Bir il öncə bu gün
10.11.2021 [11:40]
10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın qələbəsini, Ermənistanın isə kapitulyasiyasını təsdiqlədi
44 günlük İkinci Qarabağ müharibəsi dünya miqyasında mühüm araşdırma predmetinə çevrilib. Vətən müharibəsinin müxtəlif aspektləri dünyanın nüfuzlu hərbi-strateji, elmi-politoloji tədqiqat mərkəzləri və ekspertlər tərəfindən öyrənilir, bu barədə beynəlxalq mediada çoxsaylı analitik materiallara rast gəlinir. Azərbaycanın qələbəsini təsdiqləyən, Ermənistan üçün isə kapitulyasiya aktı sayılan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasının ildönümü ərəfəsində bu məsələlər yenidən dünya mediasında, siyasi analitiklər tərəfindən geniş təhlil olunmaqdadır.
44 günlük Zəfər yürüşü zamanı Azərbaycan Ordusunun ardıcıl nailiyyətlər qazanması, xüsusilə də noyabrın 8-də Şuşanı hərbi-siyasi əsarətdən xilas etməsi nəticəsində Ermənistanın hərbi-siyasi rəhbərliyi təslimçilik mövqeyindən çıxış etmiş və 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata imza atmışdı. Bu, Ermənistan üçün kapitulyasiya, Azərbaycanın qələbəsinin isə siyasi-hüquqi təsdiqi idi. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları bəyanata əsasən üzərinə bir sıra öhdəliklər götürən işğalçı Ermənistan sonradan Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz təhvil verməyə məcbur oldu. Prezident İlham Əliyev bu məsələlərdən bəhs edərkən “44 günlük müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini azad etdi. Ümumilikdə, döyüş meydanında 300-dən çox şəhər və kənd azad edilmişdir. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, Ermənistan öz qoşunlarını Azərbaycanın digər ərazilərindən - Ağdam, Laçın və Kəlbəcərdən çıxarmağa məcbur edildi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını özü təmin etdi və bu, yəqin ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır”, - deyə vurğulayıb.
Ermənistanın son şansı...
Əlbəttə, 44 günlük müharibənin Azərbaycanın mütləq qələbəsi ilə nəticələnməsi, torpaqlarımızın işğaldan azad edilməsi təkcə ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil. Bu həm Azərbaycan, həm də region üçün yeni siyasi-iqtisadi reallıqlar formalaşdıran, mühüm strateji perspektivlər təmin edən əhəmiyyətli geosiyasi amildir. Şübhəsiz ki, regionda autsayderə çevrilmiş Ermənistan da rasional hərəkət edərək - ərazi iddialarından əl çəkərək, təxribatçı hərəkətlərdən imtina edərək bu imkanlardan yararlansa, siyasi və iqtisadi dividendlər əldə edə bilər. Ümumiyyətlə, üçtərəfli Bəyanatdan irəli gələn vəzifələrin tam və qeyd-şərtsiz yerinə yetirilməsi Ermənistan dövlətinin siyasi-hüquqi öhdəliyidir. Doğrudur, işğalçı–təcavüzkar siyasəti iflasa uğradılmış və hərbi müstəvidə darmadağın edilmiş Ermənistan bəhs olunan bəyanatın bəzi maddələri üzrə konstruktiv yanaşma ortaya qoymur, müxtəlif vasitələrdən istifadə edərək pozuculuq fəaliyyəti ilə məşğul olur. Amma onlar anlamalıdırlar ki, yenə də revanşist yanaşma ilə köhnə - ənənəvi siyasi stereotiplərini davam etdirəcəklərsə, daha böyük faciə və fəlakətlərlə üzləşəcəklər. Bir sözlə, həm regional təcrid vəziyyətində olan, həm də müharibədə sarsıdıcı məğlubiyyətlə üzləşmiş Ermənistanın üçtərəfli Bəyanatın tələblərini tam icra etməkdən başqa çıxış yolu-əlavə şansı və alternativ imkanları yoxdur.
Ermənidən artıq Ermənistan təəssübkeşləri
Üçtərəfli Bəyanatın imzalanmasının ildönümü ərəfəsində işğalçı ölkədə yenidən bütün siyasi qüvvələr, hətta revanşistlər Ermənistanın ağır məğlubiyyətə uğradığı, kapitulyasiya aktına imza atdığı barədə fikirlər səsləndirirlər. Elə Nikol Paşinyan da bu mövqedən çıxış edir. Lakin hakimiyyətdən qovularaq tarixin arxivinə yollanmış - "siyasi reanimasiya"da hakimiyyət ömrünü başa vurmuş Robert Koçaryan kimi quldur - cinayətkar və korrupsioner fiqurlar hələ də üçtərəfli Bəyanatın yerinə yetirilməsinin əleyhinə təbliğat aparırlar. Amma belə cəhdlərin heç bir təsiri, faydası və perspektivi yoxdur.
Təəssüfləndirici və paradoksal hal budur ki, xaricdən idarə olunan internet televiziyalarının “dəyişməz siyasi sima”larına çevrilən Əli Kərimli, Əli Əliyev, Sevinc Osmanqızı, Qənimət Zahid, Gültəkin Hacıbəyli və digər bu kimilər də Koçaryandan fərqli düşünmürlər. Onlar hətta daha da irəli gedərək Ermənistanı müdafiə etmək məqsədilə üçtərəfli Bəyanatın bu ölkə üçün guya kapitulyasiya olmadığını “əsaslandırmağa” çalışırlar. Hətta siyasi psixologiyası pozuq, bitmiş-tükənmiş yararsız fiqur təsiri bağışlayan belələri sırasında sənədin Azərbaycan üçün heç bir əhəmiyyətə malik olmadığını deyənlər də var. Ermənidən artıq revanşist olmağa cəhd göstərən, Ermənistan təəssübkeşi kimi çıxış edən bu virtual “siyasi ulduz”lar belə “fikir”lərinin həm ciddi qəbul edilmədiyinin, həm də ikrah hissi doğurduğunun fərqində deyillər. Vaxtilə özlərini “siyasi ekstrasens” zənn edərək “Azərbaycan münaqişənin həllinə nail olmayacaq” deyə bədbin, məkrli və qərəzli “öncəgörmə”lərlə çıxış edən, dövlətimizə qarşı qara piar kampaniyası aparanlar indi reallıqları qəbul edə bilmədiklərinə görə “siyasi həzmsizlik” sindromundan əziyyət çəkirlər. Nəticə isə dəyişmir!
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

