir göstərəcəyini deyir. Onun sözlərinə görə, bu gün dünyada siyasi ünsiyyəti dialoqsuz təsəvvür etmək mümkün deyil. “Ölkəmizdə yeni bir siyasi şərait yaranıb. Azərbaycan yeni bir inkişaf yoluna qədəm qoyub. Qısa zaman ərzində mühüm problemlərimiz həll olunub və olunacaq. Bütün bunlarda isə ölkədəki siyasi həmrəylik, milli birlik əhəmiyyətli rol oynayır. 2020-ci ildə keçirilmiş parlament seçkilərindən sonra Azərbaycanın siyasi mühitində mühüm yeniliklərin şahidi olduq. Azərbaycan iqtidarının təşəbbüsü ilə siyasi partiyaların dialoqu başlandı. Siyasi dialoqun inkişaf isə müharibə dövründə milli birliyimizi daha da gücləndirdi. Siyasi partiyalar birgə bəyanatlar qəbul etdilər, iqtidarlı-müxalifətli vahid mövqe ortaya qoyaraq, cənab Prezidenti dəstəklədilər. Bunun da nəticəsi göz önündədir. YAP-ın Mərkəzi Aparatında təşkil olunan tədbirdə bütün bu məsələlər geniş müzakirə olundu və bir daha qeyd edildi ki, bu birlik qorunub saxlanılmalıdır. Tədbirdə daha konkret məsələlər ətrafında yeni görüşlərin keçirilməsi də müzakirə edildi. İnanıram ki, bütün bu addımlar siyasi münasibətlərin tənzimlənməsində böyük rol oynayacaq”.
Rauf Arifoğlu:
“Yeni Azərbaycan” qəzeti vasitəsilə Yeni Azərbaycan Partiyasına təşəkkür edirəm
YAP-ın Mərkəzi Aparatında keçirilmiş görüşü YAP-da davam edən islahatların nəticəsi kimi dəyərləndirən Rauf Arifoğlu qeyd edib ki, hazırda YAP-da “siyasi açılım” müşahidə edilməkdədir: “Görüşü yüksək qiymətləndirirəm. Ən əsası isə, görüşün plaftorması geniş idi. Demək olar ki, bir çox partiyalar həmin tədbirdə iştirak etdi. Tədbirə müşahidəçi qismində politoloqların, qəzet redaktorlarının dəvət olunması da müsbət haldır. Hər kəs açıq şəkildə, hətta bəzi məqamlarda sərt tənqidə söykənərək öz fikrini ifadə etdi. Görüş heç bir qarşıdurma olmadan, tolerant mühitdə keçdi. Qeyd edim ki, YAP önəmli siyasi bir qurumdur, atributdur. Milli Məclisdə böyük üstünlüyə malik bir partiyanın tolerantlığı, onun siyasi mühitə açılımı bütövlükdə siyasi həyatımıza təsir göstərir, ölkədəki siyasi proseslərdə canlanma yaradır. Tədbirdə bizə imkan yaradıldı ki, siyasi partiyaların, onların nümayəndələrinin davranışlarını, çıxışlarını birbaşa izləyə bilək. Bu, dialoq prosesinin mediada, başqa platformada inkişafı üçün olduqca mühüm bir məsələdir. Buna görə də “Yeni Azərbaycan” qəzeti vasitəsilə Yeni Azərbaycan Partiyasına təşəkkür edirəm”.
İlqar Məmmədov:
Əvvəllər belə bir formatda toplantıların və ya görüşlərin keçirildiyini xatırlamıram
Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov seçilmiş formatın olduqca faydalı olduğunu qeyd edib: “Əvvəllər belə bir formatda toplantıların və ya görüşlərin keçirildiyini xatırlamıram. Bu görüşdə parlament partiyaları, Milli Məclisin komitə sədrləri iştirak edirdi. O cümlədən, bəzi siyasi ekspertlər də dəvət olunmuşdular. Bu çox faydalı formatdır və bunu davam etdirmək lazımdır. Fikrimcə, bu, hakimiyyətlə siyasi partiyalar arasında ötən il başlamış dialoqun yeni bir qoluna çevrilə bilər. İndiyə qədər biz əsasən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik orqanı iş şöbəsi ilə ünsiyyətdə idik. Partiyamızın parlamentdəki nümayəndəsi də parlament üzvləri və rəhbərliyi ilə ünsiyyətdədir. Amma YAP-da keçirilən tədbirdə format bir qədər inkişaf etdirilmişdi. Düşünürəm ki, bu, ümumi siyasi sistemin inkişafına fayda verə biləcək bir yenilikdir. Təbii ki, davamlı olmasını istərdik. Gələcəkdə bizim də bu xarakterli görüş dəvətimizə bu formatda cavab veriləcəyinə ümid edirik”.
Tahir Kərimli:
YAP-ın bu addımını yüksək qiymətləndirirəm və davamlı olmasını arzulayıram
Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli də tədbiri yüksək dəyərləndirib. O, qeyd edib ki, ölkəmizdə inkişaf edən yeni siyasi konfiqurasiya siyasi dialoq mühitinin inkişafını da şərtləndirib. Bu mənada, siyasi partiyalar arasında mühüm müzakirələr aparılır: “YAP-da keçirilən tədbir də bu siyasi həmrəyliyin, dialoqun göstəricisidir. Ümumiyytlə, bu tip müzakirələr siyasi dialoq mühitinin daha dərinləşməsinə xidmət edir. Cənab Prezidentimiz də qeyd etmişdi ki, biz siyasi dialoqu inkişaf etdirməliyik. YAP-ın bu addımını yüksək qiymətləndirirəm və davamlı olmasını arzulayıram. Qeyd edim ki, tədbirdə mühüm fikirlər, hətta təkliflər səsləndirildi. İqtidar partiyasının digər siyasi təşkilatlarla müzakirələr aparması, fərqli fikirləri nəzərə alması mühüm hadisədir. İnanıram ki, gələcəkdə davamlı hal alacaq bu proses ölkəmizin siyasi mühitinə təsir göstərəcək”.
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxGündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15

